Qadin.NET / Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Uşaqların həvəslə izlədiyi cizgi filmləri bu zamana qədər həmişə məzmunundakı zorakılıq, zərərli ünsürlər səbəbiylə mütəxəssislər tərəfindən tənqid mövzusu olmuşdu. Ancaq son zamanlar cizgi filmlərinin mütəxəssislər tərəfindən deyil, ailələr və xüsusilə analar tərəfindən tənqid olunan başqa məqamları var.

Cizgi filmlərdə əks etdirilən şişirdilmiş "xoşbəxt ailə" hekayələrindən və bu vəziyyətin bəzi valideynləri necə narahat etdiyindən bəhs edəcəyik .Yəni uşaq əylənsin deyə oturub saatlarla izləmələrində heç bir problem görmədiyimiz, hətta ayaq altında dolaşmadıqları üçün zövq belə aldığımız xoşbəxt ailə məzmunlu cizgi filmlər... "Caillou", "Lauranın ulduzu", "Pepee" digərləri... 

Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Cizgi filmlərdəki "ata" fiqurları da xeyli müzakirə edilən mövzudur. Oturub saatlarla televizora baxmayan, evə gec gəlməyən, uşaqlarına vaxt ayıran (hər nə olur olsun) + onların problemlərini dinləyib həll etməyə çalışan atalar! Belə "varlıqların" dünyada yaşadığına inanırsınızmı?

Lakin təkidlə uşaqlarının problemlərini dinlədiyi azmış kimi, bir də ürək qırmadan və uşağının özünə inamını sarsıtmadan onları həll etməyə çalışan atanın macəralarını izləyirik.  Yenə istədiyimizi görə bilmirik. Çünki, bizim gördüyümüz atalar uşaqların, məsələn, süd içmək kimi "sadə" problemlərinin həllini analara həvalə edirlər. Cizgi filmlərdə isə uşağının süd içməkdən imtina etdiyini görən  ata dil tökür, uşağını razı salmağı bacarır. Bir neçə dəqiqə sonra da uşaq süd içməyə can atır.

Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Bəhs edilən cizgi filmlərinin çoxu xarici ölkələrdə istehsal edilib. Yerli istehsala onqat daha çox xərc çəkiləcəyi, artıq çıxarılmış və bir az da köhnəlmiş olduğu üçün xərci az olan cizgi filmlərini seçən zaman bunların nəyə səbəb ola biləcəyinə diqqət edilmir. Dörd barmaqlı burunsuz bir ailənin uşağı olan Pepee... Gün ərzində etdiklərinə baxdığımız zaman gününü çöldə keçirən və həyətdə özündən başqa kimsə olmadığı üçün hər istədiyini edə bildiyi bir mühitdə böyüyür PepeeAnası və atası Pepeenin bütün 

şıltaqlıqlarına böyük səbirlə dözür. 

Cizgi filmlərinin valideynləri narahat edən məqamları

Bu cizgi filmlərə baxıb təsir altına düşən yalnız uşaqlar deyil. Xüsusilə analar ekrandakı "möhtəşəm analarla" özünü müqayisə edir və niyə onlar qədər səbirli, anlayışlı, qüsursuz ola bilmədiyini düşünür.

Pedaqoqlar bu haqda belə deyir: "Qüsursuz valideyn yoxdur. Əhəmiyyətli olan səhvi görmək, qəbul etmək və kompensasiya etməyə çalışmaqdır. Heç bir ana-ata mükəmməl deyil. Buna görə də qüsursuz görünməyə çalışmaq təbii deyil. Həyatın hər sahəsində olduğu kimi, valideyn rolunda da insanların təbii davranmaları ən gözəlidir".

"Ekrandakı ana-atanın uşağının istək və ya mənfi davranışlarına səbir göstərməsini, doğru cümlələrlə cavab verməsini və ya marağını başqa şeylərə istiqamətləndirməsini seyr edən bir uşaq haqlı olaraq, öz valideynlərindən də bənzər davranışı istəyəcək. İzlədiyi cizgi filmdən təsirlənib ana-atasına "Sən niyə belə deyilsən?" deyən bir uşağa əsəbləşərək ya da danlayaraq reaksiya verilməsi son dərəcə yanlışdır".

Doğru və yaşına uyğun cizgi filmləri (proqramlar) vaxtaşırı uşaqla birlikdə seyr edilə bilər. Valideynlər uşaqlarını öyrədərkən fərqində olmadan özləri də öyrənirlər. Cizgi filmlərindəki mədəni dəyərlərdən qaynaqlanan fərqliliklər isə uşağa uyğun cümlələrlə izah edilməlidir.

 


21 may 2013
GO BACK