Qışda uşaqların məktəbdə qarşılaşa biləcəyi təhlükələr
Qış aylarında məktəbə gedən uşaqlar xəstəliklərə və qəzalara qarşı daha köməksiz hala gələ bilirlər. Prof. Dr. Azad Karcıoğlu uşaqların qarşılaşa biləcəyi 7 təhlükəni və həyat qurtaran ilk kömək üsullarını izah etdi. Edilən araşdırmalara görə uşaqlar məktəbdə çox vaxt qaçıb oynayarkən qəzaya düşürlər. Əl və ayaq biləyini burxur, qırır, dirsəkdə qırıq və çıxıqlar meydana gəlir. Məktəbə yeni başlayan kiçik uşaqların pillənkənlərdən yıxılmarı da tez-tez rast gəlinən təhlükələrdən biridir.
Qarda və buzda sürüşüb yıxılmalar
Qış aylarında soyuq və qarlı havalarla birlikdə buzlu və ya qarlı ərazidə ani yıxılma təhlükəsi artır. Bunun nəticəsində qol və ayaqlarda qırıqlar, hətta baş yaralanmaları meydana gəlir. Ancaq bəzi sadə tədbirlərlə bu yaralanmalar azaldıla bilər. Məsələn, məktəblərdə nərdivan və digər zəminlərində ola bildiyi qədər sürüşməyə mane törədən matrealdan istifadə edilməsi, ayaqqabıların sürüşməz əsaslı, rezin toxumalı olması lazımdı. Gedərkən balanslı, yola baxaraq getmək və diqqətli addım atmaq lazımdır. Əllər cibdə olmamalı, sərbəst buraxılmalıdı. Mümkün olduğu qədər kiçik addımlarla gedilməlidi. Addımların geniş atılması sürüşmə riskini artırır. Sərt çevril və ani hərəkətlər də eyni şəkildə sürüşməyi asanlaşdırır. Bütün tədbirlərə baxmayaraq sürüşmə baş verərsə yıxılarkən ovuc içini yerə basaraq yıxılmaq digər bədən bölgələrindəki ziyanı azaltmağı təmin edəcək. Bu səbəblə əllərdə çanta və ya yük daşınmamalı, kürək çantası istifadə edilməlidi. Yıxılan uşağa mümkün qədər hərəkət etdirilmədən tibbi kömək göstərməlidi.
Burxulma, qırıq və çat
Uşaqların məktəbdə qaçıb oynayarkən, tullanarkən ən çox rast gəlinən qəzalar burxulma və qırıq, dirsək çatları və çıxıqlardı. Burxulma vəziyyətində ağrı, qızarma, şişlik meydana gəlir. Belə bir vəziyyətdə şişi azaltmaq üçün o bölgəni yuxarı qaldırmaq və hərəkət etdirməmək lazımdır. Qırıq vəziyyətində isə hərəkət ilə artan ağrı, şiş və qanama səbəbiylə göyərmə meydana gəlir. Qırıq bölgəsində meydana gələ biləcək şiş səbəbiylə təcili yardımı çağırmaq və ya ən yaxın sağlamlıq mərkəzinə yaralının çatdırılması lazımdır.
Yaralanmalar
Uşaqlar əlbəttə qaçıb oynayacaqlar. ”Yıxılıb bir yerini incidə bilər” deyə qaçmasını qadağan qoymaq olmaz. Buna heç kimin haqqı da yoxdur. Amma uşaqları təmkinli olmaları mövzusunda öyrətmək, məlumatlandırmaq əhəmiyyətlidir. Hələ qarın çox yağdığı günlərdə tənəffüslərdə qaçıb oynayarkən, nərdivanlardan sürətlə aşağıya enərkən, ya da idman dərslərində uşaqların ən sıx qarşılaşdığı qəzalardan biri sürüşmə və toqquşma nəticəsində qanamalar olur. Belə bir vəziyyətdə dərhal bandaj bağlamaq, qanı dayandırmağa çalışmaq lazımdır. İlk olaraq barmaqla və ya böyük yaralarda yumruqla qanama nöqtəsinə təzyiq tətbiq olunmalıdı. Yara təmiz su ilə təmizlənməlidi.
Qızdırma
Qış aylarıyla birlikdə, xüsusilə qızdırmalı xəstəliklərə çox sıx rast gəlinir. Ümumiyyətlə, 6 yaşına qədər olan uşaqlarda görülən və bədən istiliyinin 38°C-nin üstünə qalxması, məktəb uşaqlarında, xüsusilə, üst tənəffüs yolu infeksiyaları qızdırmanın qalxmasına səbəb olur. Belə bir vəziyyətdə əvvəlcə xəstəni su ilə sərinlətmək, qollarını, başını, dirsəyini, oynaq yerlərini soyuq tutmaq; qızdırma düşmürsə otaq istiliyində vannada yuyundurmaq lazımdır. Məktəbdə yüksək hərarəti olan uşağı, ən yaxın sağlamlıq mərkəzinə aparmaq lazımdır.
Dolab aşması
Məktəblər hər hansısa əşyanın düşməsi, qırılması yolu ilə yaralanmalar üçün böyük risk meydana gətirir. Bu səbəblə ayaqyolunda, sinif və dəhlizlərdəki dolabların çox yaxşı yerləşdirilməsinə nəzarət edilməlidir. Qapının, masaların kənarları iti olmamalıdır. Uşaqların keçdiyi yerlərdəki qapılarda şüşə istifadə edilməməlidir. Aşma və düşmə təhlükəsi olan materialların ən yüngül variantlardan edilməsi əhəmiyyət daşıyır. Döşəmə həddindən artıq islandığında sürüşmə təhlükəsi yaratmayacaq qədər "quru" olmalıdır.
Elektrik vurması
Elektrik vurmasından qorunmaq üçün uşaq və elektrikin olduğu hər mühitdə diqqət etmək lazımdır. Bir baş elektrik cərəyanına qapılmış vəziyyətdəki uşağın həyatı təhlükə altındadır. Bu vəziyyətdə, xüsusilə hələ elektrik cərəyanı davam edirsə, adama toxunmadan 'taxta parçası, örtü, saplı süpürgə kimi elektriki keçirtməyən cisimlərlə qəzaya düşən uşağı elektrik qaynağından uzağa doğru çəkməyə cəhd edilməlidir. Elektrikdən uzaqlaşdırdıqdan sonra yanığı olan bədən bölgəsinə soyuq tətbiq edilə bilər. Dərhal təcili yardım çağırıb ən yaxın sağlamlıq mərkəzinə uşaq çatdırılmalıdır.
Barmaq sıxışması
Uşaqlarda məktəb və ya ev qapıları arasında barmaqların qalması ən sıx görülən qəzalardandı. Qopan orqanın çox sürətli şəkildə sağlamlıq məzkəzinə çatdırılması çox vacibdir. Doğru şərtlərdə 6-8 saat içində xəstəxanaya çatdırılan orqan yerinə tikilib köhnə halına dönə bilər. Orqan nəmli və soyuq yerdə saxlanmlı, ətrafdakı ən təmiz parça, təmiz su ilə nəmləndirilərək sarılmalıdı. Təmiz və dəliksiz paketə qoyulub ağızı möhkəmcə bağlandıqdan sonra içində su və buz parçaları olan bir başqa torbaya qoyulmalıdı. Dərhal təcili yardım çağırılmalı. Bu vaxt qanama dayandırılmalıdı.
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR