Jan Piajenin Koqnitiv mərhələlər əməliyyatı
Dərketmənin öyrənilməsində üç əsas metod var. Bunlardan birincisi yeniyetmələrin düşüncə tərzində keyfiyyət dəyişiklikləri olan Piaje konsepsiyasıdır. İkincisi informasiyanın qəbul olunması, qavranılması, yadda saxlanması, düşünülməsi və istifadə olunması zamanı addımların, hərəkətlərin və əməliyyatların ardıcıllığını araşdıran informasiya prosessual metoddur. Üçüncüsü yeniyetmənin intellektində kəmiyyət dəyişikliklərinin qiymətləndirilməsi üçün işlənən psixometrik metoddur. Burada əsas olaraq Piaje konsepsiyasından danışacağıq. Piaje nəzəriyyəsinə görə fikir qavranılmış bir hərəkətdir. Müəyyən bir şəxs əvvəlcə hər hansı bir hərəkəti edir: məsələn, su içmək üçün krana yaxınlaşır. Sonra o düşünərək həmin hərəkəti ağlında edir və beləliklə də fikir qavranılmış bir hərəkətə çevrilir. Piajeyə görə, düzgün istiqamətlənmiş fikir dəyişilə bilən qavranılmış hərəkətlərdən və onların yerinə yetirilməsindən ibarətdir. Bu o deməkdir ki, hər hansı bir şəxsin faktiki etdiyi əməl ağlında ləğv edilmiş kimi ola bilər. Bu mərhələlər şəxsin etdiyi hərəkətlərə uyğun adlandırılmışdır. Ağılda yox, praktikada həyata keçirilən əməllər sensor‐hərəkətli əməllərdir. Əməliyyatqabağı mərhələ daha çox qavrama ilə əlaqədardır və sərtlik onun xarakterik xüsusiyyətidir. Konkret əməliyyatlar dəyişilə bilən qavranılmış hərəkətlərdir, amma
onlarda reallıq da var. Formal əməliyyatlar faktiki reallıqların dəyişilməsi ilə, həmçinin reallıqdan asılı olmayaraq mövcud olan abstraksiya ilə maraqlanır. (Berzonski, 1978, p. 279)
Piaje koqnitiv inkişafda dörd mərhələni vurğulayır. İngilis sözü “cognition” (lat. tər. “cognito” – “dərk edirəm”) “dərketmə qavrama aktı” mənasına gəlir. Burada da biz yeniyetmələrin bu nöqteyinəzərdən inkişafını öyrənərək onların idrakının artmasına baxacaq, günügündən dərketmə, düşünmə və başa düşmə qabiliyyətlərinin artmasını, həmçinin gündəlik problemlərin həllində idrak və qabiliyyətlərini necə
işlətmələrini görəcəyik.
Piajenin dörd mərhələsi
Qeyd etdiyimiz kimi, Piaje koqnitiv inkişafı dörd əsas mərhələyə bölür.
1. Sensor‐hərəkətli mərhələ–anadan olandan təqribən iki yaşa qədər.
2. Əməliyyatqabağı mərhələ–iki yaşdan yeddi yaşa qədər.
3. Konkret‐əməliyyat mərhələsi–yeddi yaşdan 11‐12 yaşa qədər.
4. Formal‐əməliyyat mərhələsi.
Sensor-hərəkətli mərhələ
Sensor‐hərəkətli mərhələ sensor‐hərəkətli fəaliyyətlərin ardıcıllığından ibarətdir. Uşaqlar görmə, hissetmə, dadbilmə, eşitmə, iybilmə vasitəsilə ətraf aləmlə ünsiyyətə girir və bu zaman özlərini ünsiyyətdə olduqları mühitin mərkəzində hiss edirlər və hər şeyi özləri ilə müqayisə edirlər.
Uşağı anlanmaq, barmaqları ilə oynamaq
Bu mərhələdə fikirləşmə (əgər varsa) ətraf aləmdən gələn qıcıqlara cavab əlaməti kimi uşaqla onu əhatə edən material aləm arasında əlaqələndirici rolunda çıxış edir. Bununla belə bu mərhələnin son etapında simvolik oyuna, imitasiyaya və obyektlərin təsəvvürünə keçid baş verir. Elkində görə bu mərhələnin ən səciyyəvi xüsusiyyəti əşyanın dərk edilməsidir. (Elkind, 1967).
Əməliyyatqabağı mərhələ
Bu, uşağın danışmağa başladığı mərhələdir. Bu mərhələdə uşaq ətraf aləmi yalnız hərəkətetmə fəaliyyəti və birbaşa qarşılıqlı təsir vasitəsilə yox, həmçinin simvolların manipulyasiyası vasitəsilə öyrənir. Bu zaman simvolik oyun və ya qəbulolunmuş (daxili) imitasiya başlayır. Simvolun özünə tabe edilməsi əməliyyatqabağı mərhələnin əsas vəzifəsidir. (Elkind, 1967). Bu mərhələdə uşaqlar induktiv və ya deduktiv təfəkkür yox, əsasən transduktiv düşünmə tərzindən istifadə edirlər. Uşağın əməliyyatqabağı düşüncə tərzi eqosentrikdir; uşaq başa düşməyə çətinlik çəkir ki, axı niyə ətrafdakılar da onun kimi düşünmür. O, valideynlərini çirklənmiş gəlinciyi yumamağa inandırmaq istəyir, amma bu onda alınmadıqda o məyus olur. Gəlinciyin bu halı uşağa daha yaxın gəlir və bu ona ən vacibdir, valideynləri üçünsə vacib olan gəlinciyin çirkli olmamasıdır. Bu mərhələdə düşünmə üçün həmçinin əlamətləri yuxarıda göstərilən mərkəzləşmə də xarakterikdir. Bu fikrin bir əlamətə cəmlənməsi və onun digər aspektlərə yönləndirilə bilinməməsi tendensiyasıdır. (Muuss, 1988).
Konkret-əməliyyat mərhələsi
Konkret əməliyyat (fəaliyyət) mərhələsində uşaqlarda məntiqi düşüncə tərzinin bəzi əlamətləri müşahidə edilir. Məntiqi düşüncə tərzinin yaranması səbəblərindən biri də odur ki, indi uşaq obyektləri iyerarxik təsnifatda birləşdirməyi və onların hər hansı bir sinfə aid olmasını anlayır (obyektlərin iyerarxik təsnifatın müxtəlif siniflərinə eynizamanlı aidliyini fərqləndirə bilir). Bu, hissələrin tama, tamın hissələrə və tamın hissələrinin bir‐birinə olan əlaqəsini anlamağa imkan yaradır. Məsələn, uşağa qarışıq şəkildə göy və qırmızı kvadratlar və qara‐ağ dairələr verək. Əgər o iyerarxik təsnifatı bilirsə, onda ona verilənlər arasında 2 əsas sinfin (kvadrat və dairə) və onların da hər birinin iki əlavə sinfinin (kvadratlar göy və qırmızı, dairələr isə qara və ağ) olduğunu anlayacaq. Beləliklə, fiqurlar arasında əsas sinfi formaya, ondan törəmə sinfi isə rəngə görə qruplaşdırılan iyerarxiya yaranacaq. Bu da uşağa bir neçə məntiqi nəticəyə gəlməyə imkan verəcək: məsələn, hər hansı bir kvadrat ya göy, ya da qırmızı ola bilər, göy kvadratların miqdarı bütün kvadratların miqdarından azdır, əgər qırmızı kvadratları götürsək, onda yalnız göy kvadratlar qalacaq və s. Konkret əməliyyat mərhələsində uşaq həmçinin obyektləri müəyyən əlamətlərinə görə siniflərə bölərək təsnifatlandıra bilir. Məsələn, heyvanları təsnifatlandırarkən o, it və pişiyi müxtəlif siniflərə aid edə bilər, sonra isə iti növünə (məsələn, buldoq və tula), rənginə və ya ölçüsünə görə alt siniflərə ayıra bilər. O anlamağa başlayır ki, müxtəlif obyektləri ölçüsündən, əlifba sırasından və ya yaşından asılı olaraq müxtəlif siniflərə ayırmaq olar və bu zaman eyni obyekt bir neçə sinfə aid ola bilər. Yoldan keçən bir uşaq eyni zamanda həm oğlan, həm şagird, həm idmançı, həm də sarışın ola bilər. Bu mərhələdə simmetriya və ya ekvivalentliklə tanışlıq baş verir: hər iki qardaşdan biri digərinə qardaş gəlir. Rəqəmlərlə işləyərək uşaq anlayır ki, müxtəlif kombinasiyalar eyni bir nəticəni verə bilər və bu nəticəni dəyişməyərək proses zamanı müəyyən əvəzetmələr aparıla bilər. Bərk və yumşaq cisimlərlə təmasda olan uşaq anlayır ki, heç də həmişə o düşündüyü kimi forma dəyişikliyi həcm və kütlə dəyişikliyinə səbəb olmur. Piaje koqnitiv inkişafın bu mərhələsini konkret əməliyyat mərhələsi adlandırıb, çünki bu cür düşünmə tərzi konkret elementlərdən (obyekt və ya ölçüdən), əməliyyatlardan (toplama və ya çıxmadan), qaydalardan və ya əməliyyatların yerinə yetirilmə üsullarını təsvir edən xüsusiyyətlərdən ibarətdir. Elkind bu mərhələnin əsas koqnitiv vəzifəsi kimi sinifləndirmə, qarşılıqlı əlaqə və kəmiyyət anlayışlarının öyrənilməsini qeyd edir. (Elkind, 1967).
Uşaq tərəfindən görülən bütün əməliyyatları dörd qrupa bölmək olar
1. Kombinator əməliyyatlar. İki və daha artıq sinif özlərindən böyük bir sinifdə birləşir. Məsələn, qızlar və oğlanlar sinfinin birləşməsindən bütün yeniyetmələr sinfi yaranır.
2. Çevrilən əməliyyatlar. Bu qrupdan olan hər əməliyyata əks əməliyyat mövcuddur ki, o da birincinin hərəkətlərinə çevrilir. Əsas sinfi alt siniflərə bölmək olar: bu halda alt siniflərin birləşməsi əsas sinfə çevriləcək ki, bu da birinci hərəkətə dönüş deməkdir. Bütün yeniyetmələr oğlanlara və qızlara bölünür.
3. Assosiativ əməliyyat. Assosiativ əməliyyatlara (hərəkətlərə) malik uşaq öz məqsədinə bir neçə yolla nail ola bilər. Məsələn: (3+6)+4=13 və 6+(3+4)=13.
4. Eyniqiymətli və sıfırla nəticələnən əməliyyatlar. Əməliyyat ona əks olan əməliyyata uyğunlaşdırıldıqda sıfıra çevrilir. Məsələn: 0+3-3=0. (Muuss, 1988, p. 185)
Formal əməliyyat dövrü
Koqnitiv inkişafın son dövrü və ya formal əməliyyat dövrü erkən yeniyetməlik yaşında başlanır. Fransız psixoloqu Jan Piaje bu dövrü aşağıdakı mərhələlərə bölür:
- III‐A – formal əməliyyatların tamamilə mənimsənilməsi (11‐12 yaşdan 14‐15 yaşadək)
- III‐B – formal əməliyyatların tamamilə qavranılması (14‐15 yaşdan yuxarı).
14‐15 yaşlarında olan altmərhələlər arasındakı sərhəd təfəkkürdə nataraz yenidənqurma proseslərinin baş verdiyini göstərir. Bu proses böyük yeniyetməlik dövründə tarazlığın və intellektual təşkilatçılığın yüksək səviyyəyə çatmasına səbəb olur. Erkən yeniyetməlik dövrünə təsadüf edilən ilkin altmərhələ III‐A hazırlıq mərhələsidir. Bu vaxt yeniyetmələr bir çox gerçəkləri özləri üçün kəşf edir və müəyyən formal əməliyyatları yerinə yetirə bilirlər. Lakin onlar hələ ciddi və sistemli şəkildə öz düşündüklərini sübuta yetirə bilmirlər. Bu altmərhələ yetişən formal əməliyyat təfəkkürü adlandırılır. Yeniyetmələr bu dövrdə bütün şərtlərdə olmasa da artıq formal əməliyyatları yerinə yetirə bilirlər. III‐B mərhələsinə çatdıqda onlar daha mükəmməl ümumiləşdirmələr və daha ümumi qanunlar formalaşdırmaq bacarığı əldə edirlər. Ən başlıcası–sistemli mülahizələrin köməyi ilə öz düşündüklərini anidən olaraq isbat edə bilirlər. Bu onların təfəkkür metodunun vacibliyini anlamalarından irəli gəlir. Bu altmərhələ ‐ formal əməliyyat təfəkkürünün həqiqi və ya möhkəmləndirilmiş mərhələsidir ki, onu yeniyetmə yaxud gənc ən müxtəlif şərtlərdə nümayiş etdirir. Əksər insanlar əsasən təkrar situasiyalarda formal düşünərək hardasa III‐A altmərhələsində dayanırlar və III‐B altmərhələsinə heç çatmır. Formal əməliyyatların mənimsənilməsi dərhal və daimi baş vermir. 11‐12 yaşından 14‐15 yaşadək təfəkkür prosesində əhəmiyyətli dəyişiklik, sistemləşmə və formalaşma müşahidə olunur. Bu illər ərzində fərdin öhdəsindən gələ biləcəyi məsələlər xeyli çətinləşir və III‐B altmərhələsinə çatdıqda yenidən tarazlıq bərpa olunur (Miiss, 1988). Öz məhdud intellektinə və zəif mədəni inkişafına görə bəzi yeniyetmə və gənclər heç də formal əməliyyat mərhələsinə çatmır. Elkind (1967) son mərhələni “fikrin fəthi” adlandırır. Bu zaman yeniyetmənin təfəkkürü uşağın təfəkküründən köklü surətdə fərqlənməyə başlayır (Praget, 1972). Uşaq konkret əməliyyatlar mərhələsini mənimsəyir və mənimsədiklərinin köməyi ilə hadisələrarası qarşılıqlı əlaqə qura bilir, siniflər və saylarla (rəqəmlərlə) müxtəlif əməliyyatlar apara bilirlər. Lakin bu əməliyyatların mürəkkəbliyi, məntiqi “qruplaşma” və yaxud toplama və vurmanın elementar səviyyəsindən yuxarı olmur. Uşaqlar heç bir zaman bu əməliyyatları formal məntiqin vahid sisteminə daxil etmirlər. Uşaqlardan fərqli olaraq yeniyetmələr baş verənlərə və münasibətlərə məntiqlə yanaşırlar. Başqa sözlə, formal əməliyyatlar mərhələsində yeniyetmə, induktiv mülahizələrin köməkliyi ilə öz fikirlərini sistemləşdirə, tənqidi analiz edə və müəyyən baxış formalaşdıra bilir. Bundan başqa onlar öz düşündüklərini məntiqi və elmi metodların köməkliyi ilə yoxlaya bilir, eyni zamanda bir çox dəyişənləri müəyyən edərək bütün həqiqəti elmi cəhətdən, deduktiv mülahizələr yolu ilə özü üçün kəşf edir (İnhelder və, 1958). Bu mənada yeniyetmə nəzəriyyələr irəli sürmək və yoxlamaq bacarığına malik olduğu üçün özünü alim kimi hiss edir. Aşağıdakı göstərilən nümunə, problemə uşağın baxışı ilə yeniyetmənin məntiqi, sistemli yanaşmasının fərqini nümayiş etdirir.
E.Pil uşaqlar arasında sorğu keçirərək belə bir hadisə haqqında nə düşündüklərini soruşmuşdur: “Yalnız qorxmaz təyyarəçilərə hündür dağların üzərində uçmağa icazə verilir. Bir qırıcının pilotu Alp dağları üzərində uçarkən kanat yolla toqquşaraq əsas trosu qırmışdır. Trosun qırılma səbəbindən bir neçə kabina buzlaqlara düşmüş və adamlardan bir neçəsi həlak olmuşdur”. Konkret əməliyyat təfəkkürünə malik uşaq cavab verdi: “Mən düşünürəm ki, bu təyyarəçi təyyarəni yaxşı idarə etməyib”. Təfəkkürü formal əməliyyat səviyyəsində olan uşaq isə başqa bir fikir söyləyir: “Ola bilsin ki, o qarşısına çıxacaq maneədən – kanat yoldan xəbərsiz idi və ya çox alçaqdan uçurdu. Ya da ola bilsin ki, uçuşdan qabaq və ya artıq uçuş zamanı onun kompası sıradan çıxdığı üçün o öz istiqamətini itirmiş və trosa çırpılmışdır”.
Konkret əməliyyat təfəkkürlü uşaq düşünür ki, əgər toqquşma baş veribsə, demək pilot peşəkar olmayıb; formal əməliyyat təfəkkürü olan uşaq isə qəzanı törədə biləcək bütün mümkün səbəbləri nəzərdən keçirir. Konkret əməliyyat təfəkkürlü uşaq özü üçün daha çox ehtimal olunan hipotezi irəli sürür. Formal əməliyyat təfəkkürü olan uşaq isə bütün alternativləri araşdırır və onları ardıcıllıqla nəzərdən keçirir, yoxlayır. (Kohlberg və Gilligan, 1971, səh 1061, 1062) Yeniyetmələrin məsələləri həll etmədə təfəkkür strategiyasını öyrənən Piaje müxtəlif eksperimentlər də aparmışdır. O, tədqiq (sınaq) olunan yeniyetmələr qrupuna sapdan asılmış kəfkir göstərmişdir. Sınaq iştirakçıları verilən tapşırığa görə təxmini kəfkirin tərpənmə sürətinə aşağıdakı 4 faktorlardan hansının təsir etdiyini araşdırmalı idilər:
- Asqının uzunluğunun dəyişməsi;
- Yükün kütləsinin dəyişdirilməsi;
- Kəfkirin rəqsi hərəkətə başladığı andakı hündürlüyün dəyişdirilməsi;
- Kəfkirin rəqsi hərəkətə başladığı anda ona tətbiq olunan qüvvənin dəyişdirilməsi.
Problemi müxtəlif üsullarla həll etmək mümkün idi. Bu məsələnin həllində yeniyetmələrin davranışında 3 xarakterik xüsusiyyət qeydə alındı. Birincisi, onlar öz tədqiqatlarının sistematik planını tərtib etdilər və kəfkirin tərpənmə sürətininin dəyişməsinə təsir edən bütün mümkün səbəbləri ardıcıl olaraq yoxlamağa başladılar: ip uzun və ya qısadır, yük ağır və ya yüngüldür, düşmə hündürlüyü kiçik və ya böyükdür və təkan gücü.
İkincisi, onlar aparılan təcrübədə şərtlər dəyişdikcə alınan nəticələrin dəqiq və obyektiv qeydiyyatını aparırdılar.
Üçüncüsü, əldə olunanların əsasında onlar məntiqi nəticələr çıxarmağı bacarırdılar. Məsələn, onlar görürdülər ki, düşmə hündürlüyü və təkan gücü kəfkirin tərpənmə sürətinə təsir etmir. Asqının uzunluğunun və ya çəkinin təsir edəcəyini guman edərək, xarakteristikaları (parametrləri) dəyişirdilər və müəyyən etdilər ki, tərpənmənin sürəti yükün çəkisindən asılı deyil. Lakin aydın oldu ki, tərpənmə sürəti ipin uzunluğu dəyişildikcə dəyişir. Beləliklə, yeniyetmələr bu nəticəyə gəldilər ki, tərpənmə sürəti ancaq asma ipin uzunluğu ilə müəyyən edilir. Bu birinci tədqiqatdan sonra onda tətbiq olunmuş metodlar dəfələrlə başqa alimlər tərəfindən tətbiq olunmuş və analoji nəticələr əldə olunmuşdur. Eynilə həmin məsələnin həllində kiçik yaşlılar cəhdlər və səhvlər metodu ilə düzgün cavab ala bilərlər. Lakin onlar, sistematik elmi metodlardan istifadə etmirlər və cavablarının məntiqi izahını verə bilmirlər. Faktlar əsasında mülahizə yürütmək uşaq təfəkkürü üçün xarakterikdir. Bəzən bu fikirlər tələskən və yanlış olur, çünki uşaq bütün faktları nəzərdən keçirmir və onlar haqqında məntiqi fikir söyləyə bilmir. Hətta öz ilkin mülahizələrinin əsassız olduğunu gördükdə belə inadkarlıqla onun üzərində dayanır və şəraiti bu fikrə uygunlaşdırmaq cəhdi edir.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, yeniyetməlik dövründə təfəkkürün bir‐birilə bağlı 3 xüsusiyyətləri meydana çıxır:
1) İki və ya daha çox dəyişənlər arasında əlaqəni üzə çıxarmaq və ya mürəkkəb münasibətlərdən baş çıxarmaq bacarığı;
2) Bir və ya bir neçə dəyişənin digər dəyişənə mümkün təsiri ilə bağlı məntiqi fərziyyələr qurmaq bacarığı;
3) Daha çox ehtimal olunan halın hələ təcrübədən keçirilmədən ortaya çıxmasına xidmət edən hipotetik deduksiya (ümumi olandan konkret, xüsusi nəticənin çıxarılması) prosesində dəyişənləri birləşdirmək və ya ayıra bilmək bacarığı.
Piajenin formal təfəkkür konsepsiyasının nəticəsi olaraq onun 4 mühüm aspektini göstərək: introspektiv təfəkkür (fikirlər haqqında fikirlər); abstrakt təfəkkür (real olanlardan mümkün olana doğru sərhədləri aşmaq); məntiqi təfəkkür (bütün əhəmiyyətli faktların və fikirlərin nəzərə alınması, onlardan düzgün nəticələrin çıxarılması, məs: səbəb‐məqsəd nəticələrinina tərtib edilməsi); və qipotetik təfəkkür (müxtəlif dəyişənləri nəzərə alaraq onların sübut və fərziyyələrinin formalaşması).
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Günəş
Baş ağrılarına səbəb olan amillər.
Cəmi 30 dollarlıq mirası əslində 35 min dollarlıq imiş-FOTO
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Mirzə Şəfi Vazehlə bağlı sayt yaradıldı
Yevlaxda Olimpiya İdman Kompleksi tikiləcək
"No Makeup" trendinə qoşulan məşhurlar
Naxışlı ayaqqabılar
Şəhidin medalı ailəsinə təqdim olunub
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Təhsil Nazirliyində yeni kadr təyinatları
Dünyanın ən bahalı sikkəsi hərraca qoyuldu
Analar və qızlar üçün geyimlər (3)
Daha bir təyyarə yoxa çıxdı
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq
Qadın şəkilli dollar...
Üzüm tumunun fizioterapiyaya faydası
Tağı Əhmədova yeni vəzifə verildi
Mətbəxdə işləri asanlaşdıran əşyalar
Blatter və Platinini futboldan kənarlaşdırdılar - 8 il
Xəyanət nədən yaranır?
YUNESKO-nun Baş Qərargahında "Arşın mal alan" operasının 100 illiyi qeyd olunacaq
Badamlı keks (foto resept)
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Gözəl sırğa modelləri
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Qış aylarında keçirilən 5 festival
Erməni müğənninin Türkiyədəki konsertinə icazə vermədilər
İlk halal brauzer HAZIRLANDI
Oyuncaq maşınla “avtoşluq” edib atasının həyatını qurtardı - FOTO
Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi
Rusiya koronavirusa qarşı dərmanın ixracına başladı
"Fort Boyard"ın məşhur siması İŞİD-ə qoşuldu
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Ayaqlarımıza qulluq edək
Aprel ayının HAVAsı
"Qabusnamədən dəyərli sözlər" I hissə
Saç qurudarkən nəyə diqqət etməli?
Azərbaycan idmançıları Rusiyadan 8 medalla qayıdırlar
Ordumuzun döyüş hazırlığı yoxlandı
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Sabah çətir götürməyi unutmayın
Qış geyimləri
Əmizdirmə haqqında ən çox verilən suallar
İnternetsiz internetə girə biləcəyik
Ingilis Dili-XII Dərs
1170 məcburi köçkün ailəsi yeni yaşayış məhəlləsinə köçürülür
Rahat yatmaq üçün üsullar
- ŞƏRHLƏR