Əkiz hamiləlikdə istirahət və yuxu tək hamiləlikdəkindən daha da əhəmiyyətlidir.
Normal hamiləlikdə yaşanan yorğunluq hissi əkiz hamiləlikdə daha çox yaşanır. Bədənin ehtiyaclarına cavab verilməli və mümkün olan hər vəziyyətdə istirahət edilməlidir. Xüsusilə hamiləliyin ilk həftələrində yuxuya meyl tək hamiləlikdən daha çox olur. Yuxu nizamı mütləq təmin edilməli və mümkünsə gün ərzində yuxu üçün vaxt ayrılmalıdır.
İdman
Əkiz hamiləlikdə idman mütləq məhdudlaşdırılmalıdır.
Tək hamiləliklərdə gündəlik məşqlər hər ana namizədinə mütləq təklif edilir. Bu əkiz hamiləlik üçün də məsləhət görülür. İdman uyğun şərtlərdə olmalıdır. Bu çox kökəlməmək, gecə rahat yatmaq, doğuma hazırlıq etmək, hamiləliklə bağlı əlamətləri daha yüngül yaşamaq və hətta heç yaşamamaq və ana namizədinin özünü mənəvi və fiziki olaraq yaxşı hiss etməsi baxımından son dərəcə əhəmiyyətlidir.
Əkiz hamiləlikdə erkən doğum riski yüksək olduğu üçün xüsusilə hamiləliyin II yarısından sonra yorucu idmana fasilə verilməlidir. "Yorucu məşq" terminini təyin etmək çətin olduğu üçün, təklifimiz əkiz hamiləliyin ikinci yarısından etibarən Məşqlər çox azaldılmalıdır. Yenə də, hamiləliyin hansı mərhələsində olursansa ol, məşqlər mütləq hamiləliyi izləyən həkim tərəfindən təsdiqləndikdən sonra tətbiq olunmalıdır.
Qidalanma
"Üç (və ya daha çox) canın qidalanması lazımdır" fikri səhvdir. Bu fikirə əsaslanan bir çox əkiz hamiləlik yaşayan analar bütün günü acsa da, acmasa da yemək yeyir.
Əkiz hamiləliyi olan ana namizədləri gündəlik qida ehtiyacları mövzusunda əvvəlcə öz mədə ehtiyaclarına güvənməlidirlər. Beyində olan aclıq mərkəzi bədənin ehtiyaclarını sizə bildirəcək və kifayət qədər qidalanmağınıza yardım edəcək. Diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə zülal və kalsium məzmunlu qidaların daha çox istehlak edilməsidir. Tək hamiləlikdə olduğu kimi əkiz hamiləliklərdə də həddindən artıq yağlı və həddindən artıq karbohidratlı yeməklərdən uzaq durulmalıdır. Maye, vitaminlər və dəmirlə əlaqədar təkliflərə nəzər salaq.
Maye qəbulu
Əkiz hamiləlikdə maye qəbulu mütləq artırılmalıdır.
Maye və xüsusilə də su həyatın imtina edilməz bir maddəsidir. Hamiləlik dövründə böyrəklərin daha sürətli çalışması, bədənin maye miqdarının artması və nəhayət böyüməkdə olan körpənin (və ya bir neçə körpənin) artmış olan ehtiyacları səbəbilə maye qəbulu artırılmalıdır. Gündəlik qəbul edilməsi lazım olan minimum miqdar 2-2.5 litr olmalı və susama hissi olmasa da müəyyən fasilələrlə nizamlı olaraq maye qəbulu davam etdirilməlidir.
Maye tarazlığının pozulması erkən doğum riskini artıran səbəblərdən biri ola biləcəyi ehtimalı hər zaman xatırlanmalıdır.
Vitaminlər və Dəmir ehtiyatları
Əkiz hamiləlikdə vitamin və dəmirə olan ehtiyac əhəmiyyətli dərəcələrdə artar.
Vitaminlərin təbii qaynaqları olan tərəvəz və meyvələr arasında ən faydalı olanları mövsümi tərəvəz və meyvələrdir. Bunlarda mövsümün xüsusiyyətlərinə görə ehtiyac duyduğumuz maddələri daha boldur. (qış meyvə və tərəvəzlərinin C vitaminindən zəngin olması, yaz tərəvəz və meyvələrinin isə maye məzmununun daha çox olması kimi).
Vitaminləri təbii qaynaqlarından qəbul etmək hər zaman ideal fikirdir. Bundan əlavə həkim nəzarəti ilə müəyyən vitamin həblərin də qəbulu mümkündür.
Ana namizədləri hamiləlik dövründə həkim tərəfindən təklif edilən dəmir tərkibli dərmanları mütləq nizamlı olaraq istifadə etməlidirlər. Əkiz hamiləlik kimi ehtiyacın daha da yüksək olduğu vəziyyətlərdə bu dərmanlar qansızlığın inkişafına maneə yaradır.
İş Həyatı
Əkiz hamiləliyi olan ana namizədləri daha tez məzuniyyətə çıxmalıdır.
Həkimlər əkiz hamiləlikdə daha çox yataq istirahəti məsləhət görür və erkən doğum riskini azaltmaq baxımından həkimin bu təklifi mütləq nəzərə alınmalıdır. Yenə də, xüsusilə fiziki və mənəvi olaraq daha çətin işdə işləyən bütün ana namizədlərinin məzuniyyətə daha erkən çıxması əhəmiyyətlidir.
Cinsi Həyat
Həkimin məsləhətinə uyğun yaşanmalıdır.
Tək hamiləlikdə cinsi həyatın hamiləliyin sonuna qədər davam etdirilə biləcəyini söyləyən həkimlər olmaqla yanaşı hamiləliyin ilk və son həftələrində cinsi həyatı məhdudlaşdırmağın lazım olduğunu düşünən həkimlər də vardır. Əkiz hamiləlik üçün isə 28-ci həftədən sonra cinsi əlaqə məhdudlaşdırılmalıdır. Bu erkən doğum riskinin azaldılması baxımından vacibdir. Digər dövrlərdə isə hamiləliyi izləyən həkimin məsləhətlərinə mütləq riayət edilməlidir.
Əkiz hamiləliyi yaşmış biri kimi deyə bilərəm ki, doğrudan da əkiz hamiləlik çox çətindir. O ağırlığı daşımaq, ikiqat ağrılar, ikiqat ürəkbulanmaları, müəyyən müddətdən sonra bədənin şişməsi və s. çox çətindir. Hələ o əkizlər dünyaya gəldikdən sonra...Allah arzulayan hər qadına nəsib etsin! Çətinliklərə sinə gərmək özü də bir qəhrəmanlıqdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanın su ehtiyatları azalır
Qeyri-adilik üçün 13 ideya
“Çarpışma” finala hazırlaşır
Leyla Əliyeva Qobustan qoruğunda gəzdi - FOTO
“Xəzər adaları”nda görüş
Günün ulduz falı - 18.03.2014
Yeni sosial şəbəkə yaradıldı
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Sabahın HAVAsı
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Almaniyanın ən çox qaçan futbolçusu
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama
Bir hərəkətlə piydən azad ol
Ferrari brendi satılacaq
Uşaqların məktəbdə qarşılaşdığı təhlükələr
Yaşıl çay-gözəlliyinizin keşiyində
Gəlin?Qaynana?
Məşhurların 14 fevral paylaşımları
Qurudulmuş ətli sürhüllü (foto-resept)
Yaponiyada koronavirusa yoluxmada rekord
"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"
Asqırmaq nədir?
Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB
Sarı dırnaq dəbi
İnstaqramda başqasının “Hekayə”sinə ANONİM BAXMAДћIN YOLU – FOTO
Qadın.Netli qızların sevgi yolu-4
HAVA necə olacaq?- 23 MART
Stil ikonu Viktoriya Bekhem
Noxudlu bisküvit (foto resept)
Bu sahələr üzrə müəllimlər axtarılır - SİYAHI
Tibb tarixində bir ilk-FOTO
Paltarları niyə ütüləməliyik?
Qanunsuz ağac kəsənlərə qarşı YENİ CƏRİMƏLƏR
Aşiq olacağınız 15 film qəhrəmanı
Hava xəbərdarlığı
İtlər üçün təhlükəli olan ərzaqlar
Can Yaman və Özgenin serialından ilk görüntülər - FOTO
Magistratura imtahanlarındakı testlər tələbələri narazı saldı
Yataqları ayırmayın
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
"Facebook"a şok cəza - 122 milyon $
Azərbaycanda 18 min manat pensiya alan var
Göz yummaq
Pitonla oynayan azyaşlı-FOTO
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Meyvəli və kolbasalı qızılgüllər (foto-resept)
- ŞƏRHLƏR