
Qışda qarlı-buzlu yollarda qəzalar baş verərkən bəzən sürücülər bir-birinə vurduqları zərəri ödəməkdən imtina edirlər. Bəhanə də bu olur ki, buz idi, maşın sürüşdü, saxlaya bilmədim və s. Belə yanaşmanın nəticəsində hətta maraqlı ənənənə də formalaşıb: qarda, buzda qəzaya düşən və avtomobili əzilən sürücülər çox vaxt bir-birinə qarşı tələb də irəli sürmürlər. Bəziləri də bundan sui-istifadə edir.
Doğurdanmı, qarlı-buzlu yol şəraiti sürücünü vurduğu maddi ziyanı ödəməkdən azad edir? Milli.Az avtosfer.az-a istinadən bununla bağlı bütün məqamlara aydınlıq gətirir.
Bəri başdan qeyd edək ki, qarlı-buzlu yol şəraiti yol hərəkətinin hər hansı qaydasını dəyişmir. Yol nişanlarının, işıqforların, nişanlanma xətlərinin də qarlı-buzlu şəraitlə hər hansı əlaqəsi yoxdur. Hansı yol şəraitinin olmasından asılı olmayaraq sürücü yol hərəkətinin bütün qaydalarına riayət etməli, işıqforun, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidir. Bunun əksi, yəni hər hansı meteoroloji şəraiti bəhanə edərək qaydaları pozma, yaxud texniki vasitələrin tələblərinə riayət etməmə sürücünü məsuliyyətdən azad etmir. O, hər bir halda törətdiyi qayda pozuntusuna görə məsuliyyət daşıyır.
Hətta yol hərəkəti qaydaları və nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinə dair təşəkkül tapmış qaydalar qarlı-buzlu yol şəraitində hərəkətlə bağlı xüsusi tələblər nəzərdə tutur. Məsələn, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Bu norma sürücüdən hərəkət etdiyi yol şəraitini, o cümlədən yolun qar və buzla örtülü olmasını nəzərə almağı və buna uyğun sürət rejimi seçməyi imperativ olaraq tələb edir. Həmin tələblərə riayət etməyən sürücü törətdiyi hər bir qayda pozuntusuna, o cümlədən təqsirli olduğu yol-nəqliyyat hadisəsinə görə ümumi qaydada məsuliyyət daşıyacaq.
Sürücülərin xüsusi yol hərəkəti şəraitində, o cümlədən qarlı-buzlu yolda nəqliyyat vasitəsini necə idarə etməli olması sürücülük kurslarında öyrədilir. Sürücü olmaq istəyən hər kəs bu qaydaları öyrənməli və təcrübədə onlara riayət etməlidir. Beləliklə, qarlı-buzlu yol şəraiti nəinki yol hərəkəti qaydalarını pozmağa əsas vermir, hətta belə şərait üçün xüsusi qaydalar da mövcuddur. Hər bir sürücü qarlı-buzlu yol şəraitində həm yol hərəkətinin ümumi qaydalarına, həm də belə şərait üçün xüsusi qaydalara riayət etməlidir. Bunlara riayət etməyərək qəza törədənlər isə istisnasız olaraq məsuliyyət daşımalıdırlar. Odur ki, hər kəs qarlı-buzlu yol şəraitində xüsusilə diqqətli olmalı, özünə və avtomobilinə arxayın olmadıqda isə belə şəraitdə yola çıxmamalıdır.
XƏBƏR LENTİ
Onlar bir zamanlar sinələrdə parlardı...
Allahın qulu Teymur
Tanınmış müğənni hava limanında qalmaqala səbəb oldu
Boşanma səbəbi məlum oldu-FOTO
Azərbaycanlılar batan gəmidə
Putin "erməni qərarı"nı verdi
Koronavirusla bağlı SON STATİSTİKA
Çəhrayı göllər
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb - FOTO
Möhtəşəm gəlinliklər
Zövqlü ayaqqabı modelləri
Gələcəyin maşını
ABŞ-dan çox önəmli peyvənd açıqlaması
Asiyasayağı qızardılmış peraşki (foto resept)
Monika Beluççi və qızı Deva Kassel rəqabəti- FOTO
Atatürkü məşhur aktyor canlandıracaq-FOTO
Meyvələrdən üç meyvə var...
Hulusi Akardan Naxçıvan və Laçın dəhlizi ilə bağlı danışıqlar barədə VACİB AÇIQLAMA
Krem əvəzinə idman edin
Qızcığazlar və gəlinciklər
Bakıda sürücülərə xoş sürpriz
Maraqlı mətbəx ləvazimatları
Samsung-dan Galaxy Trend 3
Uşaqlar üçün otaq dekorasiyaları
Dünyada koronavirusla bağlı son STATİSTİKA
İngilis dili-Ww
İdman etdikdən sonra əzələ ağrısı çəkməmək üçün...
Havada payız qoxusu var
- Akula... - Ay can?!..
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Əhvalımızı necə qaldıraq?
Hande Erçel makiyajsız FOTOsunu paylaşdı
Medvedev: "Gəlmələr qaydalarına riayət etməlidirlər"
“Barselona” Messiyə maaş verməkdən imtina edir
Bulvarda yeniliklər
Ev üsulu toyuq dönəri (foto resept)
İlham Əliyev və Dmitri Medvedev arasında məhdud tərkibdə görüşü olub
Vintaj üslubunda donlar
Zəlzələ və vulkanlar
Bakının göydələnləri: gözəllik, yoxsa əsəb?
"Almayın, yeməyin, başdan-ayağa təhlükəli yeməkdir"
Ev işlərindəki problemlərin həlli
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb
"Facebook" və "Instagram"da problem yarandı
Lider TV bütün əməkdaşlarını işdən çıxardı
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq















- ŞƏRHLƏR