2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə alınıb. Problemli məsələlərdən biri də boşanmış cütlüyün övladının kimin yanında qalması ilə bağlıdır.
Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir.
Hüquqşünasların dediyinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır.
Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə qərarı ilə analarının yanında qalırlar.
BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.
Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür.
Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallar nəzərdə tutulur.
Azərbaycanın Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.
Məcəllənin 52-ci maddəsində yazılıb ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.
Ali Məhkəmənin Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Plenumunun Qərarında isə göstərilib:
"Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən "10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır" ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir".
Ailə Məcəlləsinin 60-cı maddəsində isə göstərilib ki, valideynlər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.
Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Həmçinin qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
Qanunlardan çıxarışları təhlil etdikdə, bu nəticəyə gəlmək olur ki, Azərbaycan qanunvericiliyində boşanmış ailənin uşağının konkret ata və ya ananın yanında qalacağı məsələsi yaş kateqoriyasına görə təsnifatlandırılmayıb.
Milli.Az bildirir ki, Oxu.az məsələni daha da aydınlaşdırmaq üçün Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb.
Vəkil bildirib ki, boşanmış ailənin uşağının ata və ya ananın yanında qalması ilə əlaqədar yaş kateqoriyası konkret ola bilməz:
"Çünki məhkəmə hər bir məsələyə spesifik yanaşaraq hökm çıxarmalıdır. Məhkəmə hər iki tərəfin vəziyyətini nəzərə alıb qərar verməlidir. Bu o demək deyil ki, 10 yaşına qədər olan və ya 10 yaşından yuxarı uşaqlar konkret olaraq mütləq hansısa valideynin yanında qalmalıdır. Yəni uşağın kimin yanında qalması ilə bağlı standart bir yaş meyarı yoxdur".
A.Qasımlı əlavə edib ki, əgər valideynlərdən biri uşağa şiddət göstərirsə, bu hallar məhkəmədə sübuta yetirildikdən sonra həmin uşaq qarşı tərəfə verilə bilər:
"Tutaq ki, ata və ya ana narkomandır və ya uşağa şiddət göstərir. Bu zaman məhkəmənin qərarı ilə həmin uşaq yanında qaldığı valideynindən alınaraq digərinə verilir".

XƏBƏR LENTİ
Rəqəmləri birləşdir-8
Qızardılmış kartof ruleti(foto resept)
Röya pərəstişkarlarını BELƏ SEVİNDİRDİ - FOTO
Qeyri-adi eynək hazırlandı-VİDEO
Yeni məktəbli formalarının qiyməti yüksək olacaq?
Duyğu ya məntiq?!
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Qızıldan “stress çarxı” satışa çıxarılır
Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar
"Tıxacların qənimi"
Ermənilər Gəncəni atəşə tutdu: 5 ölü, 28 yaralı - YENİLƏNİB + VİDEO
Dağ xizəkçiliyi üçün yeni kolleksiya
Qəribə psixi pozuntular
Kibrit qurabiyələr (foto resept)
68 yaşlı qadın ilk dəfə ana oldu - FOTO
Birinci kurs tələbələrinin tədrisə başlayacağı vaxt açıqlandı
Saç kremləri haqqında doğru bilinən yanlışlar
Qış aylarında yaz tətili üçün 10 ölkə
Doğulduğu sıraya görə uşaqların xarakteri
Elvis Presli əfsanəsi geri qayıdır
Sosiska alarkən nəyə diqqət etməli?
Qadınlar niyə aldadılır?
İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək
Acun sözünü tutdu
Hazal Kayadan yoldaşına Qadağa
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Begemotla gəzinti
Perunun bir-birindən gözəl quşları
Bağça işləri ilə məşğul olan uşaqlar daha ağıllı olur
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
Ziyafət çantaları
Dilan Çiçek kökəlmək istəyir-SƏBƏB
Uşaq qidasının içindən qurd çıxdı - Bakıda
Masallıda "Cənnət ağacı"
2014-cü ilin gəlinlik modelləri
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - RƏSMİ AÇIQLAMA
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
Məşhur cütlük barışdı
Azərbaycanda xüsusi karantin dövründə iş rejimi belə tənzimlənəcək - QƏRAR
Arıqlamağın ilk qaydası
Ayaqqabıları geyimlə necə uyğunlaşdırmalı?
İsti havalarda yüksək təzyiqə diqqət!
Belə bir ənənə var ki, yeni doğulan uşağın...
Koronavirusla bağlı dünyanı ŞOKA SALAN həqiqət üzə çıxdı - Bioloji silah... (FOTOLAR)
Bütün dövrlərin stili
Tanınmış aktrisa marketdən oğurlq edərkən tutuldu
Timati ilk dəfə oğlunun üzünü göstərdi - FOTO
Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradıldı
Yuxularımızı yönləndirmək mümkündürmü?
