Qadin.NET / Gözlərə qulluq

Gözlərə qulluq

 

 

Gözlərə nəcə qulluq etməli?

Gözəl gözlər ən əvvəl sağlam gözlərdir. Bizim gözlərimizə ümumi sağlamlıq,tərkibində A,D,B,və C vitaminləri olan tam dəyərli qida və həmçinin sifətin və göz qapaqlarının dərisinə düzgün qulluq təsir göstərir. Hətta gözlər tam sağlam olduqda belə,boğanaq,tüstülü otaqlarda uzun müddət qalmaqdan çəkinin,çünki tüstü gözün selikli qişasını qıcıqlandırır,bunun nəticəsində gözlər qızarır və yaşarır.

İş vaxtı çalışmaq lazımdır ki,parlaq,lakin gözü qamaşdırmayan işıq sol tərəfdən düşsün.Parlaq gün işığında gözləri qıymamaq üçün qara gözlüklü eynək taxmaq tövsiyə olunur.Lakin belə eynək lüzumsuz taxıldıqda ziyan verir.Gözlər tam sağlam olduqda da 2-3 ildən bir dəfə gözün ziyasını yoxlamaq üçün göz həkiminə müraciət etmək lazımdır.



Gözlər üçün ən yaxşı istirahət yuxudur.Gecə yuxusundan başqa,gərginlik tələb edən işdən sonra da gözlərin əlavə istirahətə ehtiyacı olur.Bu vaxt işi dayandırmaq sakitcə oturmaq,düz qabağa baxmaq,ya da gözləri yummaq tövsiyə olunur.Gözləri yumub 10 dəqiqə uzanmaq daha yaxşı olar.

Yatmamışdan əvvəl 10 dəqiqəliyə göz qapaqlarının üstünə çay dəmində,ya da göyçiçək ( 1ç.q çiçək ləçəklərinə 1st su götürülür) dəmləməsində isladılmış pambıq qoyurlar.Göyçiçək ləçəklərinin üstünə qaynar su tökülüb 20 dəq qapaq altında saxlanılır.



Gözətrafı dəri də diqqətli qayğı tələb edir--axı,burada əzələ lifləri və piy toxuması çox azdır,ona görə də dəri çox nazik və zərifdir.Onun dartılmasının,vaxtından qabaq qırışmasının və göz qapaqlarının soluxmasının qarşısını almaq üçün kosmetikanı düzgün silməyi bacarmaq lazımdır.

Üzü yuduqdan sonra alt və üst göz qapaqlarını çayın dəmi,ya da göyçiçək dəmləməsi ilə birdə yumaq olar.Bəzən dəmə bir az duz da qatırlar,qurulayandan sonra isə göz qapaqlarına krem çəkirlər.Krem çox zərif olmalı və asan sorulmalıdır.Üst göz qapaqlarına kremi barmaqların balışı ilə döyəcləməklə və gözün daxili küncündən xaricə tərəf aparmaqla,alt göz qapaqlarına isə əks-istiqamətdə sürtülür.Krem kipriklərdən müəyyən məsafədə çəkilməlidir ki,gözə düşməsin.

 

 

Göz üçün gimnastika

 

Göz əzələlərinin məşqi üçün aşağıdakı hərəkətləri etmək olar:

 

1-ci hərəkət . Başı çevirmədən sola,sonra sağa,yuxarı və aşağı baxın.Göz alması ilə əvvəl soldan sağa, sonra sağdan sola dairəvi hərəkətlər edin.Hər hərəkət 4 dəfə təkrar olunmalıdır.Həmin hərəkəti gözləri bağlı da yerinə yetirin.

 

2-ci  hərəkət.Gözləri geniş açıb yuxarı baxın və 10 a qədər sayıb aşağı salın.Bu hərəkəti edərkən alının qırışmamasına diqqət edin.Buna nəzarət etmək üçün əlinizi alnınıza qoyun.Hərəkət 8 dəfə yerinə yetirilir.

 

3 -cü  hərəkət.Gözləri açıb yuxarı və sola baxın,10 a qədər sayıb göz qapaqlarınızı aşağı salın.Həmin hərəkəti yuxarı və sağa baxmaqla da  yerinə yetirin.Hərəkəti 10 dəfə təkrar edin,hər tərəfə 5 dəfə baxın.

 

Göz əzələləri üçün hərəkətlər axşamlar və səhərlər edilir.Yaxşı olardı ki,bunu yataqda uzanmış halda edəsiz.


13 yanvar 2013
GO BACK