Gözlərə nəcə qulluq etməli?
Gözəl gözlər ən əvvəl sağlam gözlərdir. Bizim gözlərimizə ümumi sağlamlıq,tərkibində A,D,B,və C vitaminləri olan tam dəyərli qida və həmçinin sifətin və göz qapaqlarının dərisinə düzgün qulluq təsir göstərir. Hətta gözlər tam sağlam olduqda belə,boğanaq,tüstülü otaqlarda uzun müddət qalmaqdan çəkinin,çünki tüstü gözün selikli qişasını qıcıqlandırır,bunun nəticəsində gözlər qızarır və yaşarır.
İş vaxtı çalışmaq lazımdır ki,parlaq,lakin gözü qamaşdırmayan işıq sol tərəfdən düşsün.Parlaq gün işığında gözləri qıymamaq üçün qara gözlüklü eynək taxmaq tövsiyə olunur.Lakin belə eynək lüzumsuz taxıldıqda ziyan verir.Gözlər tam sağlam olduqda da 2-3 ildən bir dəfə gözün ziyasını yoxlamaq üçün göz həkiminə müraciət etmək lazımdır.
Gözlər üçün ən yaxşı istirahət yuxudur.Gecə yuxusundan başqa,gərginlik tələb edən işdən sonra da gözlərin əlavə istirahətə ehtiyacı olur.Bu vaxt işi dayandırmaq sakitcə oturmaq,düz qabağa baxmaq,ya da gözləri yummaq tövsiyə olunur.Gözləri yumub 10 dəqiqə uzanmaq daha yaxşı olar.
Yatmamışdan əvvəl 10 dəqiqəliyə göz qapaqlarının üstünə çay dəmində,ya da göyçiçək ( 1ç.q çiçək ləçəklərinə 1st su götürülür) dəmləməsində isladılmış pambıq qoyurlar.Göyçiçək ləçəklərinin üstünə qaynar su tökülüb 20 dəq qapaq altında saxlanılır.
Gözətrafı dəri də diqqətli qayğı tələb edir--axı,burada əzələ lifləri və piy toxuması çox azdır,ona görə də dəri çox nazik və zərifdir.Onun dartılmasının,vaxtından qabaq qırışmasının və göz qapaqlarının soluxmasının qarşısını almaq üçün kosmetikanı düzgün silməyi bacarmaq lazımdır.
Üzü yuduqdan sonra alt və üst göz qapaqlarını çayın dəmi,ya da göyçiçək dəmləməsi ilə birdə yumaq olar.Bəzən dəmə bir az duz da qatırlar,qurulayandan sonra isə göz qapaqlarına krem çəkirlər.Krem çox zərif olmalı və asan sorulmalıdır.Üst göz qapaqlarına kremi barmaqların balışı ilə döyəcləməklə və gözün daxili küncündən xaricə tərəf aparmaqla,alt göz qapaqlarına isə əks-istiqamətdə sürtülür.Krem kipriklərdən müəyyən məsafədə çəkilməlidir ki,gözə düşməsin.
Göz üçün gimnastika
Göz əzələlərinin məşqi üçün aşağıdakı hərəkətləri etmək olar:
1-ci hərəkət . Başı çevirmədən sola,sonra sağa,yuxarı və aşağı baxın.Göz alması ilə əvvəl soldan sağa, sonra sağdan sola dairəvi hərəkətlər edin.Hər hərəkət 4 dəfə təkrar olunmalıdır.Həmin hərəkəti gözləri bağlı da yerinə yetirin.
2-ci hərəkət.Gözləri geniş açıb yuxarı baxın və 10 a qədər sayıb aşağı salın.Bu hərəkəti edərkən alının qırışmamasına diqqət edin.Buna nəzarət etmək üçün əlinizi alnınıza qoyun.Hərəkət 8 dəfə yerinə yetirilir.
3 -cü hərəkət.Gözləri açıb yuxarı və sola baxın,10 a qədər sayıb göz qapaqlarınızı aşağı salın.Həmin hərəkəti yuxarı və sağa baxmaqla da yerinə yetirin.Hərəkəti 10 dəfə təkrar edin,hər tərəfə 5 dəfə baxın.
Göz əzələləri üçün hərəkətlər axşamlar və səhərlər edilir.Yaxşı olardı ki,bunu yataqda uzanmış halda edəsiz.
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR