
Oktyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Senatının Müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbəri Müşahid Hüseyin Syedi qəbul edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə möhkəm təməllər üzərində qurulan Azərbaycan-Pakistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini ifadə edən nazir Səfər Əbiyev bildirib ki, bütün istiqamətlərdə olduğu kimi, siyasi sahədə də Azərbaycan həmişə Pakistanın yaxından dəstəyini hiss edib. Nazirin sözlərinə görə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasında olan Pakistan İslam Respublikası dostluq və qardaşlıq ənənələrinə sadiq qalaraq bu gün də müxtəlif məsələlərlə əlaqədar beynəlxalq səviyyələrdə ölkəmizdən öz köməyini əsirgəmir.Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aparılan fikir mübadiləsi zamanı pakistanlı qonaq müşahidə qrupunun rəhbəri kimi seçkilərin beynəlxalq standartlara tam cavab verdiyi qənaətində olduğunu bildirib. O vurğulayıb ki, demokratik və şəffaf şəraitdə keçən bu seçki ilə Azərbaycan xalqı bir daha cənab İlham Əliyevə öz etimadını göstərdi. Onun fikrincə, İlham Əliyev bir prezident kimi həqiqətən, Azərbaycanın həyatında böyük dəyişikliklərə imza atan liderlərdəndir. Seçki günü pakistanlı qonaq insanlarla təması zamanı da bunun bir daha canlı şahidi olduğunu bildirib. Xalqın böyük inamla prezident seçkilərində aktiv iştirakına toxunan Müşahid Hüseyin Syed şəffaflıq təmin edilməklə prosesin həm də dinc və sabit şəkildə yekunlaşdığını diqqətə çatdırıb.Görüşdə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İkramullah Mahsud iştirak edib.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Tənbəlliyə necə qalib gəlməli?
İlham Əliyev Qarabağa görə Rusiyaya gedir
Dünyanın ən sağlam ölkələri
Saç uzadan aloe vera maskası
Leyla Lydia Tuğutlunun gözəllik sirləri
İncə tac nümunələri
Çarpaz çörək (foto resept)
Dodaq boyanız xasiyyətinizdən danışır
2019-un yeni hörük modelləri
İlham Əliyev Azərbaycan ictimaiyyətini mübarizəyə çağırır!
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Serenay Sarıkaya və Cem Yılmaz ayrılıq xəbərlərini belə cavabladılar
Dünyanın ən gözəl modelləri ən gözəl yerlərdə
Yüzdən çox insan itikin düşüb
Azərbaycanlı Avropanın ən xarizmatik kişisi seçildi
Atəşkəs rejimi 13 dəfə pozuldu
Uşaqların əl işi olan oyuncaqlar
Souslu qarışıq qızartma (foto-resept)
Günün qoroskopu: maliyyə problemləri mümkündür
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Bakıda işıqsız ev qalmadı
Qız toyu üçün gəlinliklər
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq
Beynəlxalq təşkilat: "Seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına uyğun və şəffaf keçiriləcəyini sübut edir"
Ərdoğan formada olan liderlər siyahısında
Facebook intihar etmək istəyənləri axtaracaq
“Android” istifadəçilərinə xəbərdarlıq
İranda qabyuyan "Dünya Çempionu" kimdir?
Bir-biriylə ən yaxşı razılaşan bürclər
Almalı tost (foto resept)
İlham Əliyevlə eyni fikirdəyik
Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır”
Gözəllik müsabiqəsinin qalibi öldü-SƏBƏB
Bütün buzlar əriyərsə: fəlakətin ssenarisi hazırlandı
BÜRCLƏR bizə nə vəd edir?-30 Oktyabr
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Saçları 1 yaşlı uşağı milyonçu etdi
100 arvadı olan Kral
Heyvanlar aləmində
Çox sevdiyim atama...
Çay ağacı yağının dəriyə faydaları
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Kartof suyunun faydaları
Payız ab-havalı söhbət
Sağlam dəriyə doğru 10 addım !
Yeni Range Rover
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Möhtəşəm yataq otaqları
