Babək
(798-838)
7-ci əsrin ortalarında ərəb qoşunları islam bayrağı altında Azərbaycanın dağlarını aşdı, şəhərləri, kəndləri, obaları talan etdi. Anaların ahı, naləsi göyə ucaldı. Vətəni qorumaq üçün igidlər silaha sarıldı, qüvvətli əllər qılıncı qına qoymadı. Elin bu mərd igidlərinə başçılıq edənlərdən biri də Babək idi. Babək kiçik yaşlarında çobanlıq etmiş, sonralar bir dövlətlinin karvanına sarbanlıq edə-edə eli-obanı dolaşmışdı. Hər yerdə ədalətsizlik, istismar və zülmlə üzləşən Babəyin qəlbində düşmənlərə nifrət coşur, zəhmətkeş xalqa rəhm və məhəbbət hissi oyanırdı. Ərəb əsarətinə qarşı çarpışan azərbaycanlılar azadlıq, bərabərlik ideaları təbliq edirdilər. Onlara xürrəmilər deyirdilər. Qırmızı bayraq altında (buna görə xürrəmilərə "qırmızıbayraqlılar" da deyilirdi) ərəblərə qarşı mübarizə aparan xürrəmilərə 816-cı ildən Babək başcılıq edirdi. Onların məskəni Arazdan bir qədər cənubda, sıldırım qayalar üstündə yerləşən əlçatmaz Bəzz qalası oldu. Çindən tutmuş Atlantik okeanınadək uzanan nəhəng Ərəb xilafəti ərazisində Bəzz yeganə azadlıq mərkəzi idi.
Babəkin qoşunları 20 ildən çox müddətdə neçə-neçə ərəb ordusunu darmadağın etdi. Babəkə qarşı böyük bir ordu ilə müxtəlif döyüşlərdə şücaət göstərmiş sərkərdə Afşin göndərildi. Uzun sürən ağır müharibədən sonra Bəzz qalası dağıdıldı. Ailəsi ilə birlikdə mühasirədən çıxa bilmiş Babək yerli feodallardan birinin satqınlığı nəticəsində ərəblərin əlinə keçdi. 838-ci ildə Samirə şəhərində işgəncə ilə edam edildi. Babəkin qollarını, sonra isə qıçlarını kəsib, bədənini şarmıxa çəkdilər, başını isə üsyançıları qorxutmaq üçün Xorasana göndərdilər. Edam zamanı Babək öz mərdliyi ilə xəlifəni və saray adamlarını sarsıtdı. Cəllad Babəkin sağ qolunu kəsdikdə, o qanı ilə üzünü boyadı. Xəlifə ondan nə üçün belə etdiyini soruşduqda Babək dedi: "qan itirdiyimə görə rəngim qaçacaq. Bunu bəziləri qorxaqlığım kimi başa düşəcək, ona görə də üzümü boyadım ki, rəngimin saraldığını görən olmasın!"
Ömrünü vətənin, xalqın azadlığı uğrunda mübarizəyə həsr etmiş ölməz qəhrəman Babək son nəfəsində belə əzm və ləyaqətini itirməmiş, düşmən qarşısında boyun əyməmişdi. Elə buna görə də 1000 ildən çox keçsə də xalq öz igid oğlunu, onun əməllərini unutmur.
Badam
Hələ bütün ağaclar çılpaq, boz rəngdə olanda, baharın gəlişini gözləyən təbiət təzəcə qış yuxusundan oyanmağa başlayanda bağlarda, bağçalarda ilk çiçək açan, yazın ilıq nəfəsini ilk dəfə duyan badam ağacı olur. Hündürlüyü 1-7 metrdir. Budaqları tikansız olur. Tikanlı badam ağacları da var. Onun beşləçəkli çiçəkləri ağ, açıq-çəhrayı rəngli olur. Bu çiçəklərdən dadlı badam meyvəsi yetişir. Əvvəlcə meyvənin üstü keçə kimi, tüklü qərzəklə örtülü olur. Bu qərzək quruyur, çatlayır və içərisindən qabıqlı badamlar çıxır. Bunların ləpəsi şirin və dadlıdır. Badamların acısı da olur.
Badam çox qiymətli bitkidir. Badam Azərbaycanda qədim zamanlardan becərilir. Azərbaycanda badamın bir neçə sortu yetişdirilir. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Onu calaq etməklə çoxaldırlar. Badamı tərkibində 50%-dək yağ var.
Badminton
Tennis oyununa bənzər badmintonun vətəni Qədim Malayya hesab edilir. Sonralar bu gözəl oyun Asiyanın başqa ölkələrinə, oradan Avropaya yayılmışdır. Keçmişdə onu fransızca "volan" , "uçan" adlandırırdılar. Keçən əsrdə onu bir ingilis hersoqu Hindistandan gətirmişdi. Bu hersoqun malikanəsi İngiltərənin Badminton şəhəri yaxınlığında idi. Sonralar bu oyunu həmin şəhərin adı ilə "badminton" adlandırdılar.
Badmintonu da tennis kimi hamar, lakin bərk örtüklü meydançada oynayırlar. Lakin badminton raketkaları tennisinkindən 2-3 dəfə yüngül olur.
Xallar 15-ə qədər sayılır. Qadınlar və uşaqlar 11-ə qədər oynayırlar. Oyun 3 və ya 5 hissədən ibarət olur. Ölkəmizdə bu idman oyunu 1954-cü ildən geniş yayılmışdır.
Bayatılar
Dünyanın başqa xalqları kimi, Azərbaycan xalqı da arzularını, sevinc və kədərini özünün zəngin şifahi ədəbiyyatında əks etdirmişdir. Şifahi xalq ədəbiyyatında bayatıların da öz yeri var. Bayatı şifahi xalq ədəbiyyatının ən çox yayılmış növlərindəndir.
Vidadi Vaqiflə deyişməsində deyirdi:
Küllü Qarabağın abi-həyatı
Nərmi-nazik bayatıdır, bayatı.
Yurdumuzun elə bir yeri tapılmaz ki, orada el məclislərində bayatı səslənməsin. Bayatılar 7 hecalı 4 misradan ibarət olur. Burada çox vaxt əsas fikir axrıncı iki misrada verilir.
Alimlərin əksəriyyəti bayatı sözünün azərbaycanlıların formalaşmasında rol oynamış Bayat tayfasının adı ilə bağlı olduğunu göstərirlər: bayatı - yəni bayat tayfasına məxsus şeir forması. Bayatıların əsl yaradıcısı xalqdır. Yazıya alınmayan bu bayatılar ağızdan-aöıza keçərək yayılmış, dövrümüzədək gəlib çatmış, onların müəllifləri isə unudulmuşdur. Müəllifi məlum olan bayatılar da var. 17-ci əsrdə yaşamış Sarı Aşıq adlı el şairinin bayatıları məşhurdur. Bir sıra şairlərimiz bayatı janrında əsərlər yazmışlar. Bayatılar musiqi ilə də sıx bağlıdır
Bayquş
Uşaqlar, yəqin ki, heyvanxanada əyri və iri dimdiyi qaramağa oxşayan quşlara maraqla tamaşa etmiş, onları filmlərdə görmüsünüz. Bu quşun adı bayquşdur. Bayquşlar quşlar sinfinin bir dəstəsidir. Çəkisi 50 qramdan 3 kiloqrama qədər olur. Düzənliklərdə, dağlarda, meşə və səhralarda yaşayır. Əsasən, gecələr ova çıxır. Səssiz-səmirsiz uçur. Ağacların koğuşunda, qayaların yarığında düzəltdiyi yuvaya 1-8 (bəzən 10-11) cüt yumurta qoyur. Dünyada 134 növ bayquş yaşayır.
Azərbaycanda bayquşun 6 növü var. İri yapalaq, gecə və ya dan bayquşu, qulaqlı, yaxud buynuzlu bayquş, bataqlıq bayquşu, dam yapalağı və ya kor yapalaq, meşə bayquşu.
Dünyada elə xalq tapılmaz ki, o bayquşu ya müqəddəs hesab etməsin, yaxud da lənətləməsin. Bayquşun irəli baxan hərəkətsiz iri gözləri, yekə başı ona uzağı görən şöhrəti qazandırıb. 3 min il bundan əvvəl Çində bayquş əmin-amanlıq rəmzi sayılırmış. Qədim Peruda bayquşa səcdə ediblər. Samoa adalarında bayquş öləndə ona yas saxlayıblar, onu təntənə ilə basdırıblar. Lakin bir çox xalqlar, o cümlədən azərbaycanlılar arasında keçmişlərdə bayquş bədxah heyvan sayılıb, ölüm rəmzi kimi tanınıb. Bu, belə deyil. Bayquşu görəndə onu öldürməyin, ona daş atmayın ! Bayquş yırtıcı quşdur. Siçan, xırda onurğalı heyvan və cücülərlə qidalanır. Kənd təsərrüfatı və meşə zərərvericilərini məhv etdiyinə görə faydalıdır. Yalnız iri yapalaq adlanan bir növü ovçuluq təsərrüfatına zərər verir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadisə haqqında ŞOK İDDİA - FOTO
Seda Sayan ideal bədəni ilə diqqət çəkdi-FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Qrip sizi tapınca...
305 kq arıqladı və ...
Qar yağacaq
Qatıqlı buğda salatı (foto-resept)
Ən az 6 ay əmizdirərək diabetdən qorun
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Azərbaycanda insanların ürək ağrısı
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA
Uşaq geyimləri
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Gözdə itdirsəyi və çarələr
Üzr istəməyin asan yolu
Uşağını əmizdirən anaya pul veriləcək
Yumurtalıq xərçəngi
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Kıvanç 2 milyon dollar qazanacaq
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Şəkillər arasındakı fərqi tapın!
Gözəl divar şəkilləri
Təhlükəli kosmetik məhsullar
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
vDİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
Təzə əncir şirniyyatı (foto-resept)
Kür çayında biogen maddələrin miqdarı normadan çoxdur
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Bakının bir ay bağlı qalacaq yolları
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Uşağa nece xeyr demək olar
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (3)
Məşhur tərzi: Celine Dion
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Alyaskada görünən nəhəng varlıq hər kəsi heyrətləndirdi -FOTO
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO
Azərbaycanda ilin ilk üçəmi doğulub
"Qarabağ"ın qələbəsi
Yumurtanın ağı, yoxsa sarısı faydalıdır?
Bakıdakı küləyin maksimal sürəti açıqlanıb
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Öləndə molla istəməyən yazıçımız
Saçlara parlaqlıq verən maska
- ŞƏRHLƏR