
Müasir zamanda kompüterdən nə böyüklər yan keçə bilir, nə də uşaqlar. Kompüterdə işləyərkən isə ən çox gözlər əziyyət çəkir. İnformasiyanı nəzərdən keçirir, mətn oxuyur, video və şəkillərə baxır. Bütün bunları edərkən linza taxmaq və hər gün linza ilə işə getmək görmə qabiliyyətinə öldürücü zərbəni vurur. Lakin bəzi məsləhətlərə əməl etməklə, ziyanı minimuma endirmək olar.
Oftalmoloq Rübabə Vəliyevanın sözlərinə görə, linzaların eynəklərə nisbətən bir sıra üstünlükləri var. Belə ki, insanın xarici görünüşünü gözəl göstərir, soyuq yerdən isti yerə daxil olduqda şüşələri tərləmir, yıxıldıqda kəsilib insanı zədələmir. Rəngli linzalarla həm də insanın görünüşünü dəyişmək, istədiyin göz rənginə sahib olmaq olur. Bu səbəbdən də linzalara üstünük verənlərin sayı günü-gündən artır. Lakin əksəriyyət gözündə linza ilə kompüterdə işlədikdə özünü narahat hiss edir. Həmsöhbətimizə görə, bu, ona görə baş verir ki, göz bəbəyi linza ilə birbaşa əlaqəli olur. "Linza ilə kompüterdə işlədikdə nəzərə çarpacaq qədər gözlərdə quruluq, yanma və ağrı olur".
Həkim kompüterdə işləyərkən linza taxmağı məsləhət görmür: "Optik linzalara ehtiyac duyursunuzsa, kompüterdə işləyərkən optik eynəklərdən istifadə edə bilərsiniz. Gözləri qorumaq üçün kompüter üçün xüsusi eynəklərdən də istifadə etmək olar. Əgər kompüterdə işləyərkən də linza taxmaq istəyirsinizsə, bəzi təhlükəsizlik tədbirlərini əvvəlcədən görməlisiniz. İlk növbədə oftalmoloqla məsləhətləşmək lazımdır. Həkim hər kəsin gözünə uyğun linzanı seçməyə kömək edəcək. Oftalmoloq həm də kompüterdə işləyərkən az zərəri olan linzalar seçməkdə məsləhət verməlidir".
Müsahibimiz bildirib ki, linza taxıb kompüterdə işlədikdə otaqda ventilyator və ya kondisioner işləməməlidir: "Bu cür qurğular işləyən zaman gözün selikli qişasının suyu buxarlanır. Gözdə quruluq yarananda gözlər ağrımağa başlayır. Əgər otaq çox istidir və ventilyatorsuz mümkün deyilsə, ventilyatoru elə quraşdırmaq lazımdır ki, hava axını sizdən əks tərəfə doğru hərəkət etsin".
Kompüterlə işlədiyiniz müddət ərzində gözlərinizdə narahatlıq keçmirsə, xüsusilə də, gözlər qızarır və ya quruyursa, gözlər üçün damcılardan istifadə etmək olar. Satışda bu cür damcıların müxtəlif çeşidləri var. Onların bəziləri bitki mənşəlidir və gözlərdəki yorğunluğu qısa müddət ərzində götürür. Göz üçün damcı almazdan əvvəl mütləq oftalmoloqla məsləhətləşmək lazımdır. Ona görə ki, hər göz üçün damcını linza taxtıqda istifadə etmək olmaz. Elə göz damcıları var ki, onlar linzadan istifadə etdiyiniz üçün görmə qabiliyyətinə əksinə mənfi təsir göstərər.
Vəliyevanın sözlərinə görə, gözlər linzadan yorulur və yanmağa başlayırsa, göz bəbəklərini asta massaj etmək lazımdır. Bunun üçün orta barmağı yüngülcə göz qapağında dairəvi hərəkət etdirin: "Ən əsası isə linza taxıb günün çox hissəsini kompüter arxasında keçirəcəksinizsə, linza aldıqda qənaət etməyə çalışmayın. Bahalı və keyfiyyətli linzlara üstünlük verin. Ucuz linzaları isə müvəqqəti, harasa qonaqlığa və ya dincəlməyə getmək üçün taxa bilərsiniz".
Oftalmoloq qeyd edib ki, linza ilə kompüterdə işləyərkən monitorun parlaqlığını azaltmaq lazımdır: "Gözlərdə narahatlıq çoxalmasın deyə kompüteri pəncərə ilə üzbəüz qoymaq olmaz. Belə ki, kompüterin parlaqlığı ilə pəncərədən gələn işıq görüntüyə rahat baxmağa imkan vermir. Kompüterdə işləyərkən gözləri quruluq yaranmasın deyə tez-tez qırpmaq lazımdır. Ekran gözlərlə paralel olmalı və hər 20 dəqiqədən bir istirahət etmək lazımdır".
Həkim onu da əlavə edib ki, linza taxmaq və uzun müddət fasiləsiz linza ilə kompüter arxasında işləmək korluğa gətirib çıxarır: "Linzaları gün ərzində 8 saatdan çox taxmaq olmaz. Amma çoxları bu məsləhətə əməl etmir, linzanı bütün günü taxır, yatanda və kompüterdə işləyəndə belə çıxarmır. Uzun müddət linzadan istifadə isə oksigen azlığına gətirib çıxarır. Belə ki, gözün buynuz qişası oksigeni havadan deyil, qandan alır. Bu problem hiss olunmur. Yalnız, həkim müayinə etdiyi zaman aşkar edə bilər. Buynuz qişada oksigen çatışmırsa, orqanizm bununla müstəqil mübarizə aparmağa çalışır. Buynuz qişada qan damarları yaranır. Nəticədə buynuz qişa şəffaflığını itirir və insan görmə qabiliyyəti çətinləşir və tam itə bilər. Ümumiyyətlə, kompüterdə işləmək üçün oksigen keçirən və suyu çox olan linzalar taxmaq lazımdır. Bu növ keyfiyyətli linzalar kompüterdə zərəri minimuma endirir".
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ana-bala olduqlarına heç kim inanmır - FOTO
Əriştə şorbası və toyuq ətindən langet
Günün Ramazan təqvimi (15 iyul)
Şahzadə bağçaya gedir
Çuğundur haqqında bilmədiklərimiz
Nazirdən müəllimlərin sertifikasiyası ilə bağlı AÇIQLAMA
Sellüliti kremsiz də “görünməz” etmək olar
Zövqlü geyimlər
Təhsil Nazirliyindən imtahanlarla bağlı AÇIQLAMA
Hər 10 qadına 22 uşaq düşür
91 yaşlı kişi paraşüt qəzasından sonra sağ qaldı
Sürücülər üçün: Cəriməni tez ödəyənə 50 faiz güzəşt
Fevralda hava necə olacaq?
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
Zakir Həsənovdan erməniləri qorxuya salan bəyanat
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Ölkəsi üçün qaradərili Barbi hazırladı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Forsaj"ın ulduzu ilə vidalaşma: minlərlə insan onu andı
Dəri tipinə görə qulluq
Bu şəxslərə ŞAD XƏBƏR - Hər birinə bu qədər PUL VERİLİR
Hazal Kaya ekranlara qayıdır
Bu yardım rekordlar kitabına düşdü
Sibel Canı heyrətləndirən ad günü hədiyyəsi-FOTO
Namaz qılmayanın orucu qəbul olurmu?
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur”
Məşhur ifaçı bir gecədə 91min dollar xərclədi-FOTO
Alla Puqaçova uşaqlarını birinci sinfə apardı -FOTO
Məşhurlar depressiyadan necə çıxır?
Google-un xəritəsində Azərbaycana qarşı növbəti təxribata yol verilib
Murad Boz və Hadisə "O səs Türkiyə"dən gedir
Sami Yusufdan Laçınla bağlı paylaşım
Günün ulduz falı - 14.08.2013
Kola içib komaya düşdü
Bu günün hava proqnozu
Bakının bu marşrutları da kartla ödəniş sisteminə keçir - SİYAHI
Dahilər haqqında bilmədiklərimiz
“Dərs vaxtı” üzrə teledərslərin sabaha olan cədvəli
Facebook videoreklamlara başlayır
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Şahzadə Harridən toy öncəsi GÖZLƏNİLMƏZ HƏRƏKƏT - FOTO
Telefona gələn reklamların gizli səbəbi açıqlandı
Ana, məni öldürmə!
Faydalı qidalar
Qeyri-sağlam ürəyin simptomları
Son 14 ilin ən parlaq ulduzu yarandı
Vişnəli piroq(foto resept)
Kompüter və televizor uşaqlarda hipertoniya xəstəliyi yaradır
Koronavirusdan uşaq ölümlərinin ən çox olduğu ölkə açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]