Qəbul imtahanlarına çox az vaxt qalıb. Bütün abituriyentlər həddən artıq yorğundur. Mən əminəm ki, hər birinizin ətrafında analar var ki, bu imtahana qalan vaxtın günlərini sayır. Odur ki, sizinlə bu mövzunu bölüşmək istədim...
Belə ki, hər şeydən əvvəl deyək ki, istər imtahan zamanı, istərsə də imtahana qədər bu cox təbii hisdir. Bu hiss abituriyentin fikrini düzgün toplamasında mühüm rol oynayır. Amma bu normal olan həyəcan üçün belədir. Bu həyəcan normal səviyyədən çox olanda əks-təsir göstərir. Bu isə elmi dildə "imtahan həyəcanı" adlanır.
İmtahan həyəcanının əsas əlamətləri bunlardır....
-Psixoloji əlamət (diqqət zəifliyi, bədbinlik halları, inamsızlıq, ümidsizlik);
-Fizioloji əlamətlər (ürək döyünməsi, ürək bulanması, baş agrısı və s.);
-Emosional əlamətlər (stress, həyəcan, yoğunluq).
İmtahan həyəcanı əsasən aşağıdakı hallarda baş verir:
İmtahana yaxşı hazırlaşmadıqda, imtahan vaxtı verilən 3 saatı düzgün bölmədikdə, yuxusuz olanda, yaxşı qidalanmadıqda və s.
Bütün bunlarla yanaşı imtahanla bağlı mənfi düşüncələr də imtahan həyəcanına səbəb olan əsas amillərdəndir. Məsələn:
-Bu imtahanda yaxşı bal toplaya bilməyəcəm;
-Sinifdə (ya da qurupda) hamı məndən çox bilir;
-Nə qədər oxuyuram, yenə də bir şey bilmirəm;
-Evdəkilərin üzünə necə baxacağam?
-Əgər bu il universitetə girə bilməsəm, gələn il də girə bilməyəcəyəm və imtahan başlayan kimi bütün bildiklərimi unudacağam;
-Nə qədər çalışıram fikrimi cəmləşdirə bilmirəm və s.
Bu düşüncələr əsasən bizim pisixoloji vəziyyətimizlə bağlı mənfi düşüncələrdir.
Bir də bizim fizioloji vəziyyətimizlə bağlı mənfi düşüncələr var ki, onlar da imtahan həyəcanının meydana gəlməsində az rol oynamır,
məsələn:
-Sanki ürəyim yerindən çıxacaq;
-Əlim-ayağım bir-birinə dolaşır;
-Özümü heç cür ələ ala bilmirəm;
-İmtahan başlayan kimi yenə ürəyim bulanacaq;
-Əllərim titrəyir, indi mən nə edəcəyəm?
-Nəfəs ala bilmirəm, elə bil havam çatmır;
-Elə bil özümü boşluqda hiss edirəm və s.
Bəs imtahan həyəcanının qarşısını necə ala bilərik?
İlk növbədə, əziz valideynlər, heç vaxt uşağınıza "Sən yazmasan, mən ölərəm" bir ifadə qurmayın. Çox rast gəlmişik, elə abituriyent var deyir ki, "Mən sualın cavabını dəqiq bilirdim, amma fikirləşdim ki, səhv olar, anamın ürəyi dözməz". Odur ki, övladlarınıza bu yükü yükləməyin. Yaxşı olar ki, ona inandığınızı, yazacağına əmin oldugunuzu bildirəsiniz... İmtahan qabağı imtahana gedəcək şəxsin dincəlməyinə nail olun. Uşaqları mobil dünyadan kənarlaşdırın. Amma zorla deyil, məsləhətlə...
Və nəhayət, əziz valideynlər, öz həyəcanınızı uşağa hiss etdirməyin. Heç vaxt uşağınızı yaşıdları yanında müqayisəli təhlil etməyin.
Uşağınızı təzyiq altına salmayın.....
Əziz analar, kimin abituriyent uşağı varsa, hamınıza uğurlar arzu edirəm. Nə sizin, nə də biz müəllimlərin əziyyəti yerdə qalmasın... Amin
Qadın.Netlilər, hər birimiz bu həyəcanı yaşamaşıq. Mənimlə bu hissləri bölüşmək istərdinizmi ?
XƏBƏR LENTİ
Kirpiklərinizi bu üsullarla uzadın
Narahatlıqdan xilas olmaq üçün...
Şəkər çörək (foto resept)
Sallanan qolları sıxlaşdıran məşq təklifləri
Ərazilərimiz minalardan təmizlənir
Adını mən verdim, yaşını Allah versin....
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Putin Qarabağla bağlı BMT və ÜST-ə müraciət etdi
“WhatsApp”da yeni layihə
Yaxın gələcəkdə “öləcək” peşələr açıqlandı
Uşaqlar tərəvəzi niyə sevmir?
Ümumi müşahidələrdən “xüsusi nəticəyə” məktub
İŞİD belə vuruldu
Saçların ağarmasına qarşı maska
Hər gün 10 min addım atın!
Dəbli yay çantaları
Əri aktrisaya 3 milyonluq hədiyyə verdi
"Qarabağ" və "Neftçi" yarımfinalda
Əriştə şorbası və toyuq ətindən langet
Yuxu yozmaları - Y
İsti su içməyin 5 faydası
Bayram yarmarkalarının ünvanları açıqlandı
Dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçildi
Saç rənginizi nə müəyyənləşdirir
Bu xəbəri Facebook istifadəçiləri oxusun
“Ceyms Bondun sevgilisi” koronavirusa yoluxdu-FOTO
Şahzadə Harri və Meqan "Ginnesin rekordlar kitabı"na düşdülər
Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur
İş yerində sağlam qidalanın
Tovuzda şəhid olanların ailəsinə Prezident təqaüdü veriləcək
Bakı bulvarından sakinlərə xoş xəbər
Kəs və yapışdır-57
Bəzi sabunların faydaları (2-ci hissə)
Günün ulduz falı
Ramazan ayının gündəlik müstəhəb əməlləri
Beyonce şahzadə ilə görüşə belə geyindi-FOTO
Çingiz “Eurovision”da onlarla səhnəyə çıxacaq
Minimalist manikür nümunələri
Melisa Aslı Pomuk ərə gedir
Ev üsulu laqman (foto resept)
23 dildə sevirəm səni
Bu ilin qış qarderobu
XƏBƏRDARLIQ: Sabah geomaqnit qasırğası olacaq
Varikozdan qorunmağın yolları
Bayramda rəqs edək
Koronavirusa görə dünya əhalisinin 20 %-i karantindədir
Fərqli peşə sahiblərinin iş zamanı çəkilmiş şəkilləri
Azərbaycanda daha bir unikal əməliyyat
Havaların dəyişməsi xəstəlik yaradır
Azərbaycanda halal kosmetika və halal geyim bazarı olacaq
- ŞƏRHLƏR