Aşağıda qeyd etdiyim şeirlər Ələmdar Quluzadəyə məxsusdur. Ümid edirəm ki, analarımızın da, körpələrin də xoşuna gələcək.![]()
Qaratoyuq
Sanki batıb
Qıra toyuq,
Qaratoyuq.
Toyuqdursa,
Niyə çıxmır
Tara toyuq?
Qar görəndə
Gah baş vurur
Qara toyuq.
Gah ilişir
Tora toyuq.
Tapa bilmir,
Bircə gilə
Qora toyuq,
Qara toyuq.
Ora toyuq,
Bura toyuq.
Hara getdi
Qara toyuq?
Zəhmətkeş oğlan
Zəhmətlə öyrədibdir,
Ana gündə Hikməti.
Gündən-günə artıbdır,
Hikmətin də hörməti.
Onun xətri-hörməti,
Başından aşıb-daşdı.
Hikmət lovğalanaraq
Anasına yanaşdı:
-"İndən belə bir dəfə
Evi töküb-dağıtsam,
Onda töhmət ver mənə,
Mən zəhməti sevirəm,
Ana, zəhmət olmasa
Gündə zəhmət ver mənə."
Səadətin beş yaşı
Hələ oyuncaqlara
Qarışıb onun başı.
Səadətin cəmisi
Beş yaşı var, beş yaşı.
Beş dənə gəlinciyi
Yığır bircə xurcuna.
Balaca noğulların
Beşi sığır ovcuna.
Yavaş-yavaş biz ona
Öyrədirik yavaşı.
Kim bilir Səadətin
Beş yaşı var, beş yaşı?
O tullanıb düşəndə
Evdə taxça oynayır,
Gündə babası ilə
“Bağça-bağça” oynayır.
Ona bir söz demirlər
Mərifətin üstündə.
Babanı danlayırlar
Səadətin üstündə.
Daha yemək yeyəndə
Axmır gözünün yaşı.
Axı bu qəşəng qızın
Beş yaşı var, beş yaşı.
Navalça
Evlərin damlarında
Damlalar qava çalar.
Damlaları bir yerə
Toplayar navalçalar.
Çiçək açan budaqlar
Oxşayar xonçalara,
Sərçələr çimmək üçün
Cumar navalçalara.
Navalçanın əlindən
Alıb göz alçaları.
Qızlar navalçalardan
Doldurar dolçaları.
Navalçanın altında
Sərinləyər xalçalar,
Xalçaların əlinə
Su tökər navalçalar.
Bir də baxıb görərik
Gülür güllü baxçalar.
Doyunca su içirib
Bağlara navalçalar.
Aralıqda işləyirəm
Nənəm deyir:
-Babana çay
Süzüm apar.
Babam deyir:
-Gəl nənənə
Üzüm apar.
Babam deyir:
-Yüyür bura
Alma verim.
Nənəm deyir:
-Əlini yu
-Dolma verim.
Biri deyir:
-Gözüm, gətir,
Qızım, apar.
Biri deyir:
-Qızım, gətir,
Quzum, apar.
Mənə papaq
Daşıtdırıb
Mənə yaylıq
Şəllədirlər.
Bu nənəmlə
Babam məni,
Aralıqda
İşlədirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pakistan Senatının komitə sədri: "İlham Əliyev Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir"
Qadını çantasından tanı
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Klintondan prezident seçiləcəyi təqdirdə sürpriz vəd
Xəzərdə dairəvi kruiz marşrutu yaradılacaq
Ayaqqabıdakı qoxunu necə yox etməli?
Çarpaz çörək (foto resept)
Çağatay Ulusoy, Gizem Karaca HƏBS EDİLDİ - FOTO
Tanış olun: BMW 4-Series Gran Coupe
Fərqli ölkələrin gözəlləri
Qızıl souslu dondurmanın qiyməti dodaq uçuqladır
Emin Ağalarovdan Bakı ilə bağlı maraqlı sözlər
Onun xoşuna gəlmək üçün...
52 yaşlı Holl Berri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Sahurda nə yeməli, nə yeyilməməli?
Sifətə aid biliklərin yoxlanılması
Dələ qadından yaralı balasını xilas etməsini istədi
Hündür daban yay ayaqqabıları
Azərbaycanda dönərçilərə xəbərdarlıq
Vilayət Eyvazovdan yeni təyinat
Vergi faizi aşağı olan ölkələr
Hematofobiya
Azərbaycan əhalisinin SAYI açıqlandı
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Prezident İlham Əliyev: "Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
Obama ilahi oxudu
Qadın olmaq...
Marketlərdə bizi necə aldadırlar? - MÜZAKİRƏ
Hadisənin kürk orijinal çıxdı-FOTO
Deyirdilər ki, Yuri Syominin vaxtı keçib..
"Oskar"-2015
Beren Saatdan gözlənilən addım
Boy uzanmasına kömək edən qidalar
Heyvanlara divan tutulan yer: zoopark, yoxsa ölüm məkanı?
Ana və qız arasında konflikt: necə davranmalı?
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Günün ulduz falı
Qarın düzləşdirən idman hərəkətləri
"Öpüş" salatı (foto-resept)
Onlar bir zamanlar sinələrdə parlardı...
Məşhur aktyor təyyarədən qovuldu-SƏBƏB
Rusiyalı rəssamın əl işləri
Hamiləlik zəhərlənməsi
Avropanı fəth edən Balakən sakini rayonu ayağa qaldırdı
Kim nə yeyir?
Şeyma Subaşı bu dəfə də təəccübləndirdi-FOTO
Quru saçlar üçün təsirli maskala
"Ermənistan terrorçuları Qarabağa yığır"
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO















- ŞƏRHLƏR