Qadin.NET / Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar

Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar

Körpəni yuyundurarkən bunlara diqqət edin:

     Yeni doğulan körpənin dərisi yumşaq və həssasdır.Körpəni yuyundurarkən onun xüsusi vannası olmalıdır.Dəriyə qulluq və duş körpənizin sağlam dərisinin olmasına köməkci olacaq. Körpənin  ağzını, çənə hissələrini sabunsuz və yumşaq bir dəsmalla silmək lazımdır. Həftədə 2 və ya 3 dəfə duş kifayətdir. Vanna, günün istənilən saatında qəbul edilə bilər. Yeməkdən  əvvəl edilən duş ümumiyyətlə daha çox işə yarayar. Bir çox ailə, yuxu saatına hazırlıq məqsədilə körpələrini  axşamüstü yuyundurmağı üstün tuturlar. 

 

Yeni doğulan körpənin duşu üçün hansı vəsaitlər lazımdır?

 

Təmiz bir körpə vannası

İncə dəsmallar və ya süngər formasında duş döşəyi

Yumşaq bir parça və ya yuma süngəri

Uşaq şampunu və körpə sabunu

Yumşaq körpə dəsmalı

Təmiz parça və geyimlər

 

Körpə necə yuyundurulmalıdır?  

   İlk öncə otağın uyğun istilikdə olduğundan əmin olun. Vanna müddətində istifadə ediləcək olan vəsaitləri bir yerə yığın. Əgər unudulmuş bir şey olsa olsa belə,heç vaxt körpənizi tək qoymayın. Körpəni bir dəsmala bürüyün. Təmiz bir körpə vannasına ilıq su qoyun (suyun istiliyi 36.5 - 37 dərəcə olmalı və ya əl biləyinizi yandırmadığı istilikdə olmalıdır). Körpənin üzündən  başlayın, hər iki gözünü də isladılmış təmiz pambıq parçası ilə silin, burun körpüsündən başlayın sonra gözün küncündən xaricə doğru silin. Üzünün qalan hissəsini sabunsuz yuyun,yumşaq bir dəsmalla qurulayın. Qulağın xaricdə qalan hissəsini yumşaq dəsmalla təmizləyin. Bir süngərə bir az körpə sabunu əlavə edin və körpənin boynundan aşağıya doğru səliqə ilə silin. Təmiz bir yaş dəsmalla qurulayın. Göbək bağının islanmadığından əmin olun. Son olaraq, şampun ilə başını yuyun, suyla yuyulan körpənin üzünə su gəlməməsinə diqqət yetirin.

   Körpəni kürəyindən qolunuzla möhkəmcə tutub dirsəyinizlə və əlinizlə boynunu dəstəkləyin. Çox körpə duş zamanı qollarına və ayaqlarına yüngülcə masaj edilməsindən xoşlanır. Körpənin duşu sevməsini istəyirsinizsə buna diqqət göstərməlisiniz.  Körpəniz üçün saç qurutma fenindən istifadə etməyin. Vanna edilərkən ilk bir neçə dəqiqədə körpənin ağlaması gözlənilir. Əgər körpəniz duş zamanı birdən ağlamaya başlarsa, suyun isti və ya soyuq olmadığından və ya körpənizin gözünə sabun girmədiyindən əmin olmaq üçün nəzarət edin.

Dəri baxımı.

   Yeni doğulan körpələrin dərisi çox həssas və incədir, asanlıqla zədələnə bilər. Dəri bütövlüyünün pozulması körpə üçün infeksiya riski yaradır. Xüsusilə doğumu izləyən günlər  körpə dərisi quru olur və soyula da bilir. Paltar tozlarından körpənizin həssas dərisi pozuntuya səbəb ola bilər. Körpələr üçün hazırlanmış tozlardan istifadə edin və paltarları çox yaxşı yuyun. 

Dırnaq baxımı.  

   "Uzanmış dırnaqlar körpənin, üzünü və gözünü cırmaqlamasına səbəb ola bilər. Bu səbəblə körpənin dırnaqlarını, ona xüsusi bir körpə dırnaq qayçısı ilə nizamlı olaraq kəsmək lazımdır. Dırnaqların kəsilməsinin ardından iti künclərin  yumuşadılmasında da fayda var. Dırnaq kəsərkən bir köməkçiniz olması bu işin daha asan edilməsini təmin edər.

8 fevral 2013
GO BACK