Qida kimi makiyaj vəsaitlərinin də xarab olduğunu bilirdinizmi?
İstifadə etdiyiniz tuş, dodaq boyası, tonal krem və digər kosmetik məhsulların saxlanma müddəti var. Kanada və Amerikada istehsal olunan məhsulların qutuları üzərində hər hansı bir tarix olmadığı halda, Avropada satılan məhsullarda "Period After Opening" ya da açıldıqdan sonra istifadə müddəti (PAO) işarəsi var.
Makiyaj məhsullarının istifadə müddəti kimi sizin onları necə istifadə etdiyiniz də böyük əhəmiyyət daşıyır. Düzgün istifadə makiyaj məhsullarının saxlanma müddətini bir neçə ay uzadacaq. Bunun üçün hər istifadədən əvvəl əllərinizi mütləq yuyun, makiyaj vasitələrinizi heç kimlə bölüşməyin, məhsulun içinə su qatmayın və məhsulları nəmli, çox isti yerlərdən və günəş şüalarından uzaq tutun.
Kosmetikanın tərkibi mövzusunda elmi məsləhətlər verən Dr. Ebru Karpuzoğlunun tövsiyələrinə diqqət yetirək. Hər şeydə olduğu kimi dəriyə qulluq və makiyaj vəsaitlərinin də bir müddəti var.
Bəs biz bunu necə bilməliyik?
Məhsulların son istifadə tarixləri qablaşdırmanın üzərində mütləq qeyd edilir. Başqa əhəmiyyətli bir məqam isə açıldıqdan sonra məhsulun istifadə müddətini göstərən PAO ("Period After Opening" yəni açıldıqdan sonrakı saxlama müddəti) işarəsinin olmasıdır. Bu işarə qapağı açıq qab şəklinin içində rəqəm və "M" hərfindən meydana gəlir. Qab şəklinin içində "12 M" yazılırsa, bu məhsulun açıldıqdan sonra 12 ay içində isitfadə edilməsi lazımdır. Yeməklər kimi kosmetik məhsullarda da son istifadə etmə tarixi və PAO uyğun gəlməyə bilər. Açıldıqdan sonra məhsulun qoxusu, rəngi və ya quruluşu ciddi şəkildə dəyişdiyi zaman ondan istifadə etməyin. Burnunuza və gözlərinizə etibar edin.
Hansı məhsul açıldıqdan sonra nə qədər istifadə edilə bilər?
Hər məhsulun PAO-su məzmununa görə dəyişə bilir. Məhsulunuzun üzərində olan PAO-ya, yəni açıldıqdan sonra yararlılıq müddətinə mütləq baxılmalıdır.
Rəngli kosmetikalar və ətirlərin saxlama müddəti nə qədərdir?
- Kiprik üçün istifadə edilən tuş və duru göz laynerləri - 3 ay. Hər mövsüm (yaz, yay, payız, qış) yeni tuş və ya duru göz laynerini yenisi ilə dəyişdirin. "Bahadır" deyə bilərsiniz, amma heç bir şey göz sağlamlığınızdan əhəmiyyətli deyil. Vaxtı bitmiş tuşdan istifadə ediləndə gözlərdə qızartı, ağrı, qaşınma, sulanma və hətta kirpiklərinizin tökülməsinə belə gətirib çıxarar.
- Tonal krem və ya korrektor: 6-12 ay yararlılıq müddəti var. Barmaqlarınızı tonal kremin və ya korrektorun içinə salırsınızsa, məhsulun ömrünü qısaltmış olursunuz.
- Kirşan əsaslı məhsullar (ənlik , kirşan): 12-18 ay arasında yararlılıq müddəti var .
- Dodaq boyası və dodaq parıldıclıarı: 12 ay. Xüsusilə dodağınızda uçuq varsa, dodaq boyasından ya parıldıcıdan istifadə etmisinizsə , bu məhsullardan bir daha istifadə etməyin.
- Göz və dodaq qələmləri: 2-3 il yararlıdır.
- Ətir və odekolon: 2 il. İşıq və nəmdən uzaq tutun. Zaman keçdikcə qoxu elementləri pozulur. Qoxunun dəyişdiyini hiss etsəniz, "Məndən daha istifadə etmə" deməkdir.
- Dırnaq boyaları: 2 il. Dırnaq boyalarının vaxtının bitməsini qalınlaşmasından və yapışqan olmasından anlaya bilərsiniz.
Dəriyə və saça qulluq məhsullarını açdıqdan sonra nə qədər istifadə etmək olar?
Təbii və keyfiyyətli dəriyə qulluq məhsulları 6-8 ay yararlıdır.
- Nəmləndiricilər, üz və göz kremləri, serum və maskalar: 6 ay və ya 1 il. Bu cür məhsullarda istifadə müddətinin bitməsi məhsul fəaliyyətinin itməsinə və dəridə yarana biləcək yandırıcı bakterial infeksiyalara səbəb ola bilər. Bu səbəbdən PAO zamanına mütləq diqqət etmək lazımdır.
- Günəşdən qorunma vasitələri: 1 il. Məhsulun tez korlanmaması üçün günəşdən uzaq və sərin yerdə saxlayın.
- Anti-yaşlanma və anti-civzə məhsullarından tərkibinə görə 1 ilə qədər istifadə edilə bilər. Məsələn, peroksid tərkibli sızanaqlara qarşı istifadə məhsulları açıldıqdan sonra 3 ay ərzində istifadə edilməlidir. Tərkibində Glycolic acid, retinol və ya C vitamini kimi tez xarab olan antioksidant maddələrə sahib anti-yaşlanma məhsullarının ömrü daha qısadır.
- Şampunlar, balzamlar kimi məhsulların açıldıqdan sonra 2 il yararlılıq müddəti var. Məhsulların içərisinə girən su onların tərkibini poza bilər.
Bunun üçün hansı məhsul olursa-olsun öncə sudan və nəmdən qorumalıyıq.
Məhsulların son istifadə tarixini izləmək istəyirsinizsə, aldığınız məhsulun son istifadə tarixini və istifadə etməyə başladığınız tarixi bir yerə qeyd edin. Hər məhsulun üzərində PAO işarəsini görəcəksiniz. O zaman məhsulun son istifadə tarixini hesablayın. Beləcə, məhsulu ən son nə vaxt etibarla istifadə edə biləcəyinizi öyrənəcəksiniz.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR