Uşaqlara inam hissi aşılamaq (ardı)
Düzgün cinsi tərbiyə və maariflənmənin verilməsi üçün əvvəlcə valideynin bu mövzuda məlumatlı olmağı lazımdır. Doğru məlumat isə müxtəlif üsullarla çatdırıla bilər. Ümumiyyətlə, hər bir valideyn övladına düzgün təlim‐tərbiyə vermək istəyər. Lakin bu zaman yaxşı nəticə əldə etmək üçün təkcə istəmək kifayət deyil və bununla yanaşı, doğru informasiyaya sahib olub bunu çatdıra bilmək də önəmlidir.
Dövrümüzdə gənclər məsələ haqqında geniş məlumatı olmadığı halda, bu mövzuda heç bir şey oxumadan evlənib uşaq sahibi olurlar. Onlar təlim və tərbiyəni öz ata və analarından gördükləri şəkildə öz övladlarına öyrədirlər. Bununla da fərqində olaraq və ya olmayaraq gənclər valideynlərin etdikləri səhvləri təkrar edirlər”.
Erkən yaş dövrlərində uşaqlar valideynləri ilə oxşar cəhətlərini tapmağa çalışırlar. Əsasən qızlar analarına, oğlanlar atalarına bənzəmək istəyirlər. Əxlaq ictimai münasibətə görə zamanın sınağından çıxmış alışqanlıqların, qaydaların məcmusudur. İnsanın öyrənəcəyi hər bir şey cəmiyyət və ictimai qanunlar ilə əlaqədardır.
Uşağın bəzi davranışlarının qarşısını almaq mümkündür. Müsbət bir davranışın qarşılığında valideyn uşağı mükafatlandıra bilər. İşin mənfi tərəfinə gəldikdə isə valideyn uşağı cəzalandırmaq əvəzinə, onun bu mənfi davranışının qarşısını ala bilmək yollarını tapmalıdır. Buna görə də veriləcək mükafat və ya cəza yerində və zamanında olmalıdır. Üzərində durmaq istədiyimiz əsas mövzu cəza və mükafatın tipi, dərəcəsi, miqdarı və onun necə həyata keçirilməsi məsələsidir. Lakin cəza olmadan uşağın pis vərdiş və hərəkətlərdən uzaqlaşdırılması mümkün deyil.
Cəza vermək əsla uşağı döymək və ya qapalı yerlərdə saxlamaq mənasına gəlmir. Cəza vermək uşağın yemək‐içmək kimi maddi ehtiyaclardan olduğu kimi, sevgi, şəfqət kimi mənəvi ehtiyaclardan da məhrum edilməsidir.
Araşdırmalar nəticəsində məlum olub ki, mənəvi cəzalar maddi cəzalara nisbətən daha böyük təsirə malikdir. Döyülən və işgəncəyə məruz qalan uşaqlarda vicdan hissi oyanmır, əksinə, əllərinə fürsət düşdüyü zaman onların da eyni şeyləri etdikləri görünür. Doğrunu uşaqlara fiziki cəza yolu ilə öyrətməyə çalışanlar, əksinə, psixoloji və əxlaqi baxımdan zəif, riyakar, qorxaq, özünəinamsız insanlar yetişdirirlər. Əgər uşaq bir şeydən qorxacaqsa, kötəkdən, hədələməkdən, əzabdan deyil, valideynlərinin nəvazişini itirməkdən qorxmalıdır. Uşaq atasının üz-gözünü turşutmasını, anasının səmimi üzünün dəyişməsini onu tarazlığa yönəldəcək ən böyük bir cəza kimi dərk edə bilirsə, zənnimcə, kifayətdir.
Ancaq uşağın sizə etimad etməyi, kədərini, qəmini bölüşdüyünüzə inanmağı da olduqca əhəmiyyətlidir. Hərəkətin əxlaqa uyğun olub‐olmaması ilə bağlı cəmiyyətlə fərdin fikri müxtəlif ola bilər.
Əxlaqi davranış fərdin vicdanı ilə bağlıdır, yəni fərd etdiyi hərəkəti səhv hesab edir və ya bu hərəkətə görə günahkarlıq hissi duyursa, bu hərəkət əxlaqi normalara uyğun olmayan hərəkətdir. Əxlaq tərbiyəsi deyildiyi zaman ağlımıza gələn şey fərdi vicdanla ictimai vicdanın
uzlaşması, yəni cəmiyyətin mənfi yanaşdığı şeylərə fərdin də mənfi yanaşmasıdır. Bu bir idealdır və heç bir cəmiyyətdə tam olaraq həyata keçirilməyib. Lakin əxlaqi davranışda olan çatışmazlıqlar fərdlə cəmiyyət arasında olan ziddiyyətlərdən deyil, daha çox fərdin əxlaqi şüurundakı qüsurlardan qaynaqlanır.
Biz əxlaqa uyğun olmayan hər hansı bir hərəkət etdiyimiz zaman “vicdan əzabı çəkirəm” və ya “vicdanım sızıldayır” kimi ifadələrdən istifadə edirik. Burada əxlaqi şüura bir də əxlaqi duyğu artırılır. Elə bizi əxlaqlı olmağa yönəldən əsas qüvvə də əxlaqi duyğumuzdur, yəni əxlaqi şüurun əxlaqi vicdanla əvəz olunmasıdır. Vicdanlı insan pis olduğuna inandığı bir hərəkət etdiyi zaman günahkarlıq hissi duyur və bu günahkarlıq hissinin dərəcəsi insandan insana dəyişir. Yəni əxlaqa uyğun olmayan hərəkət yalnız vicdanlı insanlarda günahkarlıq hissi oyadır. İnsan nə qədər dərin bir vicdana sahibdirsə, pis davranış qarşısında duyacağı günahkarlıq hissi də bir o qədər böyükdür. Freydə görə, günahkarlıq hissi ilə pis davranış bir‐biri ilə tərs mütənasibdir, yəni insan nə qədər dürüst və namusludursa, vicdanı da bir o qədər qüvvətlidir. Buradan belə anlaşılır ki, ən yaxşı əxlaqa sahib olan insanlar ən qüvvətli vicdana sahib olanlardır, yəni ən çox günahkarlıq hissi duyanlardır. Qısaca ifadə etsək, yaxşı davranışın səbəbi qüvvətli vicdan deyil, lakin qüvvətli vicdanın nəticəsi yaxşı davranışdır.
Valideynlər bilməlidirlər ki, onlar uşaqlar üçün nümunədirlər və çalışmalıdırlar ki, yaxşı nümunə olsunlar. Çünki uşaqlar sözlərdən çox,
hərəkətlərdən təsirlənir. Valideynlər uşaqla qışqıraraq danışan zaman uşaq
onları dinləmək əvəzinə, onların etdiklərini götürür və gələcəkdə onlar kimi qışqıraraq danışmağı öyrənir və yaxud da əksinə, onlar uşağa ailə və cəmiyyət içində hərəkət və davranışlarına diqqət yetirməyi, böyüklərə hörmət göstərmək, dərslərini yaxşı oxumağı və nizam‐intizamlı olmağı təlqin edərlərsə, gələcəkdə üzləşdikləri maneələri dəfetmə gücünə malik olarlar.
Araşdırmalar göstərir ki, bəzi ailələrdə valideyn uşağına tərbiyə verərkən əksər hallarda manipulyasiyadan istifadə edir. Manipulyasiya – emosiyalardan, hisslərdən, ünsiyyət zamanı qarşı tərəfin əhval‐ruhiyyəsindən istifadə edərək tətbiq olunan qapalı təsirdir və burada maraqlı olan tərəf manipulyasiya edəndir, yəni uşağın emosiya və hisslərinə təsir edib, əhval‐ruhiyyəsini ələ alaraq öz maraqları üçün mənfi şəkildə təsir göstərməkdir. Manipulyasiyanın iki növü var: qapalı manipulyasiya və idarəetmə manipulyasiyası.
Bu fikirlər arasında fərq olsa da, biz onu nəzərə almayacağıq və sadəcə olaraq onları bir‐birinə sinonim hesab edəcəyik. Hissiyyat – manipulyasiyanın elementidir. Güman edilir ki, valideyn manipulyasiya edilən uşağa hər hansı bir hissi (emosiya, əhval‐ruhiyyə) yeridir ki, onu özünə əlverişli vəziyyətə gətirsin. Yəni valideyn uşağa həm mənfi, həm də müsbət şəkildə təsir göstərə bilər. Məsələn, bəzi ailələrdə valideyn, özünün doğru hesab etdiyi, əslində, yanlış olan fikirlərini uşağa təlqin etmək istəyir və bunun üçün çalışır. Məsələn, valideyn qatığın qara olduğunu uşağına qəbul etdirməyə çalışır. Uşaq isə onun mahiyyətini anlamasa belə, gördüyünü sübut etmək istəyir. Uşaqlar xüsusiyyət etibarilə iki tipə bölünür: idarə olunan və idarə olunmayan. İdarə olunan uşaqlara manipulyasiya etməyə ehtiyac yoxdur. İdarə olunmayan uşaqlar ilə bir qədər daha ehtiyatlı davranmaq lazımdır. Çünki onlar insandan daha fərqli yanaşma tərzi tələb edirlər. “Balıq dərin olan yerdə üzər, insan isə ona daha yaxşı olan yer axtarar”.
Yəni onlara yanaşma üslubu fərqli olmalıdır. Uşağı narahat şəraitdə saxlamaq çox çətindir, çünki o, istər‐istəməz vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Yəni uşağın aramsız təzyiq altında olması onu psixoloji cəhətdən sarsıldır. Belə hallarda uşaqlarda özünü qiymətləndirmə dərəcəsi aşağı düşür. Ona görə də, hər şeydən əvvəl, valideyn gözəl nümunə olmalıdır ki, gələcək nəslin necə olması sual altında qalmasın.
Yuxarıda göstərilən iki fərqli fikri, valideyn nəzərdən keçirərək ailə içində daha doğrusunu tətbiq etmək yollarını axtarmalıdır. Hər şey ilk əvvəl gözəl nümunə olmaqdan başlanmalıdır.
Bu mövzu ilə əlaqədar olaraq bir çox alimlər tədqiqatlar aparmış və kitablar nəşr etdirmişlər. Ancaq J. Piajenin “Uşağın Əxlaqi Hökmü” adlı kitabının (1932) nəşrindən uzun illər keçməsinə baxmayaraq, onun əxlaq inkişafı modeli inkişaf psixologiyasındakı araşdırmalar üçün çox vacib olan araşdırma suallarını ortaya atmış və buna görə də bu günə qədər bir çox araşdırmaya təsir etmişdir.
J. Piaje və Kohlberq əxlaqa bir qədər fərqli aspektdən yanaşırlar. J.Piajeyə görə, əxlaq qaydalar sistemindən ibarətdir. Onun fikrincə, uşaq öz dünyasını yeniyetmələrin dünyasından ayrı, öz yaşıdlarının dünyası ilə oxşar olaraq iki yerə bölür. Uşaqların öz yaşıdları ilə münasibət qurması çox önəmlidir. Ona görə ki, həmyaşıdlarla əlaqə zamanı bərabərlik, yoldaşlıq münasibətləri yaranır. Bu zaman uşaq eqoist olmaqdan uzaqlaşır, onda yalnız özünü fikirləşmək və düşünmək meyilləri olmur.
J. Piajeyə görə, əxlaq qanunlar sistemidir, əxlaqlılığın əsasını da fərdin qanunlar qarşısında hiss etdiyi hörməti dərk etmək durur. Uşaqlar oyun qaydaları ilə birlikdə böyüklərin əxlaq qanunlarına bənzər qanunlarla üzləşirlər və bu qanunların da yerinə yetirilməsində böyüklərin hökmdar olaraq uşaqlara qarışması və onları sıxması uşaqları narahat edir. J. Piaje uşaqların qaydaları dərk etməsini iki istiqamətdə təhlil etmişdir.
1. Qanunların təcrübəsi: Uşaqlar oyun oynayarkən onların qanunları nə dərəcədə və necə diqqətə aldıqlarını müşahidə etmiş və bu müşahidələrinə görə qanunların yerinə yetirilməsinə xüsusi diqqət yetirmişdir, yəni müşahidə zamanı, uşaqların oyun ərzində davranışlarına əxlaqi yanaşma kimi göstərmişdir.
2. Qanunların dərki (qanun anlayışı): Uşaqların oynadıqları oyunun qanunlarına dair suallar vermiş və buradan onların qanunlara dair anlayışlarını (qanunlarını), dərk səviyyələrini müəyyən etmişdir.
J. Piaje üçün oyun qaydalarına dair dərketmə (düşüncə) və oyunun təcrübəsi və yerinə yetirilməsi (davranış) arasındakı əlaqə, əxlaqi gerçəklərin psixoloji xarakterini müəyyənləşdirmək üçün önəmlidir. Qanun anlayışı və qanunların yerinə yetirilməsinin diqqətə alınmasını araşdırarkən J. Piaje uşaqların qanunları necə yerinə yetirdiklərini müəyyənləşdirmək üçün onları təbii oyunları sırasında müşahidə etmiş və müşahidələrinə görə uşaqların qanunları yerinə yetirmə formalarını analiz etmişdir.
Hüseyn Xəlilov
XƏBƏR LENTİ
Azərbaycanda yollarda vəziyyət necədir?
Hava haqqında
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
Sabahın hava proqnozu
Sərnişin avtobuslarında qiymət artdı?
Soyuq hiss etməyən qadın
Məşhurlardan ilham alan yumor ustası
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Keti Perri Mumbay küçələrində - FOTOsessiya etdirdi
Şeyma Subaşı ona gələn təkliflərdən danışdı_FOTO
İyun ayında hava necə olacaq?
Şimşək çaxacaq, yağış yağacaq!
Həyatın mənşəyini açıqlayan “ilk hüceyrə”
Azərbaycanlı general Ohanyanın cavabını verdi
İngiltərədə London derbisi: "Qırmızı şeytanlar" evində çətin rəqibi gözləyir
Silahı olanlar narkoloji testdən keçiriləcək
Uşaqlar üçün bədii film çəkilir
Dünyanın malı dünyada qalacaq
Fikus bitkisi
"Usaqi" Tayvanı yerlə-yeksan etdi
Mən də gözəl olmaq istəyirəm!
İnsanın zirəkliyi nə ilə ölçülür?
Milli xörəklərin kolorisi məlum oldu
Kənan Doğulu BOŞANMA barədə AÇIQLAMA verdi
Cəfərinin faydaları
2014-ün proqnozu: At ili insanlara nə gətirəcək?
Yaddaşlara həkk olunmuş 10 rus roman qəhrəmanı
Günün qoroskopu: fəaliyyətinizi daha sərbəst, azad edin
Adriana Lima yenə TƏƏCCÜBLƏNDİRDİ
Biz kimə lazımıq?
Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)
Arıqlamaq üçün dərman içdi, əksinə kökəldi
ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib
Yanlış pəhriz arıqlatmaq əvəzinə kökəldir
Bu məşhurlar 2018-ci ildə VALİDEYN OLACAQ – SİYAHI
Öcalan üçün ilk əfv
İlk pulunu qəzet sataraq qazanan multimilyarder - FOTO
Məşhur aktrisa ana oldu-FOTO
Doğulduğunuz aya görə xəstəliyə tutulma riskiniz (2)
Kök qadınlar necə geyinməlidir?
Telefon üçün məxfi kodlar - həm vaxt itmir, həm də xərc azalır
Azərbaycanlı Olimpiya çempionu deyilənlərə cavab verdi
ÜST-dən xəbərdarlıq: bu qidadan istifadə etməyin!
Yeni manikür trendi - Şotlandka
Дћina nədir? Niyə haramdır?
Prezident İlham Əliyev İstanbulda Ərdoğanla görüşdü
Baxımlı ayaqlara sahib olmaq üçün...
Prezident İlham Əliyev fərman imzaladı
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Suriyada yeni hökumət elan edildi
- ŞƏRHLƏR