Koqnitiv inkişaf dövrləri
Piajeyə görə Koqnitiv inkişaf dövrləri
Genetik psixologiyanın əsasını məşhur İsveçrə psixoloqu Jan Piaje (1896‐1894) qoymuşdur. Piaje gəncliyində biologiya və riyaziyyata dərin maraq göstərmişdir. İlk elmi əsərini də 11 yaşında biologiya üzrə yazmışdır. Elə o vaxtdan da Biologiya Muzeyində əmək fəaliyyətinə başlamışdır. Universitetdə oxuyarkən o, fəlsəfə və biolologiyanı öyrənmişdir. 1918‐ci ildə molyuskalardan bəhs edən dissertasiya müdafiə edərək doktorluq dərəcəsi alır. Universiteti bitirdikdən sonra Sürixə gedir, K.Yunqun əsərləri və psixoanalizlə tanış olur. Bu təcrübə ona lazım idi. Belə ki, o, eksperimental labarator metodla psixoanalizdə istifadə olunan sərbəst söhbət metodunu sintez etməklə bioloji tədqiqatlar aparmaq istəyirdi. Bu metodu işləyib hazırlamaqla o, uşaqların təfəkkürünü öyrənmək istəyirdi.
Sonralar bu metod klinik söhbət metodu kimi məşhurlaşdı.
Məktəbəqədər
1. İnstinkt (0‐2 yaş): Körpə bu mərhələdə xarici dünyanı kəşf etmədə duyğularını və hissetmə bacarıqlarını istifadə etdiyindən bu dövrə instinkt adı verilmişdir.
2. Analizetmədən əvvəlki dövr (2‐7 yaş): Analizetmədən əvvəlki dövr iki yerə ayrılır:
A) Simvolik dövr, ya da anlayışdan əvvəlki müddət: 2‐ 4 yaşlarını əhatə edir. Bu dövrdə uşaqların dili çox sürətlə inkişaf edir, ancaq
inkişaf etdirdikləri anlayışlar və istifadə etdikləri simvolların mənaları özlərinə yaddır, çox vaxt həqiqət deyil. 2‐4 yaşlarında uşaqlar gözünün qarşısında olmayan, ya da tamamilə naməlum olan obyekt, hadisə, adam, varlığı təmsil edən simvolları inkişaf etdirməyə başlayır. Bu dövrdəki uşaqlar özlərini başqalarının yerinə qoya bilməzlər. Dünyanı başqalarının baxışından görə bilməzlər. Obyektləri yalnız bir xüsusiyyətləri baxımından təsnif edə bilərlər. Məsələn, rənglərinə görə təsnifetmə, ya da formalarına görə təsnif etmə kimi.
B) Hissi dövr: 4‐7 yaş arasını əhatə edir. Uşaqlar bu dövrdə məntiq qaydalarına uyğun düşünmə yerinə, hisslərinə əsaslanaraq problemləri həll etməyə çalışırlar. Dil bu dövrdə çox sürətlə inkişaf edir.
Məktəbli
3. Konkret analizlər dövrü: Konkret analizlər dövründəki uşaqlar zehni qabiliyyət baxımından çox sürətli inkişaf nümayiş etdirirlər.
İbtidai məktəb dövründəki uşaqların düşüncəsi məktəbəqədərki uşaqların düşüncəsindən çox fərqlidir. Uşaqlar bu dövrdə obyektləri müəyyən xüsusiyyətlərinə görə təsnif edə bilirlər. Konkret əməliyyatlar dövründə uşaqlar özlərindəki qabiliyyət və bacarıqlarını kəşf etməkdən yayınırlar. Hadisələri və dünyanı başqaları baxımından da görə bilirlər. Uşaqlar bu dövrdə vətən, millət, ölkə və bu kimi mücərrəd anlayışları anlaya bilmirlər. Mücərrəd anlayış və təcrübələrin konkret yollarla açıqlanmaları lazımdır.
4. Mücərrəd analizlər dövrü: Yeniyetməlik dövrünün başlanğıcından etibarən uşaqların düşüncə formaları böyüklərinkinə bənzəyir. Bu dövrdə artıq mücərrəd düşünmə başlayır. Bir problemin həlli konkret yollarla məhdudlaşdırılmır. Uşaqlar mücərrəd anlayışları anlayaraq təsirli bir şəkildə istifadə edə bilirlər. Bu dövrdə uşaqlar müxtəlif ideal fikirləri, dəyərləri, inancları inkişaf etdirməyə başlayırlar. Cəmiyyətin quruluşu, fəlsəfəsi, siyasəti ilə maraqlanır, hər hansı bir dəyərlər sistemi formalaşdırmağa çalışırlar.
Əşyalara aid edilən şüurluluq hissi
Psixikanın ən ali funksiyası şüur əqli ümumiləşdirmə ilə sıx bağlıdır. Şüur bu ali funksiyası ilə subyektiv insan fəaliyyətinin əsaslarını qoyur. Psixikada şüurdan yüksəkdə duran tənzimləyici məntiqi sözlər yoxdur. Çünki psixi proseslərin real fəaliyyətə çevrilməsində başlıca cəhət şüurdur. Bu idraki proseslərin birgə işi ilə insan dünyəvi anlayışların, əşyaların məntiqi subyektiv dərkini yaradır. Kiçik yaşlı uşaqlarla aparılan araşdırmalar müəyyən edib ki, təlim prosesi zamanı uşaqların əşyalara olan şüurluluq hissi müxtəlif kateqoriyalarda öz əksini tapmışdır. Ə.Ə.Qədirov tədqiqatlarında kiçik yaşlı uşaqlarda mücərrədləşmənin konseptual səviyyəsi əşyaların, modellərin şüurlu surətdə qruplaşdırmaq, müəyyən ideyanı, konsepsiyasını sadə formada olsa da irəli sürüb əsaslandırmışdır.
Ə.Qədirov kiçik yaşlı uşaqlarla bağlı psixoloji tədqiqatlar aparmışdır, Jan Piajenin də elmi tədqiqatlarına çox yaxın olan bu tədqiqat aşağıdakı şəkildə aparılmışdır.
"Görəsən, masaya iynə batırsaq o bunu hiss edərmi?" Kiçik yaşlı uşaqların təxəyyülünə görə, bu suala bir neçə yolla cavab vermək olar. Maraqlıdır, uşaqların belə cavabları qeyri‐ixtiyari, yoxsa hər hansı bir sistemə uyğundur?
Belə müəyyən olunmuşdur ki, əgər uşaq bir suala “bəli” deməklə başlayırsa, onun digər cavabları da “bəli” olacaq, əgər “yox”deməklə başlayırsa, bütün digər cavabları da təbii olaraq “yox” olacaq. Məsələn, uşaqdan soruşulan “iynə ilə batırdıqda stol hiss edirmi” sualına etiraz etmirsə, digərlərinə də etməyəcək. Bu halın mövcudluğu əsasən yazıçılar tərəfindən iddia edilir.
Ümumi halda isə əşyalara aid etdikləri şüurluluq hissinə görə uşaqlar dörd kateqoriyaya ayrılırlar: Birinci kateqoriyaya aid olanlar bütün əşyaların, hətta hərəkətsiz olanların belə şüurluluq qabiliyyətinə sahib olduğunu düşünürlər. İkinci kateqoriyaya aid uşaqlar isə şüurluluq hissini yalnız hərəkət edən əşyalara aid edirlər. Məsələn, onlara görə, günəş və ya velosiped şüurlu hesab edildiyi halda, stol və buna bənzər hərəkətsiz əşyalar bu imkandan məhrumdurlar, yəni şüursuzdurlar. Üçüncü kateqoriyadakı uşaqlar isə şüurluluq hissini, əsasən özləri hərəkət edən əşyalara aid edirlər. Məsələn, Günəş, Ay, külək və s. şüurlu, velosiped, maşın və s. isə şüursuz hesab olunur.
Nəhayət, dördüncü kateqoriyaya aid uşaqlar canlıların şüurlu olduğunu söyləyirlər.
İndi isə bu kateqoriyalar haqqında ətraflı danışaq: Xatırlayırsınızsa, birinci kateqoriyaya aid olan uşaqlar hər şeyi şüurlu saydıqlarını söyləmişdilər. Lakin həqiqətdə isə onların göstərmək istədikləri odur ki, hər bir əşya şüurlu ola bilər. Məsələn, əgər bir daş şüursuz bir şəkildə dayanıbsa, onu hərəkət etdirdikdə o, bunu hiss edər. Halbuki, olduğu yerdə ola bilsin ki, o, bunu hiss etmir. Bu kateqoriyaya adətən 6‐7 yaşa qədər olan uşaqlar daxildirlər.
Bu baxımdan bir neçə kiçik uşağın (bu kateqoriyaya daxil olan) fikirlərini
nümunə kimi öyrənmək maraqlı olar. Məsələn, Əli adlı bir uşaqdan sabit halda oturacağı hiss edib‐etmədiyini soruşduqda, o “yox” cavabı verir. Bəs oturacağın yandırıldıqda nəsə hiss edib‐etmədiyini soruşduqda isə o “hə” cavabı verir və səbəb kimi oturacağın getdikcə balacalaşdığını söyləyir. Rasim adlı başqa bir uşaq əşyalara aid şüurluluq qabiliyyətini əşyaların özlərinin hiss etməsi ilə (yəni onlara xüsusi təsirin olub‐olmaması ilə) izah edir. Misal üçün o deyir ki, əgər masa aparılırsa, o bunu hiss etmir, lakin sındırılarsa, masa bunu hiss edir.
İkinci kateqoriyaya aid olan uşaqlar haqqında demişdik ki, onlar yalnız hərəkət edən əşyaları şüurlu hesab edirlər. Məsələn, onların fikrinə görə Günəş, Ay, ulduz, çay və s. şüurlu hesab edilir. İlqar adlı bir uşağın “Günəş işıq verdiyini özü bilirmi?” sualına cavabı “bəli” olmuşdur. Səbəb kimi isə onun yanan bir oddan ibarət olduğunu söyləyir. İsa adlı başqa bir uşaq da şüurluluq hisslərini hərəkətlə birləşdirir. Məsələn, ondan soruşulur: “Günəş nə etdiyini bilirmi?” – “Bəli, çünki o istilik verir. ” “Velosiped hərəkət edəndə nə isə duyurmu?” – “Bəli, o torpaqla təmasda olduğunu hiss edir. ” Bu kateqoriyaya adətən 6‐7 yaşdan 8‐9 yaşa qədər olan uşaqlar daxil olur.
Yuxarıda qeyd olunduğu kimi, üçüncü kateqoriyaya aid olan uşaqlar şüurluluq hissini məhz özləri hərəkət edən əşyalara aid edirlər. Məsələn, Günəş, Ay, çay və s. Üçüncü kateqoriyaya aid şüurluluq hissi ikinci kateqoriyadan əşyaların işlərinin öz (başqa sözlə desək, felin qayıdış növü kimi) üzərində icra olunması ilə fərqlənir. Bu kateqoriyadakı uşaqlar, adətən 8‐9 yaşdan 11‐12 yaşa qədər olan dövrü əhatə edirlər. Məsələn, Vəli (9 yaş) şüurluluq hissinin insanlara (canlılara) aid olmasını da etiraf edir. Ondan soruşulduqda ki, “Masaya iynə ilə batırsaq, o bunu hiss edərmi? ” onun cavabı: “Masa canlı olmadığı üçün bunu hiss etməz” olur. Lakin külək əsdiyi zaman küləyin özünün bilib-bilmədiyini soruşanda, Gülnar “Bəli” cavabı verir və səbəb kimi də küləyin şüurlu olduğu üçün əsdiyini söyləyir.
Vüsal (9 yaş) şüurluluq hissinin Günəşə, Aya, buludlara aid olduğunu söyləsə də, küləyin şüurlu olduğunu inkar edir. O göstərməyə çalışır ki, küləyi əsməyə məcbur edən buludlardır və buna görə də şüurlu olan buludlardır.
Uşaqlarda buna bənzər bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, ümumi qənaətə görə öz gücləri, enerjiləri ilə hərəkət edən əşyalar, demək olar ki, üçüncü kateqoriyaya daxil olan uşaqların hamısı tərəfindən şüurlu qəbul edilir.
Dördüncü kateqoriyada, qeyd etdiyimiz kimi, uşaqlar ancaq canlılarda şüurun olduğuna inanırlar və bura insanlar, bitkilər, heyvanlarla yanaşı Günəşi, Ayı da daxil edirlər. Bu kateqoriya üçün yaş həddi 11‐12‐dən yuxarı olmasına baxmayaraq, bir çoxuna 6‐7 yaşları arasında olan uşaqlarda da təsadüf edilir. Günəşin və Ayın şüurlu olmasına gəldikdə isə onların uzun müddət mövcudluğu və hərəkətdə olması onları canlı kimi göstərməyə imkan verir. Əlbəttə ki, burada söhbət uşaq təxəyyülündən gedir. Bu kateqoriyadan götürülmüş bəzi uşaqların cavabları bunu aydın şəkildə təsdiqləyir. Nəhayət, ümumi nəticədən belə çıxır ki, uşaqlar bizdən fərqli olaraq, bir şeyə əminliklə cavab verməyə qadir deyillər. Buna görə də onlar özlərindən asılı olmayaraq, bir şeyə “hə”, ya da “yox” cavabları verirlər. Nəhayət, onlar yalnız üçüncü kateqoriyaya çatanda, az da olsa, öz mühakimələrini sübuta yetirməyə çalışırlar. Dördüncü kateqoriyada isə daha yaxşı, sübut edilə bilən fikirlər söyləyə bilirlər və demək olar ki, onlar uşaqlıq animizmini sındırırlar.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR