Körpəni yuyundurarkən bunlara diqqət edin:
Yeni doğulan körpənin dərisi yumşaq və həssasdır.Körpəni yuyundurarkən onun xüsusi vannası olmalıdır.Dəriyə qulluq və duş körpənizin sağlam dərisinin olmasına köməkci olacaq. Körpənin ağzını, çənə hissələrini sabunsuz və yumşaq bir dəsmalla silmək lazımdır. Həftədə 2 və ya 3 dəfə duş kifayətdir. Vanna, günün istənilən saatında qəbul edilə bilər. Yeməkdən əvvəl edilən duş ümumiyyətlə daha çox işə yarayar. Bir çox ailə, yuxu saatına hazırlıq məqsədilə körpələrini axşamüstü yuyundurmağı üstün tuturlar.
Yeni doğulan körpənin duşu üçün hansı vəsaitlər lazımdır?
Təmiz bir körpə vannası
İncə dəsmallar və ya süngər formasında duş döşəyi
Yumşaq bir parça və ya yuma süngəri
Uşaq şampunu və körpə sabunu
Yumşaq körpə dəsmalı
Təmiz parça və geyimlər
Körpə necə yuyundurulmalıdır?
İlk öncə otağın uyğun istilikdə olduğundan əmin olun. Vanna müddətində istifadə ediləcək olan vəsaitləri bir yerə yığın. Əgər unudulmuş bir şey olsa olsa belə,heç vaxt körpənizi tək qoymayın. Körpəni bir dəsmala bürüyün. Təmiz bir körpə vannasına ilıq su qoyun (suyun istiliyi 36.5 - 37 dərəcə olmalı və ya əl biləyinizi yandırmadığı istilikdə olmalıdır). Körpənin üzündən başlayın, hər iki gözünü də isladılmış təmiz pambıq parçası ilə silin, burun körpüsündən başlayın sonra gözün küncündən xaricə doğru silin. Üzünün qalan hissəsini sabunsuz yuyun,yumşaq bir dəsmalla qurulayın. Qulağın xaricdə qalan hissəsini yumşaq dəsmalla təmizləyin. Bir süngərə bir az körpə sabunu əlavə edin və körpənin boynundan aşağıya doğru səliqə ilə silin. Təmiz bir yaş dəsmalla qurulayın. Göbək bağının islanmadığından əmin olun. Son olaraq, şampun ilə başını yuyun, suyla yuyulan körpənin üzünə su gəlməməsinə diqqət yetirin.
Körpəni kürəyindən qolunuzla möhkəmcə tutub dirsəyinizlə və əlinizlə boynunu dəstəkləyin. Çox körpə duş zamanı qollarına və ayaqlarına yüngülcə masaj edilməsindən xoşlanır. Körpənin duşu sevməsini istəyirsinizsə buna diqqət göstərməlisiniz. Körpəniz üçün saç qurutma fenindən istifadə etməyin. Vanna edilərkən ilk bir neçə dəqiqədə körpənin ağlaması gözlənilir. Əgər körpəniz duş zamanı birdən ağlamaya başlarsa, suyun isti və ya soyuq olmadığından və ya körpənizin gözünə sabun girmədiyindən əmin olmaq üçün nəzarət edin.
Dəri baxımı.
Yeni doğulan körpələrin dərisi çox həssas və incədir, asanlıqla zədələnə bilər. Dəri bütövlüyünün pozulması körpə üçün infeksiya riski yaradır. Xüsusilə doğumu izləyən günlər körpə dərisi quru olur və soyula da bilir. Paltar tozlarından körpənizin həssas dərisi pozuntuya səbəb ola bilər. Körpələr üçün hazırlanmış tozlardan istifadə edin və paltarları çox yaxşı yuyun.
Dırnaq baxımı.
"Uzanmış dırnaqlar körpənin, üzünü və gözünü cırmaqlamasına səbəb ola bilər. Bu səbəblə körpənin dırnaqlarını, ona xüsusi bir körpə dırnaq qayçısı ilə nizamlı olaraq kəsmək lazımdır. Dırnaqların kəsilməsinin ardından iti künclərin yumuşadılmasında da fayda var. Dırnaq kəsərkən bir köməkçiniz olması bu işin daha asan edilməsini təmin edər.
XƏBƏR LENTİ
2015-2016-cı illər gəlinlik modelləri
Bu gün səni istədim
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 277 yeni yoluxma
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
Çəkisizlik immuniteti azaldır
Məşhur aktrisa tarazlığını qoruya bilmədi-FOTO
Demi Mur hər kəsi təəccübləndirdi-FOTO
Hande və Murat bu evdə yaşayacaq-FOTO
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Pis xəbərlərin faydası da var
Üzüm bağının altından görün nə çıxdı - FOTO
Ledi Qaqadan gözlənilməz açıqlama
Dilənçi qızın hekayəsi
50 dən çox sahibkar “McDonalds”ı məhkəməyə verdi
Pensiyalar nə vaxt veriləcək? - Nazirlikdən açıqlama
1 sözdən ibarət kitab
Ərdoğan bu gün Bakıya gəlir
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
"Qəbələ" "İnter"ə qarşı
Çox düşünmə xəstəliyi
Uşaq evinin bütün sakinləri ailələrə verildi - FOTO
Gözləmək də bir sənətdir...
İyulda hava necə olacaq?
Yayda saçların qurumasının qarşısını necə alaq?
UNO gecə İsveç gölündən su çəkdi - VİDEO
Bakıya QAR yağacaq?
Lazımsız boşqablarla evinizi bəzəyin
Günün qoroskopu: çalışın, risk etməyəsiniz
"DAN ULDUZU" instrumental ansamblının konserti keçiriləcək
Paşinyan bu dəfə Trampa gileylənir
“Eurovision-2019” Qüdsdə keçiriləcək
İrina Şeykin gözəllik sirləri
Bu gün “Üç aylar” başlayır
"Ezo gəlin" şorbası (foto-resept)
Təbiətlə insan birləşərsə..
Arıqlamaq üçün səhərlər nə yeməli?
Erməni türk sərhədi açılır?
Nikolas Keyc 4 günlük xanımından boşana bilmir-SƏBƏB
Yeni orfoqrafiya lüğəti nə zaman nəşr olunacaq?
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
İlham Əliyev "Çay evi"ndə
Qovun bəhməzinin hazırlanması (foto resept)
"Zerkalnı" nömrə həvəskarlarına şad xəbər
Təhsil Nazirliyindən universitetlərə onlayn tədrislə bağlı TƏKLİF
"Qarabağ"ın vitse-prezidenti: "Əlimizdə fakt yoxdur"
Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Dörd gün tətil olacaq!
Malayziya kralı Moskva gözəli ilə evləndi - FOTO
- ŞƏRHLƏR