Uşaqların həvəslə izlədiyi cizgi filmləri bu zamana qədər həmişə məzmunundakı zorakılıq, zərərli ünsürlər səbəbiylə mütəxəssislər tərəfindən tənqid mövzusu olmuşdu. Ancaq son zamanlar cizgi filmlərinin mütəxəssislər tərəfindən deyil, ailələr və xüsusilə analar tərəfindən tənqid olunan başqa məqamları var.
Cizgi filmlərdə əks etdirilən şişirdilmiş "xoşbəxt ailə" hekayələrindən və bu vəziyyətin bəzi valideynləri necə narahat etdiyindən bəhs edəcəyik .Yəni uşaq əylənsin deyə oturub saatlarla izləmələrində heç bir problem görmədiyimiz, hətta ayaq altında dolaşmadıqları üçün zövq belə aldığımız xoşbəxt ailə məzmunlu cizgi filmlər... "Caillou", "Lauranın ulduzu", "Pepee" və digərləri...
Cizgi filmlərdəki "ata" fiqurları da xeyli müzakirə edilən mövzudur. Oturub saatlarla televizora baxmayan, evə gec gəlməyən, uşaqlarına vaxt ayıran (hər nə olur olsun) + onların problemlərini dinləyib həll etməyə çalışan atalar! Belə "varlıqların" dünyada yaşadığına inanırsınızmı?
Lakin təkidlə uşaqlarının problemlərini dinlədiyi azmış kimi, bir də ürək qırmadan və uşağının özünə inamını sarsıtmadan onları həll etməyə çalışan atanın macəralarını izləyirik. Yenə istədiyimizi görə bilmirik. Çünki, bizim gördüyümüz atalar uşaqların, məsələn, süd içmək kimi "sadə" problemlərinin həllini analara həvalə edirlər. Cizgi filmlərdə isə uşağının süd içməkdən imtina etdiyini görən ata dil tökür, uşağını razı salmağı bacarır. Bir neçə dəqiqə sonra da uşaq süd içməyə can atır.
Bəhs edilən cizgi filmlərinin çoxu xarici ölkələrdə istehsal edilib. Yerli istehsala onqat daha çox xərc çəkiləcəyi, artıq çıxarılmış və bir az da köhnəlmiş olduğu üçün xərci az olan cizgi filmlərini seçən zaman bunların nəyə səbəb ola biləcəyinə diqqət edilmir. Dörd barmaqlı və burunsuz bir ailənin uşağı olan Pepee... Gün ərzində etdiklərinə baxdığımız zaman gününü çöldə keçirən və həyətdə özündən başqa kimsə olmadığı üçün hər istədiyini edə bildiyi bir mühitdə böyüyür Pepee. Anası və atası Pepeenin bütün
şıltaqlıqlarına böyük səbirlə dözür.
Bu cizgi filmlərə baxıb təsir altına düşən yalnız uşaqlar deyil. Xüsusilə analar ekrandakı "möhtəşəm analarla" özünü müqayisə edir və niyə onlar qədər səbirli, anlayışlı, qüsursuz ola bilmədiyini düşünür.
Pedaqoqlar bu haqda belə deyir: "Qüsursuz valideyn yoxdur. Əhəmiyyətli olan səhvi görmək, qəbul etmək və kompensasiya etməyə çalışmaqdır. Heç bir ana-ata mükəmməl deyil. Buna görə də qüsursuz görünməyə çalışmaq təbii deyil. Həyatın hər sahəsində olduğu kimi, valideyn rolunda da insanların təbii davranmaları ən gözəlidir".
"Ekrandakı ana-atanın uşağının istək və ya mənfi davranışlarına səbir göstərməsini, doğru cümlələrlə cavab verməsini və ya marağını başqa şeylərə istiqamətləndirməsini seyr edən bir uşaq haqlı olaraq, öz valideynlərindən də bənzər davranışı istəyəcək. İzlədiyi cizgi filmdən təsirlənib ana-atasına "Sən niyə belə deyilsən?" deyən bir uşağa əsəbləşərək ya da danlayaraq reaksiya verilməsi son dərəcə yanlışdır".
Doğru və yaşına uyğun cizgi filmləri (proqramlar) vaxtaşırı uşaqla birlikdə seyr edilə bilər. Valideynlər uşaqlarını öyrədərkən fərqində olmadan özləri də öyrənirlər. Cizgi filmlərindəki mədəni dəyərlərdən qaynaqlanan fərqliliklər isə uşağa uyğun cümlələrlə izah edilməlidir.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR