Xalçaların bir neçə yuma üsulları vardır və əgər xalça yuma üsullarını bilmirsinizsə, xalçanız üçün ən yaxşı üsulu seçməyiniz çətin ola bilər. Çünki yuma üsulları xalçanın növünə görə dəyişir. Aşağıda sizə yardımçı ola biləcək bəzi yuma üsulları verilmişdir.
Xalçaların dərindən yuyulması
Dərindən xalça yuma, yalnız peşəkar xalça yuyanlar tərəfindən həyata keçirilən və əziyyətli bir xalça yuma üsuludur.
Ünvandan alınan xalçalar, xalça yuma müəssisələrinə aparılaraq bir sıra proseslərdən keçirilir. Əvvəla toz alma şkafında xalçaların qaba tozları alınır. Sonra yarı avtomatik və tam avtomatik xalça yuma avadanlıqları istifadə edərək xalça yuyulur. Yuma prosesindən sonra durulanaraq qurutma otaqlarında qurutmağa qoyulur. Son mərhələdə təmizliyinə nəzarət edilən xalçalar, qablaşdırıldıqdan sonra təslim edilməyə hazır hala gətirilir.
Xalçaların dərindən yuyulması üçün ən azı 6 aydan bir ixitsaslaşmış bir xalça yuma firmasına verilməsi lazımdır. Xalçanın necə yuyulduğunu dəqiq bilməyən avtomobil yuma yerlərindən çəkinmək lazımdır.
Şampunla xalça yuma üsulu
Şampunla yuma üsulu ən çox tanınan və ən çox istifadə olunan xalça yuma üsullarından biridir. Bu üsulda xalçaların necə yuyulduğuna gəlincə, əvvəl xalça yuma şampunu və ya məhlulu köpükləndirərək xalçaya sürtülür. Köpüyün tərkib maddələri, xalçadakı çirk hissəciklərini çəkir. Xalça bu şəkildə quruyanda üzərindəki köpük təbəqəsi qatılaşır və çirkli köpük xalça liflərindən ayrılır. Sonra bu dəfə qalıqlar elektrikli süpürgə və ya xalça yuma süpürgəsi ilə süpürülür. Detallı bir proses tələb etmədiyi üçün şampunla yuma səthi təmizlik üçün ən çox istifadə edilən xalça yuma üsuludur. Sadəcə şampunlu xalçanı elektrik süpürgəsi ilə təmizləmək lazımdır.
Bazarda çox müxtəlif xalça yuma şampunları mövcuddur. Ancaq xalça zərər görmüşsə, şampun xalçaya zərər verməməsi üçün diqqət etməyiniz lazımdır.
Buxarla xalça təmizləmə üsulu
Buxarla təmizləmə üsulu mikroblardan da təmizləndiyi üçün tez-tez müraciət edilən xalça təmizləmə vasitələrindəndir. Əslində buxarla təmizləmə üsulunda isti sudan istifadə edilir. Suyun temperaturu əsasən 65-100 dərəcə arasındadır. Yüksək temperatur su təzyiqlə xalçaya püskürdülərək xalçadakı çirk hissəciklərinin həll edilməsini təmin edir. Sonra çirk hissəcikləri vakuum maşınla çəkilir. Istifadə edilən suya bundan başqa yuyucu tozlar və ya təmizlik məhlulu qatılır. Buxarla təmizləmə xalçanın dərindən təmizlənməsinə yaxın nəticələr verən bir xalça yuma prosesidir. İsti su eyni zamanda bakteriyaları, göbələkləri və tozları da öldürür. Beləliklə, buxarlı xalça yuma üsulundan sonra xalça allergiya törədən maddələrdən təmizlənmiş olar. Buxarlı yuma üsulu ilə xalçalarınızı təmizləmək üçün peşəkar xalça yuma firmaları ilə məsləhətləşməlisiniz. Çünki xalça yuma firmaları, xalçanın növünü və hansı xalça neçə dərəcə isti su ilə necə yuyulması lazım olduğunu bilirlər. Peşəkar xalça yuma zavodlarında, əksəriyyətlə təkərli isti su püskürtmə maşını istifadə edərək xalça yuyulur. İcarəyə verilən buxarlı yuma maşınları da vardır.
Əgər özünüz yumaq istəyirsinizsə,firma ilə məsləhətdən sonra icarəyə götürdüyünüz xalça yuma avadanlıqları ilə özünüz təmizləyə bilərsiniz. Buxarlı yuma üsulunun xərci çoxdur. İcarəyə götürən xalça yuma maşını qiymətləri, marka və modelə görə fərqlilik var.
Quru xalça təmizləmə üsulu
Bu üsulda su istifadə edilmədiyi üçün quru xalça təmizləmə üsulu adını almışdır. Quru təmizləmə üsulunda xalça çox az miqdarda su istifadə edən əmici bir tozdan istifadə edilərək yuyulur. Sorucu toz xalçanın üstünə səpilir və maşınlar vasitəsilə yayılır. 15 dəqiqəyə qədər gözlədikdən sonra toz elektrikli süpürgə ilə çəkilir və beləliklə, tozun əmdiyi çirklər çəkilmiş olur. Xalçanı ancaq ləkələrdən təmizləməyi düşünürsünüzsə, xalçanın islanmasına lazım olmadığı üçün bu üsul seçilir.
Köpüklə xalça təmizləmə üsulu
Köpüklə xalça yuma buxarlı xalça yuma ilə birlikdə aparılır. Dönər adlı fırça köməyi ilə xalçanın üstünə şampun yayılaraq köpükləndirilir. Sonra köpüyün quruması üçün təxminən 1 saat gözlənilir. Çirk vakuum cihazı vasitəsilə çəkilir. Şampunun hamısı vakuum maşını ilə alına bilinmədiyinə görə bu prosesdən sonra buxarlı yuma aparmaq lazımdır. Köpüklü yuma ilə xalça asanlıqla yuyulur, amma bu üsul dərindən xalça yuma üsulunun yerini tutmaz.
XƏBƏR LENTİ
Dörd rayonun xəstəxanasından Şirvana təcili yardım maşınları cəlb olunub
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
"Xoşbəxt insanın hekayəsi olmaz!"
Futbolda ağ kart
Günün ulduz falı
Baş nazirin yubileyində partlayış: 30 nəfərə yaxın adam yaralandı - VİDEO
"Qarabağ" uduzdu
Rəsm əsəri kimi yeməklər
Günün ulduz falı
Serdar Ortaç və Demet Akalın qalmaqalı böyüdü
Göz makiyajı
Maaşlar nə vaxtdan qalxır?
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Zeze__cards - 5
Alimlərdən inqilabi ixtira
Bergüzar Korel ikinci dəfə ana olacaq
Soğanlı peçenye (foto resept)
“Keçmişdən gələn cəngavər” metroda maraqla qarşılandı - VİDEO
Instagram-da yeni funksiya - Regram - FOTO
Sərt karantinin yumşaldılmasından sonra çimərliklərdə ilk gün - VİDEOREPORTAJ
Sadə və yüngül keks (foto resept)
Təhsilsiz dahilər
Demet Akalın məşhur serialı tənqid etdi
İki əsrin sirli savaşları
Dünyada ilk dəfə - Şəffaf televizor istehsal edildi
İranda fövqəladə vəziyyət: məktəblər bağlandı
Azərbaycana qar yağacaq
Cenniferin sevgilisi haqda ŞOK İDDİA
Burak Özçivitin bu FOTOsu 1 saniyədə minlərlə bəyənmə topladı
Stuldan yıxıldığına görə 1 milyon dollar istəyir
"Whatsapp" istifadəçilərinə növbəti xəbərdarlıq
Dərdlərə dərman olan badımcan sapı
Bəyəndiyiniz insanın sevgili olmağa hazır olduğunu göstərən hallar
Koronavirus daha çox kişiləri qurban seçir
Əsnəyən balacalar
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
Günün ulduz falı
Səhər yeməyi üçün fındıq əzməsi (foto-resept)
Xanımların "Gün toplantısı"
21 Fevral-Ana dili günüdür!
Fransadan qoşunların təmas xəttində zorakılıq halları ilə bağlı açıqlama
Gözəl fincanlar
Məşhur cütlük ayrıldı
Microsoft-da işçilər izlənəcək
Hər şey cəmi 9 gündə oldu... - FOTO
Hasarlarımızın hündürlüyü niyə günbəgün artır?
Çıxış yolu var, sadəcə görmürük...
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Toxuduqlarım
- ŞƏRHLƏR