Qadin.NET / Yay aylarına düşən hamiləlik

Yay aylarına düşən hamiləlik

Yay aylarına düşən hamiləlik

Adətən hamiləliyin üç ayı yay fəslinə düşür. Əlbəttə ki, qış aylarına təsadüf edən hamiləlikdən fərqli olaraq yay aylarında hamiləliyin son rübünü yaşamağın mənfi və müsbət tərəfləri var. Qış aylarında üst-üstə qalın geyinmək, hər an buzda sürüşüb yıxılmaq təhlükəsi ilə üz-üzə qalmaq, meyvə və tərəvəz cəhətdən kasıb olan bir fəslə təsadüf etməkdənsə yayın isti aylarında hamiləliyin son aylarını yaşamaq daha fərqlidir. 

Yaz aylarında hamiləni narahat edə biləcəklər:

Tənginəfəslik, oksigen çatışmazlığı,

Gün vürma təhlükəsi

Əl-ayaq şişməsi

İstənildiyi qədər maye qəbul edə bilməmək

Günəş altında istənilən qədər otura bilməmək.

Bütün bu “sınaqlardan” məharətlə keçmək üçün səy göstərmək lazımdır.  Bunun üçün bu məsləhətlərə əməl etmək vacibdir.

 1. Qədərindən çox istilənməmək üçün tez tez ilıq duş qəbul etməli və ya yaş salfetlə silinmək lazımdır. Günün daha çox hissəsini tez-tez havalandırılan sərin ev şəraitində və ya açıq havada (kölgədə olmaq şərti ilə) keçirmək lazımdır. Bununla belə yel qarşısında oturmamaq vacibdir. Çünki yay olmasına baxmayaraq soyuqdəyməniz ola bilər. 

Yay aylarına düşən hamiləlik

 2. Adətən yaz-yay aylarında  çox maye qəbul edilməsinin vacib olduğunu qeyd edirlər. Lakin hamiləlikdə xüsusən də son aylarda böyrəklərə əlavə yük düşməsin deyə, üstəlik ayaqlarda su yığımı müşahidə edilməsin deyə bu məsləhətə daha ehtiyyatlı yanaşmaq lazımdır.  Məhz maye qəbulunun qədərini öz həkiminizlə məsləhət edin. O sizə uyğun olan miqdarı deyəcəkdir. Maye qəbulunu başqa yolla da qarşılamaq mümkündür. Məsələn sulu meyvə və tərəvəzlər yeməklə.

3. Yay fəslində hamilənin geyinəcəyi paltarın seçimi də əhəmiyyət daşıyır. Təbii ki, həmin geyim enli, qarın nahiyyəsini sıxmayan, hərəkət etməyə  də mane olmamalıdır. Hamilələr üçün parçanın tərkibi çox əmiyyətlidir. Belə ki, bütün geyimləri 100% pambıqdan və ya təbii parçalardan olmalıdır.  Təbii atlas parçalardan olan geniş donlar da sərinlik bəxş edirlər. 

Yay aylarına düşən hamiləlik

4. İsti yay günlərində bütün günü yataqda uzanmaq doğru olmadığı kimi bütün günü enerji israf etmək də doğru deyil. Hamiləliyin son rübündə enerji ehtiyatı az olduğu üçün onun bərpa edilməsi də vacibdir. Rahat qoltuqda oturmağı və ya uzanarkən ayaqları yuxarı qaldırmağı unutmayın.

5. Hamiləlik zamanı gün vurmadan ehtiyat etmək lazımdır. Əlbəttə ki, bütün bədənin eyni dərəcədə günəşlənməsi pis olmazdı. Lakin unutmaq olmaz ki, hamiləlik zamanı qadın bədənində hormonal dəyişikliklər baş verir. Gün istisi də ləkələnməni sürətləndirən hormon yarada bilər. Həmin ləkələrin ölçüsü və dərinliyi günəş altında olduğunuz müddətdən aslı olaraq dəyişir. Unutmayın hamiləlik zamanı yaranmış ləkəyə günəş işığı düşərsə o ləkə hamiləlik başa catdıqdan sonra da yox olmaz. Ləkələrin yarandığı sahə üz, boyun, qulaq, sinə, ayaqlardır. 

Yay aylarına düşən hamiləlik

6. Düzgün qidalanma. Adətən ginikoloqlar hamilələrə gün ərzində çox duzlu yeməməyi (5 qram günə) məsləhət edirlər. Çünki duz (hazır şirə paketləri də həmçinin) bədəndən mayenin xaric olmasına mane olur və eyni zamanda qan damarlarında spazm yaranmasına, təzyiqin qalxmasına gətirib çıxarır.  İsti aylarda normadan artıq çəkiyə (normal çəki artımı hamiləlik üçün 11-15 kq hesab edilir) sahib olmaq özü də çətinlik yaradır. Bunun üçün qəbul etdiyiniz qidaların sizə və körpənizə yararlı olduğuna diqqət edin.

 

14 iyun 2013
GO BACK