Hər bir ad antroponimik vahiddir. Antroponimiya şəxs adlarının mənşəyini ,prinsip və qanunlarını öyrənən dilçilik bölməsidir. Dilimizdəki antroponimlər yaranma əsaslarına görə igidlik, şöhrət, gözəllik, dini-mifoloji və digər məzmunlu adlardır. Bu adların çoxu dilimizə vaxtilə ərəblərin, farsların Azərbaycana kütləvi axını ilə daxil olmuşdur. Zaman keçdikcə ərəb-fars işğalçı siyasəti unudulmuş, bu dillər mədəniyyət göstəricisi kimi həyatımızda qalmaqda davam etmişdir. Onlar dilimizə uyğunlaşmış, özlərinə leksik mühit qazanmış, şirinləşmiş və beləliklə, türk antroponimikasına xidmət etmişdir.
Bu saytın tələbləri baxımından biz yazımızda, sadəcə, antroponimikanın bəzi ümumi məlumatları ilə kifayətlənib, fikrimizi daha çox adlarımız haqqında düşüncələrə həsr edirik. Xalqımızın adqoyma ilə bağlı təsəvvür və münasibətləri ilk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanlarında öz əksini çox gözəl tapmışdır.
“Kitabi- Dədə Qorqud” dastanlarında ağzıdualı ailələr övlad arzusu ilə Tanrıdan övlad diləyər, Tanrı da həmin ailələrə övlad bəxş edərdi. Oğuz eli yeddi gün, yeddi gecə bu sevinci bayram kimi qeyd edərdilər: şadlıq məclisi qurular, boy boylanar, soy soylanardı. Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib “Adını mən verdim, yaşını Allah versin deyərdi.
Oğuz eli də Tanrının dərgahına əl uzadıb “Amin” deyərdi, ağ alınlarını yerə qoyub dualar qılardılar.
Yəqin ki, söhbətin adlarla bağlı olacağı hamıya aydın oldu. Axı ad insanın yaraşığıdır. Buna görə də uşağa ad seçərkən diqqətli olmaq, adın gözəlliyinə və məna xüsusiyyətlərinə fikir vermək lazımdır. Elə ad seçmək lazımdır ki, övlad yaşa dolduqca daşıdığı adın mahiyyətini öz üzərində hiss etsin. Həm də ad seçmək hələ işin hamısı demək deyil. Gərək valideyn övladaının şəxsiyyət kimi formalaşmasına, adının daşıdığı mənaya uyğun yetişməsinə səy etsin. Məsələn, valideyn övladına “Cəsarət” adını qoyub. Amma məlum olur ki, bu uşaq axşam düşəndən sonra qonşuya getməyə qorxur və ya uşağa “Alim” adı veriblər, Alim isə 4-cü sinfi iki ilə güclə bitirib.
2011-ci ildə Ədliyyə Nazirliyi Azərbaycan respublikasında uşaqlara qoyulmuş və populyar 50 qız, 50 oğlan adının siyahısını təqdim etmişdir.
Qız adları:
Nuray(1201 nəfər), Zəhra(1059), Fatimə(869), Ayan(544), Zeynəb(484), Fidan(479), Aylin(467), Xədicə(456), Leyla(414), Aysu(391), Nəzrin(385), Gülay(371), Nərmin(344), Aytac(326), Mədinə(299), Məryəm(272), Ləman(266), Səma(243), Aysun(242), Aydan(240), Nigar(240), Aysel(225), Nərgiz(218), Dəniz(206), Mələk(192), Bahar(136), Yağmur(135), Sevinc(134), Lalə(133), Aişə(128), Günay(126), İnci(122), Gülər(121), Əsmər(119), Səbinə(116), Aynişan(113), Aynur(106), Ayşən(102), Günel(98), Nazlı(97), Əsnad(96), Əsma(94), Mehriban(89), Arzu(86), Aytən(82), Fəridə(81), Səkinə(76), Ayla(75), Əminə(75), İlahə(72 nəfər).
Oğlan adları:
Yusif(1418 nəfər), Əli(892), Hüseyn(868), Məhəmməd(610), Murad(594), Nihad(474), Ömər(455), Kənan(390), İbrahim(362), Fərid(344), Ayxan(293), Nicat(280), Ramal(268), Həsən(267), Nurlan(238), Tunar(238), İsmayıl(227), Amin(221), Emil(218), Elmir(209), Rəsul(209), Rəvan(203), Uğur(183), Elcan(181), Sadiq(179), Sənan(176), Turan(169 nəfər).
Bu siyahıya diqqətlə fikir versəniz, Zəhra(1059), Fatimə (869), Zeynəb(484), Xədicə(456), Mədinə(299), Məryəm(272), Mələk(192), Əsma(94), Yusif(1418), Əli(892), Hüseyn(868), Məhəmməd(610), İbrahim(362), Həsən(267), İsmayıl(227), Amin(221), Rəsul(209) kimi adlara daha çox müraciət edildiyini yəqin edəcəksiniz. Təbii ki, dini şəxsiyyətlərə, müqəddəs yerlərə ehtiram olaraq valideynlər öz övladlarına bu adları seçmişlər.
Bu gün diqqəti cəlb edən bir məsələ də valideynlərin övladlarına öz valideynlərinin adını verməsidir. Cəmiyyətin bu cür adqoymaya münasibəti birmənalı deyildir. Məsələn, Vəliyev Həsən Tofiq oğlu öz nəvəsinə “Tofiq” adını qoyur. Fikir verin, bu ad səslənəndə baba nəvənin oğlu kimi səslənir, həm də baba gəlib nəvənin yerində dayanır. Qatmaqarışıq olduğu kimi bir qədər də qeyri-etik münasibət yaranır. Yaxından münasibətim olan bir ailədə bunun şahidi olmuşam. Nəvəyə babanın adını qoyublar. Baba artıq haqq dünyasındadır. Nənə deyir ki, birdən elə vəziyyət yaranır ki, gəlin uşağa acıqlanıb, dilucu olsa da "qarğış" edir. Deyə bilməsəm də, ürəyimə toxunur. Digər tərəfdən, babanın adını daşımaq həm də uşaqlar böyüyəndən,bunu dərk edəndən sonra onları müəyyən çərçivəyə salır, sanki uşaq öz adıyla yox, babasının adıyla yaşamalı olur.
Körpəyə istənilən adı seçmək məsələsi də əhəmiyyət kəsb edir. Əlbəttə, valideynlər ad seçimində müstəqildirlər. Buna baxmayaraq, ümumi razılaşdırılmış normalar gözlənilməlidir. Bəziləri ancaq milli adların seçilməsini vacib sayırlar. Amma onu da unutmaq olmaz ki, yuxarıda qeyd etdiyimiz kimi ərəb- fars mənşəli sözlər illərin qovuşuğunda özünə yaşamaq hüququ qazanıb, bir növ özümüzünküləşib. İslam dini bütün müsəlmanlarındır, bu dinlə bağlı şəxs adları da bütün müsəlmanlarındır.
Uşaqlar yaşa dolduqca, bu adın mənasını anladıqca daşıdıqları adın ruhunda böyüyür, bu adın yazılışı və tələffüzündəki incəlik onun əqidəsinə işıq tutur.Odur ki, övladınıza ad qoyarkən yüz ölçüb, bir biçməlisiniz. Biz gəldi-gedərik, həyat davam edəcək. Bir xalq, millət olaraq tarixlərə gedib çıxa bilmək üçün mədəniyyətimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi qorumalı və yaşatmalıyıq.
Övladlarımıza verdiyimiz adlar da bu baxımdan öz cövhərində milliliyi, türk ruhunu yaşatmalıdır.
Indi isə sizə 5 oğlan və 5 qız adının mənşəyi və izahını təqdim edirik.

Aysel – türk və ərəb mənşəlidir, ay işığı, ayın işığı, ayın nuru, eləcə də ay təkin, ay kimi, aya bənzər mənalarını ifadə edir.
Aygün - Ay və Günəş; abır, həya, ismət və Günəş-hərarət kimi rəmz mənalarını bildirir.
Aytac - türk və fars mənşəlidir,ayın haləsi,ay işığı deməkdir.
Ayçin- aya bənzər, parlaq, büsatlı
Bəyaz- ərəb mənşəlidir, ağ, ağ rəng mənasını ifadə edir.
Anar- yada salar, anan, anlayan, başa düşən,
Pərviz – fars mənşəlidir, parlaq, aydın; pərvazedən, qanadlanan mənasında
Pərvin - fars mənşəlidir,Ülkər, Sürəyya, Yeddiqatdaş (ulduz)
Dəyanət - ərəb mənşəlidir, əslində diyanət kimi işlədilir; dəyanətli, dözümlü deməkdir.
Vüsal - ərəb mənşəlidir, görüşmə,qovuşma, birləşmə mənasındadır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sinoptiklərdən xoş xəbər
Ayda təkər tapıldı: 30 min baxış...-VİDEO
Ağızla eşidə biləcəyik
YAP Gənclər Birliyinin "Yay məktəbi" davam edir
Düşmənin bir neçə hərbi obyekti, texnikası, 20 nəfərdən çox şəxsi heyəti məhv edilib - VİDEO
Sabahın HAVAsı
Hamiləlikdə özünə qulluq
Hava haqqında
Azərbaycan “Les Echos"da
Bədən dili bizi ələ verir (3)
Balqabaq pəhrizi
Sabahın HAVAsı
Ecazkar qadının sirri
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Obama bu hərəkətləri ilə interneti "sökür"
Ana südünün xərçəngə qarşı mübarizəsi
4 günə 5 santimetr arıqladan detoks
Dubaya bir də quş uçuşundan baxın
Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar-FOTO
Möhtəşəm yay ayaqqabları
Məzahir Pənahov: "Azərbaycan seçiciləri bu gün keçirilən seçkilərdə öz fəallığını nümayiş etdirəcəklər"
Gəlin makiyajı
Acılı pomidor sousu (foto resept)
Şarliz Teron şəxsi həyatından danışdı
Boyun ağrısı
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Hava haqqında - 27.02.2014
Gülbən Ergen və Demet Akalın barışdı-FOTO
5G şəbəkəsi gəlir
Ziyafət geyim modelləri
Deputat parlamentdə uşaq əmizdirdi
Arizona Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etdi
Möcüzə enerji-1
HAVA necə olacaq?-24 Sentyabr
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Dünya çempionu neçə milyon dollar alacaq?
Dadlı və asan tort (foto resept)
Günün ulduz falı
Castin Biberin adı təcavüz qalmaqalında
Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)
Məscidlərə hücum başladı
Təhlükə bir addımlığınızda
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
52 yaşlı modeli görənlər gözlərinə inanmırlar-FOTO
Hicablı gəlinliklər
Yunan salatı (foto resept)
"Hörümçək adam"ın yaradıcısı vəfat etdi
Günün ulduz falı
"28 May" stansiyasının nəyi kəmdir?
Metohəssas insanlar üçün proqnoz














