Adətən hamiləliyin üç ayı yay fəslinə düşür. Əlbəttə ki, qış aylarına təsadüf edən hamiləlikdən fərqli olaraq yay aylarında hamiləliyin son rübünü yaşamağın mənfi və müsbət tərəfləri var. Qış aylarında üst-üstə qalın geyinmək, hər an buzda sürüşüb yıxılmaq təhlükəsi ilə üz-üzə qalmaq, meyvə və tərəvəz cəhətdən kasıb olan bir fəslə təsadüf etməkdənsə yayın isti aylarında hamiləliyin son aylarını yaşamaq daha fərqlidir.
Yaz aylarında hamiləni narahat edə biləcəklər:
Tənginəfəslik, oksigen çatışmazlığı,
Gün vürma təhlükəsi
Əl-ayaq şişməsi
İstənildiyi qədər maye qəbul edə bilməmək
Günəş altında istənilən qədər otura bilməmək.
Bütün bu “sınaqlardan” məharətlə keçmək üçün səy göstərmək lazımdır. Bunun üçün bu məsləhətlərə əməl etmək vacibdir.
1. Qədərindən çox istilənməmək üçün tez tez ilıq duş qəbul etməli və ya yaş salfetlə silinmək lazımdır. Günün daha çox hissəsini tez-tez havalandırılan sərin ev şəraitində və ya açıq havada (kölgədə olmaq şərti ilə) keçirmək lazımdır. Bununla belə yel qarşısında oturmamaq vacibdir. Çünki yay olmasına baxmayaraq soyuqdəyməniz ola bilər.
2. Adətən yaz-yay aylarında çox maye qəbul edilməsinin vacib olduğunu qeyd edirlər. Lakin hamiləlikdə xüsusən də son aylarda böyrəklərə əlavə yük düşməsin deyə, üstəlik ayaqlarda su yığımı müşahidə edilməsin deyə bu məsləhətə daha ehtiyyatlı yanaşmaq lazımdır. Məhz maye qəbulunun qədərini öz həkiminizlə məsləhət edin. O sizə uyğun olan miqdarı deyəcəkdir. Maye qəbulunu başqa yolla da qarşılamaq mümkündür. Məsələn sulu meyvə və tərəvəzlər yeməklə.
3. Yay fəslində hamilənin geyinəcəyi paltarın seçimi də əhəmiyyət daşıyır. Təbii ki, həmin geyim enli, qarın nahiyyəsini sıxmayan, hərəkət etməyə də mane olmamalıdır. Hamilələr üçün parçanın tərkibi çox əmiyyətlidir. Belə ki, bütün geyimləri 100% pambıqdan və ya təbii parçalardan olmalıdır. Təbii atlas parçalardan olan geniş donlar da sərinlik bəxş edirlər.
4. İsti yay günlərində bütün günü yataqda uzanmaq doğru olmadığı kimi bütün günü enerji israf etmək də doğru deyil. Hamiləliyin son rübündə enerji ehtiyatı az olduğu üçün onun bərpa edilməsi də vacibdir. Rahat qoltuqda oturmağı və ya uzanarkən ayaqları yuxarı qaldırmağı unutmayın.
5. Hamiləlik zamanı gün vurmadan ehtiyat etmək lazımdır. Əlbəttə ki, bütün bədənin eyni dərəcədə günəşlənməsi pis olmazdı. Lakin unutmaq olmaz ki, hamiləlik zamanı qadın bədənində hormonal dəyişikliklər baş verir. Gün istisi də ləkələnməni sürətləndirən hormon yarada bilər. Həmin ləkələrin ölçüsü və dərinliyi günəş altında olduğunuz müddətdən aslı olaraq dəyişir. Unutmayın hamiləlik zamanı yaranmış ləkəyə günəş işığı düşərsə o ləkə hamiləlik başa catdıqdan sonra da yox olmaz. Ləkələrin yarandığı sahə üz, boyun, qulaq, sinə, ayaqlardır.
6. Düzgün qidalanma. Adətən ginikoloqlar hamilələrə gün ərzində çox duzlu yeməməyi (5 qram günə) məsləhət edirlər. Çünki duz (hazır şirə paketləri də həmçinin) bədəndən mayenin xaric olmasına mane olur və eyni zamanda qan damarlarında spazm yaranmasına, təzyiqin qalxmasına gətirib çıxarır. İsti aylarda normadan artıq çəkiyə (normal çəki artımı hamiləlik üçün 11-15 kq hesab edilir) sahib olmaq özü də çətinlik yaradır. Bunun üçün qəbul etdiyiniz qidaların sizə və körpənizə yararlı olduğuna diqqət edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müasir dizayınlı güzgü modelləri
Heydər Əliyevin rəsmi olan qızıl iPhone-lar
Şakiradan gözlənilməz addım
Bitki çayları ilə arıqlama tədbiri
90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"
Hamiləlikdə baş ağrısı və miqren
Dəri rənginə görə pomada seçimi necə olmalıdır?
Şahzadə körpənin adı bilindi
Belə də nəqliyyat olur
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Günün ulduz falı
Günün ulduz falı
Nogay çayı (foto resept)
İŞİD Bakının neft yataqlarını vurmaqla hədələdi
Azərbaycanda mənzillərin qiyməti artıb
Xoşbəxt evliliyin qızıl qaydaları
Dəbli ayaqqabı modelləri
Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ
Türkiyədə terror: 3 ölü, 45 yaralı
Donmuş vaxtın şəhəri
Günəşin enerjisi ilə dünya səyahətinə
Prezidentdən yeni təyinatlar
Memar sahəsi 7,5 kvadratmetr olan mikro ev tikib - FOTO
Dəbli boyunbağı hazırlayaq
Xərçəngin yarandığını göstərən əsas əlamət açıqlandı
Günəş sistemindən kənarda 715 yeni planet kəşf edilib
Bu insan 25 ildir ancaq pizza yeyir
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Beren Saatdan qeyri-adi -FOTO
95 milyona ev aldı-FOTO
Əl işlərim (2)
Dörd "virtual Madonna" bir səhnədə-VİDEO
Üzən meşə
Heyvansevərlər üçün maraqlı şəkilər
ÜST rəsmisindən sərt karantin rejiminə yenidən qayıtmaqla bağlı VACİB AÇIQLAMA
Bu qidalar sızanaq yaradır
Murad və Aslı barışıb?
Ingilis dili- XXX dərs
Bəziləri şanslı doğulur
"Milan" satıldı - 1,5 milyarda
30 dəqiqədə ev təmizliyi
Buraxılış imtahanlarının vaxtı bilindi
Lavanda yağı necə hazırlanır?
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Təzyiqin artmasına səbəb olan gündəlik vərdişlər
Məşhur gözəl bir gecədə 50 il qocaldı
Fransız qadınları kimi geyinməyin sirri
Kəsmikli, xurmalı toplar (foto resept)
Tatlısesin oğlu evlənir - FOTO
Əcnəbi şəxs Azərbaycan vətəndaşı olmaq istəyərsə















- ŞƏRHLƏR