
Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib. Mərkəz direktorunun sözlərinə görə, hazırda valideynlər yeni doğulmuş uşaqlar üçün doğum haqqında şəhadətnaməni almaq üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinin yerli şöbələrinin nümayəndələrinə mütləq doğum haqqında tibbi şəhadətnaməni təqdim etməlidirlər. Həmin şəhadətnamə isə hazırda kağız formasında verilir: "Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsi doğum haqqında şəhadətnaməni həmin tibbi şəhadətnamə əsasında verir. Ola bilər ki, gələcəkdə valideynlərə tibbi şəhadətnamə kağız formasında verilməsin. Çünki lazımı məlumatlar sistemdə elektron formada olacaq. Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı İdarəsinin yerli şöbələri də həmin sistemə qoşularaq doğum haqqında şəhadətnaməni verə bilərlər". Hazırda bununla bağlı Ədliyyə Nazirliyi ilə birgə müzakirələr aparıldığını deyən C.Əsədzadə əlavə edib ki, artıq SN tərəfindən "Doğum haqqında tibbi şəhadətnamə"nin elektron registri yaradılıb. Özəl və ya dövlət tibb müəssisəsində anadan olmasından asılı olmayaraq, hər bir doğulan uşağın şəhadətnaməsi eyni informasiya sistemindən əldə olunur və onunla bağlı məlumatlar informasiya sistemində - elektron registrdə qeydiyyata düşür. Elektron registr vasitəsilə yeni doğulan körpəyə tibbi şəhadətnamə çap edilərək verilir. Bunun əsasında valideyn qeydiyyat şöbəsində uşağına "Doğum haqqında şəhadətnamə" alır. Belə ki, hazırda elektron xidmət vasitəsilə qeydiyyatdan keçən ana tibbi şəhadətnamənin surətini əldə edə, eyni zamanda uşaqla bağlı istənilən məlumata baxa bilər: "Bu sənəd itirildiyi zaman da artıq harasa getməyə ehtiyac yoxdur. Çünki elektron xidmət vasitəsilə bu sənədin surətini indi çox sadə yolla əldə etmək mümkündür".
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Müəllimlərin işə qəbulu üzrə müsahibəndə yenilik
Nəsibə Zeynalovanı xatırlayarkən: "Sən kimsən ki, onu bağışlamayasan?"
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - XƏBƏRDARLIQ
Türk general komandanlarını toplayıb Ermənistana ULTİMATUM yolladı
15 iyun-Milli Qurtuluş Günüdür!
Azərbaycanda sümük müalicəsi sahəsində yenilik
Açılış günü hava necə olacaq?
Azərbaycanda "donuz qripi" xəstəliyi qeydə alınıb?
Bakı metrosunda qadın işçilər ixtisar edilir? - RƏSMİ AÇIQLAMA
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
Ancelina Coli Amerikadan köçür
Qozlu keks (foto-resept)
Bengü müsahibə verdi-FOTO
Kıvançdan GÖZLƏNİLMƏZ QƏRAR-FOTO
Azərbaycan idmanının gözəli ana oldu
ÜST mütəxəssisləri Hindistanda başlayan naməlum xəstəliyin öyrənilməsinə qoşuldu
Əsəblərimizi ev şəraitində necə müalicə edək?
Moskvada Qurban bayramında 100 min müsəlman namaz qıldı
İlham Əliyev: “Azad olunan ərazilərdə quruculuq işlərinə dost dövlətlərin şirkətləri dəvət edilib”
Mütəxəssislər xəbərdarlıq edir - İnternetdə belə səhifələrdən uzaq olun!
Peugeot 3008 cipə bənzəyəcək
Merve jurnalistlərə əsəbləşdi
Modal sözlər və Nida
Azərbaycanda prokurorluq orqanlarında işə qəbul olmaq istəyənlərə xoş xəbər
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
Rihanna son halı ilə sevənlərini qorxutdu - FOTO
Düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib - VİDEO
Ulduz aktyor öldü-FOTO
Azərbaycanı böyük fəlakət gözləyir
Muzeylərdə ziyarətçilərə keyfiyyətli qulluq göstərilməsi üçün təlim keçirilib
Dəbli ətəklər
"Sevgi hormonu" ideal ağrıkəsicidir
İki əsgərlə erməni postunu alıb adını Sumqayıt qoyan şəhidimiz - VİDEO
Prezidentlər danışırlar, silahlar isə susmur
Qarabaşaq kotleti (foto-resept)
Sürcülərin işi asanlaşır
HAVA necə olacaq?- 6 APREL
Hərbi qulluqçumuz şəhid oldu
Cəbrayıl və Füzulinin işğalçılar tərəfindən dağıdılmış kəndləri - VİDEOREPORTAJ
26 iyun Silahlı Qüvvələr Günüdür!
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
Kökəlmədən yeyə biləcəyiniz 4 ərzaq
Azərbaycan müharibə mesajı verdi
Dünyanın ən böyük qızıl külçəsi tapılıb - FOTO
Qulaq xəstəlikləri
Dəbli gəlin saçı modelləri
Dəhşətli xəstəlik 40 can aldı
Berkay yenidən ata olacaq-FOTO
Azərbaycanda koronavirusa yoluxmada yeni rekord
19 dərəcə isti olacaq

- ŞƏRHLƏR