Bu il paytaxtda baş verən yol qəzalarında isə 102 nəfər ölüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk 5 ayında paytaxt ərazisində 400 yol qəzası baş verib. Nəticədə 102 nəfər ölüb, 439 nəfər xəsarət alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 35 ölüm faktı azalıb, xəsarət alanların sayı isə 28 fakt artıb.
“Yayda qəzaların statistikası artır”
Mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verən avtoekspert Nemət Ağalarova görə, havaların istiləşməsi, eyni zamanda çimərlik mövsümünün açılması qəzaların artmasına səbəb olub: “Statistikaya nəzər salsaq, çimərliklər olan ərazilərdə və ya magistralda baş verən yol nəqliyyat hadisələrinin daha çox olduğunu görərik. Ölümlə nəticələnən qəzaların 80 faizi də içkili sürücülər tərəfindən törədilir. Təəssüflər olsun ki, cəzaların bu qədər sərtləşdirilməsinə baxmayaraq, içkili sükan arxasında əyləşib qəza törədənlərin statistikasında azalma müşahidə olunmur. Məsələn, srağagün Zığ yolunda sərxoş sürücünün törətdiyi qəzada 3 gənc həyatının itirdi. Həmin qəza zamanı içkili sürücü hadisə yerini tərk etmişdi. Özü də, bu dəqiqə içkili sürücülərin qəza törətdikdən sonra hadisə yerini tərk etməsi ənənəyə çevrilib. Onlar bu metodla məsuliyyətdən bir qədər yayınmaq istəyirlər”.N.Ağalarovun sözlərinə görə, təkcə cərimələrin artırılması və cəzaların sərtləşdirilməsi ilə qəzaların qarşısını almaq olmaz: “Mən təklif edərdim ki, yol polisi gecələr keçirdikləri reydləri bir qədər də artırsınlar. Xüsusilə restoranların, istirahət mərkəzlərinin yaxınlığında daima polis postu qurulmalıdır. Çünki toydan çıxan sürücülərin 80-90 faizi içkili olur. 10 manat verib "alkodrive" kimi xidmətlərdən yararlanmaq istəməyən sürücü, özünün, yaxınlarının və başqalarının həyatını təhlükə altına atır".Ekspertin sözlərinə görə, Bakı və rayonlarda yol infrastrukturunun olmaması da qəzalara səbəb olur: “Ənənə davam edir yəni, bu gün yolu çəkib, səhəri gün qazırlar. Magistral yollarda saatda 110 kilometrlər gedən maşın kiçik bir çökəyə düşəndə hətta aşmaq təhlükəsi ilə üzləşir. Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində vəziyyət daha da acınacaqlıdır. Eyni zamanda ağacların arxasında gizlədilən yol nişanları və işıqforların səbəb olduğu qəzalar da az deyil. Bakıda kifayət qədər küçə və prospektin adını çəkmək olar ki, orada yol nişanlarını necə gəldi quraşdırıblar. Çox vaxt sürücü hərəkət zolağında bir-birinə zidd bir neçə yol nişanı ilə də qarşılaşır. Təəssüflər olsun ki, bu kimi neqativ hallar aradan qaldırılmır”.
XƏBƏR LENTİ
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Hello kitty-dən çantalar
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dəri ləkələri üçün pomidor suyu maskası
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Peşmərgə Suriyaya keçdi
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
Mercedes-Benz-dən super Brabus
Qırılan dırnaqlardan xilas ol
Fərqli spaqettili maffinlər (foto resept)
2020-nin ən yaxşı çantaları
Havayı yaşamağın 10 yolu
Teylor Svift fanatına kömək etdi-FOTO
"WhatsApp"a kamera gəlir
"You-Tube" ilə bağlı inanılmaz qərar
Həccin vaxtı açıqlandı
Diş əti xəstəliyi və diş fırçalama
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Yataq dəstləri
Güləşçimiz erməniyə aman vermədi
Yaz fəsli üçün maskalar
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Sizi "tox" saxlayacaq 7 qida
Asma çarpayı modelləri
Türkiyədə partlayış baş verib
Ərdoğana xəyanət edənlər yaxalandı
Az sədəqə çox bəlanın qarşısını alar
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
2012-ci il notbookları və netbookları
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bürclərin bilinməyən xüsusiyyətləri
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Metroda şalvarsız gün
Hamiləlikdə idman təklifləri
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
İnstagramdan YENİLİK!
Yeni güclü antibiotik ixtira edilib
Koronavirusla bağlı son STATİSTİKA
"Andromeda" satıldı - 3,6 milyon avro
Limonlu duş
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Günün qoroskopu: maliyyə problemləri mümkündür