Aşağıda qeyd etdiyim şeirlər Ələmdar Quluzadəyə məxsusdur. Ümid edirəm ki, analarımızın da, körpələrin də xoşuna gələcək.
Qaratoyuq
Sanki batıb
Qıra toyuq,
Qaratoyuq.
Toyuqdursa,
Niyə çıxmır
Tara toyuq?
Qar görəndə
Gah baş vurur
Qara toyuq.
Gah ilişir
Tora toyuq.
Tapa bilmir,
Bircə gilə
Qora toyuq,
Qara toyuq.
Ora toyuq,
Bura toyuq.
Hara getdi
Qara toyuq?
Zəhmətkeş oğlan
Zəhmətlə öyrədibdir,
Ana gündə Hikməti.
Gündən-günə artıbdır,
Hikmətin də hörməti.
Onun xətri-hörməti,
Başından aşıb-daşdı.
Hikmət lovğalanaraq
Anasına yanaşdı:
-"İndən belə bir dəfə
Evi töküb-dağıtsam,
Onda töhmət ver mənə,
Mən zəhməti sevirəm,
Ana, zəhmət olmasa
Gündə zəhmət ver mənə."
Səadətin beş yaşı
Hələ oyuncaqlara
Qarışıb onun başı.
Səadətin cəmisi
Beş yaşı var, beş yaşı.
Beş dənə gəlinciyi
Yığır bircə xurcuna.
Balaca noğulların
Beşi sığır ovcuna.
Yavaş-yavaş biz ona
Öyrədirik yavaşı.
Kim bilir Səadətin
Beş yaşı var, beş yaşı?
O tullanıb düşəndə
Evdə taxça oynayır,
Gündə babası ilə
“Bağça-bağça” oynayır.
Ona bir söz demirlər
Mərifətin üstündə.
Babanı danlayırlar
Səadətin üstündə.
Daha yemək yeyəndə
Axmır gözünün yaşı.
Axı bu qəşəng qızın
Beş yaşı var, beş yaşı.
Navalça
Evlərin damlarında
Damlalar qava çalar.
Damlaları bir yerə
Toplayar navalçalar.
Çiçək açan budaqlar
Oxşayar xonçalara,
Sərçələr çimmək üçün
Cumar navalçalara.
Navalçanın əlindən
Alıb göz alçaları.
Qızlar navalçalardan
Doldurar dolçaları.
Navalçanın altında
Sərinləyər xalçalar,
Xalçaların əlinə
Su tökər navalçalar.
Bir də baxıb görərik
Gülür güllü baxçalar.
Doyunca su içirib
Bağlara navalçalar.
Aralıqda işləyirəm
Nənəm deyir:
-Babana çay
Süzüm apar.
Babam deyir:
-Gəl nənənə
Üzüm apar.
Babam deyir:
-Yüyür bura
Alma verim.
Nənəm deyir:
-Əlini yu
-Dolma verim.
Biri deyir:
-Gözüm, gətir,
Qızım, apar.
Biri deyir:
-Qızım, gətir,
Quzum, apar.
Mənə papaq
Daşıtdırıb
Mənə yaylıq
Şəllədirlər.
Bu nənəmlə
Babam məni,
Aralıqda
İşlədirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu:Vaxtınıza dəyər verin!
ABŞ çoxdan gözlənilən qətnaməni qəbul etdi
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Bakı metropoliteni Yeni ilə necə hazırlaşır?
Ronaldu və Messi olmayan yerdə: ilin ən gözəl qolunu kim vuracaq?
Halle Berry gözəlliyinin sirri
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
"Doğduğun ev kaderindir" serialı ilə bağlı yeni qərar
İştahasız uşaqları yedizdirməyin 5 yolu
Məşhurların çəhrayı saçları
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Ən ucuz Novruz bazarlığını harda etmək olar?-QİYMƏTLƏR
İstanbul su altında
Duz lampası nədir, faydaları nələrdir?
Möhtəşəm gəlinliklər
Azərbaycanda ilk dəfə: yediyimiz ətin nə olduğunu biləcəyik (FOTO)
İsti çay və xərçəng xəstəliyi
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Azanı təhqir edən aktrisa həbs olunacaq
2018-ci il bu telefonların ili olacaq - FOTO
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Vizasız gedə biləcəyimiz ölkələrin SİYAHIsı
"Venesiya" salatı (foto-resept)
Fitnes salonlarında qarşılaşılan 7 problem
Sağlamlıq, ya gözəllik?
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub - FOTO
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
Quru saçlar üçün yumurta maskası
ABŞ dövlət katibi Rusiyanı yeni sanksiyalarla hədələdi
Azərbaycanda havanın temperaturu 37 dərəcə olacaq
Hər kəs bu yeniyetmədən danışır
ÜST mütəxəssisləri Hindistanda başlayan naməlum xəstəliyin öyrənilməsinə qoşuldu
Məşhur Dr.Dukan arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ - MÜTLƏQ OXUYUN!
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Ermənistanla sərhədin bir addımlığında - VİDEO
Karantin dövründə icazə ilə bağlı MÜHÜM YENİLİK
Simli qaş trendi dəbdədir
Bakıda yeni yol nişanları quraşdırılır
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
3 aylıq əsiri poçtalyon xilas etdi-FOTO
Cem Yılmaz 30 kq arıqladı-FOTO
Metin Haranın yeni sevgilisi Simgedir?-FOTO
Atası Sabirin şeir dəftərini cırıb
Əsl qış çantaları
Günə yaxşı başlamaq üçün 5 idman hərəkəti
Cennifer Lopezdən yeni möhtəşəm klip-VİDEO
Xərçənglə mübarizədə yeni üsul tapıldı
Saçları uzadan xardal yağı
Özünə inam testi
- ŞƏRHLƏR