Babək
(798-838)
7-ci əsrin ortalarında ərəb qoşunları islam bayrağı altında Azərbaycanın dağlarını aşdı, şəhərləri, kəndləri, obaları talan etdi. Anaların ahı, naləsi göyə ucaldı. Vətəni qorumaq üçün igidlər silaha sarıldı, qüvvətli əllər qılıncı qına qoymadı. Elin bu mərd igidlərinə başçılıq edənlərdən biri də Babək idi. Babək kiçik yaşlarında çobanlıq etmiş, sonralar bir dövlətlinin karvanına sarbanlıq edə-edə eli-obanı dolaşmışdı. Hər yerdə ədalətsizlik, istismar və zülmlə üzləşən Babəyin qəlbində düşmənlərə nifrət coşur, zəhmətkeş xalqa rəhm və məhəbbət hissi oyanırdı. Ərəb əsarətinə qarşı çarpışan azərbaycanlılar azadlıq, bərabərlik ideaları təbliq edirdilər. Onlara xürrəmilər deyirdilər. Qırmızı bayraq altında (buna görə xürrəmilərə "qırmızıbayraqlılar" da deyilirdi) ərəblərə qarşı mübarizə aparan xürrəmilərə 816-cı ildən Babək başcılıq edirdi. Onların məskəni Arazdan bir qədər cənubda, sıldırım qayalar üstündə yerləşən əlçatmaz Bəzz qalası oldu. Çindən tutmuş Atlantik okeanınadək uzanan nəhəng Ərəb xilafəti ərazisində Bəzz yeganə azadlıq mərkəzi idi.
Babəkin qoşunları 20 ildən çox müddətdə neçə-neçə ərəb ordusunu darmadağın etdi. Babəkə qarşı böyük bir ordu ilə müxtəlif döyüşlərdə şücaət göstərmiş sərkərdə Afşin göndərildi. Uzun sürən ağır müharibədən sonra Bəzz qalası dağıdıldı. Ailəsi ilə birlikdə mühasirədən çıxa bilmiş Babək yerli feodallardan birinin satqınlığı nəticəsində ərəblərin əlinə keçdi. 838-ci ildə Samirə şəhərində işgəncə ilə edam edildi. Babəkin qollarını, sonra isə qıçlarını kəsib, bədənini şarmıxa çəkdilər, başını isə üsyançıları qorxutmaq üçün Xorasana göndərdilər. Edam zamanı Babək öz mərdliyi ilə xəlifəni və saray adamlarını sarsıtdı. Cəllad Babəkin sağ qolunu kəsdikdə, o qanı ilə üzünü boyadı. Xəlifə ondan nə üçün belə etdiyini soruşduqda Babək dedi: "qan itirdiyimə görə rəngim qaçacaq. Bunu bəziləri qorxaqlığım kimi başa düşəcək, ona görə də üzümü boyadım ki, rəngimin saraldığını görən olmasın!"
Ömrünü vətənin, xalqın azadlığı uğrunda mübarizəyə həsr etmiş ölməz qəhrəman Babək son nəfəsində belə əzm və ləyaqətini itirməmiş, düşmən qarşısında boyun əyməmişdi. Elə buna görə də 1000 ildən çox keçsə də xalq öz igid oğlunu, onun əməllərini unutmur.
Badam
Hələ bütün ağaclar çılpaq, boz rəngdə olanda, baharın gəlişini gözləyən təbiət təzəcə qış yuxusundan oyanmağa başlayanda bağlarda, bağçalarda ilk çiçək açan, yazın ilıq nəfəsini ilk dəfə duyan badam ağacı olur. Hündürlüyü 1-7 metrdir. Budaqları tikansız olur. Tikanlı badam ağacları da var. Onun beşləçəkli çiçəkləri ağ, açıq-çəhrayı rəngli olur. Bu çiçəklərdən dadlı badam meyvəsi yetişir. Əvvəlcə meyvənin üstü keçə kimi, tüklü qərzəklə örtülü olur. Bu qərzək quruyur, çatlayır və içərisindən qabıqlı badamlar çıxır. Bunların ləpəsi şirin və dadlıdır. Badamların acısı da olur.
Badam çox qiymətli bitkidir. Badam Azərbaycanda qədim zamanlardan becərilir. Azərbaycanda badamın bir neçə sortu yetişdirilir. Meyvəsi avqust-sentyabr aylarında yetişir. Onu calaq etməklə çoxaldırlar. Badamı tərkibində 50%-dək yağ var.
Badminton
Tennis oyununa bənzər badmintonun vətəni Qədim Malayya hesab edilir. Sonralar bu gözəl oyun Asiyanın başqa ölkələrinə, oradan Avropaya yayılmışdır. Keçmişdə onu fransızca "volan" , "uçan" adlandırırdılar. Keçən əsrdə onu bir ingilis hersoqu Hindistandan gətirmişdi. Bu hersoqun malikanəsi İngiltərənin Badminton şəhəri yaxınlığında idi. Sonralar bu oyunu həmin şəhərin adı ilə "badminton" adlandırdılar.
Badmintonu da tennis kimi hamar, lakin bərk örtüklü meydançada oynayırlar. Lakin badminton raketkaları tennisinkindən 2-3 dəfə yüngül olur.
Xallar 15-ə qədər sayılır. Qadınlar və uşaqlar 11-ə qədər oynayırlar. Oyun 3 və ya 5 hissədən ibarət olur. Ölkəmizdə bu idman oyunu 1954-cü ildən geniş yayılmışdır.
Bayatılar
Dünyanın başqa xalqları kimi, Azərbaycan xalqı da arzularını, sevinc və kədərini özünün zəngin şifahi ədəbiyyatında əks etdirmişdir. Şifahi xalq ədəbiyyatında bayatıların da öz yeri var. Bayatı şifahi xalq ədəbiyyatının ən çox yayılmış növlərindəndir.
Vidadi Vaqiflə deyişməsində deyirdi:
Küllü Qarabağın abi-həyatı
Nərmi-nazik bayatıdır, bayatı.
Yurdumuzun elə bir yeri tapılmaz ki, orada el məclislərində bayatı səslənməsin. Bayatılar 7 hecalı 4 misradan ibarət olur. Burada çox vaxt əsas fikir axrıncı iki misrada verilir.
Alimlərin əksəriyyəti bayatı sözünün azərbaycanlıların formalaşmasında rol oynamış Bayat tayfasının adı ilə bağlı olduğunu göstərirlər: bayatı - yəni bayat tayfasına məxsus şeir forması. Bayatıların əsl yaradıcısı xalqdır. Yazıya alınmayan bu bayatılar ağızdan-aöıza keçərək yayılmış, dövrümüzədək gəlib çatmış, onların müəllifləri isə unudulmuşdur. Müəllifi məlum olan bayatılar da var. 17-ci əsrdə yaşamış Sarı Aşıq adlı el şairinin bayatıları məşhurdur. Bir sıra şairlərimiz bayatı janrında əsərlər yazmışlar. Bayatılar musiqi ilə də sıx bağlıdır
Bayquş
Uşaqlar, yəqin ki, heyvanxanada əyri və iri dimdiyi qaramağa oxşayan quşlara maraqla tamaşa etmiş, onları filmlərdə görmüsünüz. Bu quşun adı bayquşdur. Bayquşlar quşlar sinfinin bir dəstəsidir. Çəkisi 50 qramdan 3 kiloqrama qədər olur. Düzənliklərdə, dağlarda, meşə və səhralarda yaşayır. Əsasən, gecələr ova çıxır. Səssiz-səmirsiz uçur. Ağacların koğuşunda, qayaların yarığında düzəltdiyi yuvaya 1-8 (bəzən 10-11) cüt yumurta qoyur. Dünyada 134 növ bayquş yaşayır.
Azərbaycanda bayquşun 6 növü var. İri yapalaq, gecə və ya dan bayquşu, qulaqlı, yaxud buynuzlu bayquş, bataqlıq bayquşu, dam yapalağı və ya kor yapalaq, meşə bayquşu.
Dünyada elə xalq tapılmaz ki, o bayquşu ya müqəddəs hesab etməsin, yaxud da lənətləməsin. Bayquşun irəli baxan hərəkətsiz iri gözləri, yekə başı ona uzağı görən şöhrəti qazandırıb. 3 min il bundan əvvəl Çində bayquş əmin-amanlıq rəmzi sayılırmış. Qədim Peruda bayquşa səcdə ediblər. Samoa adalarında bayquş öləndə ona yas saxlayıblar, onu təntənə ilə basdırıblar. Lakin bir çox xalqlar, o cümlədən azərbaycanlılar arasında keçmişlərdə bayquş bədxah heyvan sayılıb, ölüm rəmzi kimi tanınıb. Bu, belə deyil. Bayquşu görəndə onu öldürməyin, ona daş atmayın ! Bayquş yırtıcı quşdur. Siçan, xırda onurğalı heyvan və cücülərlə qidalanır. Kənd təsərrüfatı və meşə zərərvericilərini məhv etdiyinə görə faydalıdır. Yalnız iri yapalaq adlanan bir növü ovçuluq təsərrüfatına zərər verir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ətlə ayran birlikdə qəbul edilərmi?
Sobada əzilmiş kartof (foto resept)
Bu şagirdlər qəbul imtahanından azad olacaq-FOTO
Nokia brendi yox olur
Orqanizmimizdəki nasoslar(2)
Kyelini: ""Qalatasaray"la oyun bizim üçün final matçı olacaq"
Əli Əsədovdan ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili ilə bağlı QƏRAR
Arıqladan qidalarla həyatdan zövq alın (2)
"İstanbullu gəlin"in aktrisası öz qızları ilə çəkilmək istəyir
Hülya bu dəfə də heyran etdi - FOTO
Qadınların münasibətlərdə yaşadığı problemlər
Johnny Depp'in 18 yaşlı oğlu diqqət çəkdi
Axı nədən yazaq və ya bəlkə heç yazmayaq?
"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı
Ən tez yağ yandıran detoks
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
Günün qoroskopu: ən önəmli məsələni həll etməyə çalışın
Balaca qızlarımız üçün palto və gödəkçələr
Məşhur futbolçunun BOŞANMA xəbəri yayıldı-FOTO
Facebook insan həyatını qurtardı
Tələbə olmaq istəməyən abituriyentlərin sayı açıqlandı
Hacılar vətənə qayıdır
HAVA necə olacaq?-7 FEVRAL
Bayram oldu, heç bilmirəm neyləyim: Bakı bazarında qiymətlər
Gülməli saç düzümləri
Cenner xəstəxanalıq oldu-SƏBƏB
Qremmi mükafatının qaliblərinin adları açıqlanacaq
"Rədd edən Ata Sindromu" yaşayan kişilər
Uşaq dənizdə çimərkən su udarsa... - ÖLÜMCÜL FƏSADLAR
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Yay Geyimləri
1 ədəd şokolad həyatını xilas etdi-FOTO
Çiyələkli tort (foto resept)
Pendirli göyərtili kətə (foto-resept)
Yenidən evlənmək sədaqətsizlikdirmi?
TƏBİB-dən koronavirusa yoluxan həkimlərlə bağlı VACİB AÇIQLAMA
İş yerində yatanlara ƏLA İMKAN
Cennifer Eniston bu hərəkəti ilə GÜNDƏM oldu-FOTO
Uşağınızın danışmasını sürətləndirin
Madonna Corc Floyd üçün aksiyaya qatıldı - VİDEO
Balaca qız uşaqları üçün çimərlik geyimləri
Yazmağa başlayıram - 2
50 nəfər əlilə mənzil verilib
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
İki ərzaqla hazırlaya biləcəyiniz maskalar
Ağciyərləri təmizləyən ərzaqlar
Almaniyada yeni virus yayıldı
Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı
Avropadakı anomal istilərin səbəbi məlum oldu
Jurnalistlərə mini "yubka" qadağan edildi
- ŞƏRHLƏR