Makiyaj vəsaitlərinizi, dəriyə qulluq məhsullarınızı son istifadə müddətlərindən çox istifadə edirsinizsə, bu zaman özünüzə ən böyük pisliyi edirsiniz.Bu yazını oxuduqdan sonra yerinizdən qalxıb köhnə məhsulları dərhal zibil qutusuna atmağınızı təklif edirik :)
Köhnə, son istifadə etmə tarixini tamamlamış kosmetik məhsullar, bakteriyalarla dolu olduğu kimi gərəksiz yer də tutur.
Son istifadə etmə tarixini tamamlamış kosmetik vəsaitlərinizi istifadə etməyə son verərək dərinizə böyük bir yaxşılıq edin!
Tonal krem ,tuş, sürmə, dodaq parıldadıcısı
Maye bir tərkibə sahib olan bu məhsullar digər makiyaj vəsaitləri ilə müqayisədə daha tez xarab olarlar. İstifadə müddətləri ümumiyyətlə, açıldıqları tarixdən etibarən 6 ilə 12 ay arasıdır.
Tuş hər istifadədə havayla təmas edərək, fırçası vasitəsilə içinə bakteriya daşıyır. İstifadə müddəti 6 aydır.
Tonal kremlərin konsistensiyası tündləşmişsə, rəngində və qoxusunda dəyişikliklər yaranmışsa, artıq istifadə etməməlisiniz.
Dəriyə qulluq məhsulları
Dəriyə qulluq məhsullarının xarab olduğunu anlamaq digərləri ilə müqayisədə daha asandır. Kremlərin rənglərində və konsistensiyalarında dəyişiklik meydana gəlir.
Bütün kremlərin tərkibindəki qoruyucu sistemlər fərqli olduğundan orta hesabla istifadə müddəti vermək olduqca səhvdir. Bəziləri yalnız bir neçə ay saxlana bilərkən, bəziləri isə 6 aydan 12 aya qədər istifadə edilə bilər.
Dəriyə qulluq məhsullarını alarkən dərinizin quruluşuna və ehtiyacına uyğun olanlarını seçərkən eyni zamanda tüp şəklində olanlarını seçməyə diqqət edin. Qab şəklindəkilər hər istifadədə əlinizlə təmas edəcəyindən tərkibindəki bakteriya nisbəti tüp formasındakılarla müqayisədə daha yüksək olacaq.
Dodaq boyası
Dodaq boyalarının istifadə müddətləri orta hesabla 6 ay ilə 1 il arasındadır. Rəngi və qoxusu dəyişən, yumşalaraq formasını itirməyə başlayan və yağlanmış dodaq boyalarınızı dərhal zibil qutusuna atın!
Kirşan, ənlik və göz boyaları
Toz formasındakı bu məhsullar bakteriya istehsalı baxımından maye formasındakılarla müqayisdə daha uzun müddət saxlana bilərlər. Açıldıqdan sonra orta hesabla 1 ilə 2 il ərzində istifadə edilməlidirlər. Sərtləşən və ya qoxusu dəyişən toz formasındakı makiyaj vəsaitləriniz xarab olduğunu ifadə edir deməkdir.
Makiyaj fırçaları
Keyfiyyətli və doğru şəkildə baxılmış fırçaların saxlanma müddəti olduqca uzundur. Amma təkrar edirik, onlara yaxşı baxdığınız müddətcə…
Nizamlı bir şəkildə təmizləyərək makiyaj qalıqlarından və bakteriyalardan təmizləndiyiniz fırçalarınızı uzun müddət istifadə edə bilərsiz.
Ətirlər
Ətirləri ilk günki qoxusuna uyğun istifadə etmək istəyirsinizsə qutusunu açdıqdan sonra 2 il içində istifadə etməlisiniz. Rəfinizin arxalarında qalmış, illər keçdiyi halda bitməmiş ətrinizi bir gün istifadə edərkən artıq tam fərqli iy verdiyini fərq etsəniz bu onun xarab olduğunun ən əhəmiyyətli göstəricisidir.
İşıq və hava ətirin ən böyük düşmənləridir. Ətirinizi mütləq günəş işığı olmayan bir yerdə mümkünsə qutusunda saxlamağa diqqət edin.
Günəş kremləri
Bir çox günəş kreminin üzərində son istifadə etmə tarixini görməyə bilərsiniz, amma bu onu axıra qədər istifadə edəcəyiniz mənasını vermiz. Günəşdən qorunma kremlərinizi ən çox bir il ərzində istifadə etməlisiniz. Yəni qısaca, hər yay günəş kremlərinizi yeniləyin deyə bilərik.
Dırnaq boyası
Dırnaq boyalarının nə qədər saxlana biləcəyi markaya və saxlama şərtlərinə görə dəyişir. Buna görə bir orta hesab vermək səhv olaar. Dırnaq boyalarının son istifadə etmə tarixi yoxdur, xarab olma əlamətləri göstərdiklərində də əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR