
Niderlandda diaspor təşkilatları sırasına daha ikisi əlavə olunub. Benilüks Azərbaycanlıları Konqresindən (BAK) Trend-ə verilən məlumata görə, yeni diaspor təşkilatları - Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Şimali Hollandiya Azərbaycanlılarının İttifaqıdır.
Qeyd edək ki, hər iki təşkilat BAK - a, Benilüks Azərbaycanlıları Konqresinə bağlı fəaliyyət göstərəcək.
13 aprel 2014 - cü ildə Niderlandın böyük şəhərlərindən birində, Rotterdamda BAK - ın təşkilatçılığı ilə yeni yaradılmış təşkilatların təqdimat mərasimi olub. Mərasimin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanıb.
Bundan sonra tədbirin aparıcısı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubunu oxuyub. Daha sonra söz ardıcıllıqla yeni yaradılmış təşkilatların sədrlərinə, Brabant Əyaləti Azərbaycanlılarının Məclisinin sədri Ofeliya Babayevaya və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya verildi. Onlar da öz növbəsində təşkilatlarının yaranma səbəblərindən danışıb, gələcək planlarından söhbət açıblar. Hər iki təşkilat sədri zala toplaşanları təşkilatlarının idarə heyətinin üzvləri ilə tanış edib.
Sima xanım rəhbərlik etdiyi təşkilatın 2013-cü ildə yaradıldığını qeyd edərək bu günə qədər gördükləri işlərdən söhbət açdı. O, yerli təşkilatlarla əməkdaşlıq etməyə üstünlük verdiyini qeyd edərək, "Repub", "Stem van de stad", "Pletterij debat en cultuur" kimi təşkilatlarla əməkdaşlıqlarını misal olaraq göstərib.
"Amsterdamda "Ana dili" həftə sonu məktəbinin açılması da gələcək planlarımıza daxildir. Bu yaxınlarda bununla bağlı BAK-a müraciət edəcəyik", - deyə Sima xanım çıxışını bitirdi.
Daha sonra çıxış üçün söz BAK-ın sədri Sahil Qasımova verilib. Sahil Qasımov gələn qonaqları salamladıqdan sonra BAK-a daxil olan təşkilatlar, yeni təşkilatların yaranma zərurətindən söhbət açıb. "Bizim məqsədimiz Benilüks ölkələrində ölkəmizi layiqincə təmsil etməkdir. İllərdir bu yöndə fəaliyyət göstərir və bundan sonra da göstərəcəyik. Təbii ki, bir neçə dəqiqəlik çıxışa bütün gördüyümüz və görəcəyimiz işlərdən danışmaq mümkün deyil. Ancaq düşünürəm ki, danışmaqdansa real iş görmək daha yaxşıdır", - deyə cənab Qasımov sözünü bitirib.
Çıxış üçün tribunaya qalxan BAK vitse-prezidenti Elsevər Məmmədov da gələn qonaqları salamlayaraq, öz istirahət günlərində onlarla bir olduqları üçün hər kəsə təşəkkür etdi.
Daha sonra təbrik üçün söz HTF-nin, Hollandiya Türk Federasiyasının Genəl başqanı Murat Gedikə verilib. "Hollandiya Türk Federasiyasının qapıları sizlər üçün hər zaman açıqdır. Mən çox şadam ki, indi biz Azərbaycanın bayrağı altında fəaliyyət göstərəcək təşkilatların açılış mərasimlərində iştirak edirik. Bizlər üçün Türkiyənin ay-ulduzlu al bayrağı nə qədər dəyərlidirsə, Azərbaycanın da ay-ulduzlu üçrəngli bayrağı o qədər qiymətlidir", - deyə Murat bəy əlavə etdi.
Daha sonra Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin birinci katibi Elxan Ələsgərov, Qazaxıstan və digər diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz təbriklərini çatdırıbar.
Tədbirdə "Hollandiyada Azərbaycan Evi" təşkilatının sədri Elxan Həşimov və Azərbaycanı təmsil edən digər təşkilat və rəhbərləri iştirak ediblər. Tədbirin aparıcısı BAK idarə heyətinin üzvü Xatirə Abdullazadə olub.
Rəsmi hissənin sonunda BAK sədri Konqres tərəfindən təltif olunmuş üzvlərə diplom və mükafatları təqdim edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yunan əfsanələrində həqiqət varmı?
Kakaolu tort (foto resept)
Məktəblər açılmadan bunları edin
Kakaolu keks (foto-resept)
Azərbaycan ordusu Ermənistanın yüksək rütbəli zabitinin “Pikap”ını qənimət götürdü - VİDEO
Donlar
Şuşasız 23 il...
Uşağınızın yaddaşını göz qabağında oğurlayırlar...
Dollardan şok bahalaşma
Aprelin ilk günü hava necə olacaq?
Priyanka Çopra məşhur müğənniyə ərə getdi-FOTO
14 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 5-dək uzadılıb
Apple Yaponiyada uduzdu
Susuzluq yaratmayan ərzaqlar
HAVA necə olacaq?
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
Dünyanın ən darısqal şəhəri
İlham Əliyev Filippin prezidentini təbrik edib
"Haluk"un qara saçları bəyənilmədi - FOTO
Sağlam və gözəl dəri üçün qidalandırıcı maskalar
Yapon qadınlarının gözəllik sirləri
Google Chrome-da valideyn nəzarəti olacaq
Temperatur 5-10 dərəcə azalcaq
Dəri xərçənginə yeni "köhnə" dərman tapıldı
Saqqızdan paltar
İlham Əliyev sakinlərlə birgə mahnı oxudu - VİDEO
ŞAD XƏBƏR: Xankəndinə qatarla gedəcəyik - VİDEO
Günün qoroskopu:Uğurlu gündür!
Yol polisindən sürücülərə çağırış
Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Eynəyi necə seçməli?
Tez-tez üz yumaq zərərlidir?
“Google Chrome” bu smartfonlarda işləməyəcək
Təmas xəttinə yaxın rayonlarda evlənənlərin sayı artır
286 kq-lıq qadın qızı üçün arıqlamağa çalışır-FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatına və fəxri diplomuna layiq görülüb
Saçınızı mineral suyla yusanız...
Komitə sədri marketlərdəki çörək davasından DANIŞDI
Azərbaycana 30 sm qalınlıqda qar yağdı
Məktəblərdə maksimal şagird sayı necə müəyyənləşəcək?
Sabahın HAVAsı
Azərbaycanda kreditlə maşın satışı dayandı?
Dəriyə parlaqlıq verən ərzaqlar
Azərbaycanda daha 49 nəfərin koronavirusa yoluxdu,1 nəfər vəfat etdi - VİDEO
Cennifer Lopez yeni obrazda-FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
Meksikasayağı peroşki (foto resept)
Cavanlıq sirri qulaq arxasında gizlənib
Paytaxtda böyük təhlükə kök salıb
Fil təsvirli əşyalar














