Kişilər üçün-ailə həyatını daha da xoşbəxt etmək qaydaları
1. Heç vaxt öcəşməyin!!! Ailə həyatınızı məzara sürükləyən ən qısa yol. Deyingənlik və öcəşkənlik məhəbbətin puç edilməsi üçün cəhənnəm iblislərinin icad etdikləri bütün cəhənnəm əzablarının ən əzablısıdır.
Qadının öcəşkənliyi və davakarlığı kişinin öz ailəsini atmasının başlıca şərtlərindən biridir. Çox qadınlar xırdaçılıq edib hər şeyə qulp qoymaqla özlərini ailə həyatı üçün tədricən məzar qazmışlar.
2. Həyat yoldaşınızın xasiyyətini dəyişdirməyə çalışmayın. Sevin və yaşamağa mane olmayın.
Ailə həyatında münasib həyat yoldaşı tapmaqdan daha vacibi münasib həyat yoldaşı olmağı bacarmaqdır.
insanlarla ünsiyyətdə ən əvvəl bunu bilmək lazımdır ki, onların vərdiş etdikləri tərzdə, özləri istəyən kimi yaşamalarına mane olmaq yaramaz, ancaq gərək bu vərdişlər bizim vərdişlərimizlə o qədər də kəskin ziddiyyətə girməsin.
3. Tənqid etməyin. Ailənin dağılmasının səbəblərindən biri də tənqiddir - mənasız tənqid, ürəyi yaralayan tənqid. Kişilər qadınların qəşəng geyinmək və gözəl görünmək şeylərini diqqətsiz buraxmamalıdırlar. Kişilər çox vaxt qadınların geyimlə necə dərindən maraqlandığını unudurlar, bəlkə də bunu heç bilmirlər. Məsələn, kişi və qadın küçədə başqa cütə rast gələrlərsə, çətin ki, qadın kişiyə birinci baxmış olsun, onu ən əvvəl qadının daha yaxşı geyinməsi maraqlandırır. 98 yaşında qoca qadına 30 il əvvəl çəkilmiş fotoşəkli göstərdikdə onun zəifləmiş gözləri şəkli yaxşı seçə bilmədi, amma verdiyi yeganə sual belə oldu: "Mənim əynimdəki hansı paltar idi?". Bu sətirləri oxuyan kişilərin heç yadına gəlmir ki, 5 il bundan əvvəl nə cür kostyum və köynək geyiniblər, heç bunu yada salmağa həvəsləri də olmur. Amma qadınlar bizdən fərqlənirlər və biz də bunu etiraf etməliyik.
Bir kəndli qadın ağır iş günündən sonra kişilərin yemək stoluna böyük bir ot bağı qoyur. Kişilər təəccüblə soruşanda ki, "ağlın yerindədirmi?", cavab verir ki, "Nə biləydim ki, görəcəksiniz? iyirmi ildir ki, sizi yedizdirirəm, amma bütün bu müddətdə bir dəfə eşitməmişəm deyəsiniz ki, yediyimiz ot deyil!". Nəyə görə öz xanımınıza bu cür diqqətlə yanaşmayasınız?
Bundan sonra, əgər kartof yaxşı qızarmışsa, bunu ona deyin, qoy xanımınız bilsin ki, siz onu qiymətləndirdiniz. Bilsin ki, sizin yediyiniz ot deyildi - yaxud da, necə deyərlər, "kiçik xanıma böyük əlinizi uzadın". Xanımınızın sizin xoşbəxtliyinizdə necə böyük rol oynadığını ona bildirməkdən qorxmayın.
4. Səmimi təşəkkür edin. Hər kəsi xoşbəxt etmək üçün asan üsul. Qadının öz xoşbəxtliyini evində tapması üçün lazımdır ki, kişi öz minnətdarlığını və sədaqətini ona bildirsin. Əgər bu minnətdarlıq və sədaqət səmimidirsə, onda kişi də xoşbəxt olar.
Lap qədim zamanlardan gül məhəbbətin dili hesab olunub. Niyə gözləyirsiniz ki, xanımınız xəstəxanaya düşsün, siz də ona gül aparasınız? Niyə sabah-axşam ona gül aparmayasınız? Eksperimentdən xoşunuz gəlirmi? Cəhd edin. Görəcəksiniz, baş tutacaq!
Corc M. Koen Brodveydə nə qədər məşğul olursa-olsun, anası vəfat edən günədək ona hər gün 2 dəfə zəng vururdu. Elə bilirsiniz, hər dəfə təzə xəbər verirdi? Əsla yox. Sevimli qadına bu cür diqqət göstərir ki, siz onun haqqında fikirləşirsiniz, siz onu sevindirmək istəyirsiniz. Göstərir ki, onun müvəffəqiyyəti sizin ürəyinizdəndir.
Qadınlar ad günlərinə və başqa ildönümlərinə böyük əhəmiyyət verirlər. Niyə? Bu həmişəlik qadınların sirri olaraq qalacaq. Adi kişi çoxlu tarixləri saya almadan həyat yolunda addımlaya bilər, lakin iki tarixi mütləq xatırlamalıdır: xanımının ad gününü və toy günlərini. Əksər ailə faciələrinin əsasında gündəlik həyatın xırdalıqları durur. Ən adi bir şey – işə gedən kişinin xanımına əl etməsi çox boşanmanın qarşısını ala bilər.
5. Bir az diqqətli olun. Bunun qadın üçün elə böyük mənası var ki... Çox kişilər gündəlik diqqətin əhəmiyyətini lazımınca qiymətləndirmirlər. Nəhayət, nikah gündəlik epizodlardan ibarətdir. Buna o qədər də əhəmiyyət verməyən ailənin kədəri ağır olur. Nəzakət - ailə həyatının əsasıdır. Kobudluq məhəbbəti çeynəyən xərçəngdir. Bunu hamı bilir, başqalarına münasibətdə daha nəzakətliyik, nəinki doğmalarımıza qarşı. Heç ağlımıza da gəlmir ki, yad adamın söhbətini yarıda kəsib dəyək ki, "doğrudanmı, bu köhnə əhvalatı yenə də danışmaq istəyirsiniz?" Heç ağlımıza da gəlmir ki, dostlarımıza gələn məktubu onların icazəsi olmadan açaq, ya da onların gizli işlərinə qarışaq. Amma bizə ən yaxın və doğma olan ailə üzvlərimizi ən kiçik şey üstə də təhqir etməyə hazırıq. Nəzakət qəlbin elə xüsusiyyətidir ki, o, ürəyi qırılmış qapını yox, bu qapı arxasında gül-çiçəyi görməyə imkan verir. Nəzakət ailədə də motora yağ lazım olan kimi lazımdır. Nigahı müvəffəqiyyətli olan adam tənha yaşayan dahidən daha qiymətlidir. Dahi rus yazıcısı Turgenev demişdir: "Mən bütün kitablarımı və dahiliyimi verməyə hazıram, bilsəm ki, hardasa elə bir qadın var ki, mən yeməyə gecikəndə narahat olur." Heç bir qadın başa düşməyə qadir deyil ki, nəyə görə kişi öz işində və peşəsində müvəffəqiyyət qazanmağa sərf etdiyi qədər əməyi ailəsini qoruyub saxlamağı üçün sərf etmir.
Halbuki kişi üçün xoşhal xanımının və xoşbəxt ailəsinin olması milyon dollar qazanmaqdan daha qiymətlidir. Buna baxmayaraq, çətin ki, yüzdən bir adam nigahını necə müvəffəqiyyətli etmək haqqında fikirləşir və buna səy göstərir. Hər kişi bilir ki, nəvazişlə qadınından hər şey ala bilər, o isə əvəzində heç nə istəməz.
Hər bir kişi bilir ki, əgər o xanımına desə ki, keçən ilki paltar sənə çox gözəl yaraşır, o, həmin paltarı ən təzə və dəbdə olan paltara da dəyişməz. Hər bir kişi bilir ki, öpüşləri ilə xanımının gözünü o vaxtadək yuma bilər ki, o, yarasa kimi kor olsun.
6. Nəzakətli olun. Ailə həyatında nadan olmayın.
Ailə həyatındakı müvəffəqiyyətsizlik əsasən aşağıdakı dörd səbəbdən irəli gəlir:
- seksual uyğunsuzluq
- asudə vaxtı necə keçirmək barəsində fikir ayrılıqları
- maliyyə çətinlikləri
- əqli, fiziki və emosional çatışmamazlıqlar
Sentimental qapalılıq ailə həyatının bütün aspektlərini ər-arvadlıq praktikasını ağılla və düzgün müzakirə etmək bacarığı ilə əvəz olunmalıdır. Xoşbəxt olmaq istəyirsinizsə bunlara etinasızlıq göstərməyin.
XƏBƏR LENTİ
Məşhur cütlük cümə günü BOŞANIR
Bakıda evlərin qiymətləri ucuzlaşır
Yumşaq və hamar ayaqlar
Bayramınız mübarək!
Acı təcrübələrdən dərs alaq
68 yaşlı bəy, 19 yaşlı gəlin - Toylarına heç kim gəlmədi - VİDEO
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Şakiranın səsi batdı, konsertləri ləğv edildi
HAVA necə olacaq?
Növbəti imtahanın keçiriləcəyi tarix və yerlər açıqlandı
Dodaq çatları üçün nə etməli?
Ölənlərin sayı 5 dəfəyədək azalıb
MN: "Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır"
“WhatsApp” istifadəçilərinə bəd xəbər - İşləməyəcək
Koronavirus özündən sonra bədəndə hansı izləri qoyur?
Yeni kəşf: kökəlmə ailəvi problemdir
Boksçumuz dünya çempionatında ikinci qələbəsini qazandı
Sevgili tapmağın 30 üsulu
Emil Balayev oynadı, "Ayntraxt" 12 qolla qalib gəld
FİFA prezidentinə qarşı cinayət işi açılıb
Göyərtili blinçik (foto resept)
Yaddaşınız zəifdir? Çarə var
Qat-qat xəmirli rulet börək (foto resept)
Ana südü körpələrin stressini azaldır
Eşitmə qüsurları
Sağlam arqlamaq üçün meyvə pəhrizi
"Survivor-2020"nin qalibi bəlli oldu-FOTO
Köməkçi nitq hissələri. Qoşma
Qadın.Netlilərin ilk makiyajı - 2
İş görüşməsinə gedərkən bu səhvlərə yol verməyin
Çipsin hazırlanması
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Putin Qarabağ məsələsini şəxsi nəzarətinə götürüb
Facebook-da YENİ FUNKSİYA
Şeyx Fəxri fərmana layiq görüldü
Virtual autizm yayılır
2017-ci ilin payız rəngi: Qırmızı
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (1)
Heyran olacağınız rəsmlər
Qreypfrutun faydaları və zərərləri
Qaymaqlı tort (foto resept)
Bürclərin pul ilə əlaqələri (2)
Balanslı bəslənmənin yolları
Ölkənin dilini dəyişdilər: "Qərar qətidir və ondan şikayət etmək olmaz!"
Metro girişlərində müəyyən məhdudiyyətlər ola bilər
Tramp söz verdi: Vaksin 24 saat ərzində ölkənin bütün ərazilərinə çatdırılacaq
Azərbaycanda bəzi kommunal xidmətlərin qiymətləri DƏYİŞDİ
Ən xoşbəxt ölkələrin REYTİNQİ - Azərbaycan neçəncidir?
Azərbaycanda gözdən əlillər üçün saat hazırlanıb
Demet Akalın kökəldi-FOTO
- ŞƏRHLƏR