Sellülit nədir və Sellülitlə mübarizə yolları
Orqanizmin hasil etdiyi şlaklar dərialtı birləşdirici toxumada yığılır ki, nəticədə dəri altında "portağal qabığına" bənzər nahamarlıq və təpələr əmələ gəlir. Sellülit problemi birdən yaranmır, limfaların dövranı və toxuma-mineral balansı arasındakı disbalans illərlə meyana gəlir. Dünya qadınlarının 90-95%-i sellülitdən əziyyət çəkir. Bəziləri bunu problemə çevirməsə də, digərləri dəhşətli pəhrizlərdən tutmuş cərrahiyyə əməliyyatına qədər bütün vasitələrdən istifadə edirlər. Sellülit ana xətti ilə nəsildən-nəslə keçir - anadan qızına. Onun yaranmasına əsas səbəb isə hormonal pozğunluq, mədəaltı və qalxanvari vəzinin funksiyasının pozğunluğu, çirkli ekologiya, düzgün qidalanmama, stress, siqaret, spirtli içki aludəçiliyi və başqa pis vərdişlərdir.
Antisellülit kremlər
Problemli sahələrə antisellülit vasitələrlə qulluğa nə qədər tez başlasanız, effekt bir o qədər yaxşı olacaq. Bu gün elə qadın tapılmaz ki, antisellülit kremlər barədə eşitməsin. İstənilən kosmetik kompaniya antisellülit kremləri istehsal edir. Amma bu kremlərdən düzgün istifadə etmək lazımdır.
Diqqət!
Ən başlıcası antisellülit kremini yumşaq masaj hərəkətləri ilə sürtməkdir. Bu yolla bir güllə ilə iki dovşan vurmuş olacaqsınız - həm özünüzə masaj edəcək, həm də kremin antisellülit xüsusiyyəti daha yaxşı görünəcək. Ən effektiv olan kremlər tərkibində A vitamini, badam, müxtəlif mikroelementlər, kofein və fermentlər olandır. İş ondadır ki, belə kremlər antisellülit effekt verməklə bərabər, dərinin vəziyyətini yaxşılaşdırır. Bu kremlərin nəticəsi tez görünsə də, onlardan sellüitin birinci mərhələsində istifadə etmək məsləhətdir. Antisellülit kremlər sizə sellülitin başlanğıc mərhələsində kömək edəcək. Nəticəni isə istifadədən bir neçə həftə sonra görəcəksiniz. Amma unutmayın ki, sellülitdən qurtulmaq üçün təkcə kremlər kifayət deyil.
Antisellülit pəhriz
Sellülitin meydana gəlməməsi üçün düzgün qidalanma mütləqdir. Sellülozla (yarmalar, kobud üyüdülmüş çörək), vitamin və minerallarla (süd, yağsız balıq, tərəvəz, meyvə) zəngin olan ərzaqlar yeyin. Yunan qabağı, kök, sitrus meyvələrinə, qara üzümə və quşüzümünə xüsusi maraq göstərin, belə ki, onlarda piy mübadiləsini tənzimləyən bioloji aktiv maddələr var.
Çox yeyinпїЅÖzünüzü dovşan kimi hiss edin: tez-tez kələm yeyin. O, piyi əridir və maye qalığını orqanizmdən xaric edir.
Meyvə və giləmeyvələrdən (çiyələk, qarağat, moruq) bol-bol yeyin. Belə ki, meyvə həzmetməni aktivləşdirir və maddələr mübadiləsini yaxşılaşdırır.
Kartof qəbulu sellülitlə mübarizədə mütləqdir. Kartof dərini daha elastik edir və tərkibindəki kalium orqanizmdən mayeni xaric edir.
Soğan piyin çatlamasına səbəb olan dəmir, kalsium, maqneziumla zəngindir. Soğanın tərkibindəki efir yağları orqanizmdən mayeni çıxaran həzmetmə prosesini stimullaşdırır.
Süd və süd məhsullarından, yumurtadan çəkinmədən istifadə edin.
Balıq və toyuq əti yemək məsləhətdir.
Az yeyinпїЅKərə yağı, marqarin və eləcə də bitki yağlarını (zeytun yağını çıxmaq şərti ilə) az qəbul edin.
Tərkibində heyvan piyi olan ərzaqların qəbulunu azaldın.
Şokoladdan imtina edin. Gözəllik qurban tələb edir!
Şirniyyatlardan - tort, pirojna, keks, peçenyedən uzaq durun.
Buterbrod, fast-fud yeməklərindən yan keçin.
Monopəhrizlərə (almalı, kəsmikli, qatıqlı pəhriz) baş qoşmayın.
Duz və çipslərin qəbulunu sıfra endirin.
Ət və holland pendirləri də sellülitə şərait yaradır.
Gündə 1,5-2 litr maye qəbul edin - sellülitlə zədələnən toxuma susuzluqdan əziyyət çəkir. Təbii şirələr, itburnu dəmləməsi, yaşıl çay için (amma soyuq halda yox, soyuq su cana çətin hopur). Susuzluğu yeməkarası yatırdın, o zaman şlaklar orqanizmdən daha effektiv xaric olacaq.
1.Şlakları təmizləmək üçün tozağacı yarpaqlarından hazırlanmış cövhər yaxşı kömək edəcək. Qida qəbulu arası isti cövhərdən bir stəkan içmək məsləhətdir. Başqa sidikqovucu otlardan da istifadə etmək olar.
2.Hər gün ayran için, amma tərkibinə çiyələk, qaragilə qatılmış formada. Ayran həzmetmə prosesini yaxşılaşdırır, giləmeyvələr isə piy toxumalarının strukturunu normallaşdırır.
3.25 q qurudulmuş itburnunu qaynar suya töküb 10 dəqiqə gözlədikdən sonra için. Bu, orqanizmi gündəlik lazım olan C vitamini ilə təmin edəcək.
4.Toxumalarda qalan artıq mayeni çıxarmaq üçün kök (130 q), çuğundur (70 q) və alma şirəsini (70 q) qarışdırıb için.
Sağlam bədəndə sağlam ruh olar Tez zamanda nəticə əldə etmək istəyirsinizsə, 1-2-3-4пїЅ
Yaxşıdır
Həftədə 2, daha yaxşısı 3 dəfə orqanizminizi fiziki prosedurlarla yükləyin. Onlardan ən effektiv olanları: gəziş, üzgüçülük və velosiped sürmədir. Buna minimum 45 dəqiqə vaxtınızı sərf etməlisiniz. Həftədə isə idmana 2 saat sərf etməlisiniz. Mümkün qədər açıq havada çox gəzin. Bunun üçün xüsusi vaxt ayırmayın. Elə alış-verişə sərf edəcəyiniz vaxt buna kifayətdir.
Masaj
Dəniz duzu ilə bədəni sürtmək və ya vanna qəbul etmək problemli nahiyələrdə birləşdirici toxumaları möhkəmləndirəcək. Həmçinin bitki yağı ilə edilən masaj da sellülitə qarşı güclü vasitələrdəndir. Çimdikləməklə edilən masaj xarici görünüşlə bağlı bir çox problemlərin həllidir. Bu prosedur sayəsində dəridə lazımi nahiyələr qızarır, isinir, deməli orada qan dövranı sürətlənir. FOTO- MASSAJ
Təkbarmaq əlcəklə quru masaj sizin üçün adi prosedur olmalıdır. Gündə 2 dəfə - səhər və axşam problemli nahiyələri 5 dəqiqə masaj edin. Bundan sonra duş qəbul edin və dərinizə krem vurun.
Dərini elastikləşdirməyə və şişkinliyi aradan qaldırmağa xüsusi bükmələr məsləhətdir: müalicəvi gili isti çobanyastığı cövhəri ilə qarışdırıb yumşaq yarma halına düşənə qədər qarışdırın. Məhlulu sellülitli dəriyə vurun, 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bəzi yosunlar problemli sahələrdən şlakların çıxarılmasına kömək edir. Bükmələrin effektivliyi problemli nahiyələrin polietilenlə örtülməsindən sonra daha da arta bilər.
Hər gün soyuq-isti duş qəbul edin. Bu, piy toxumasında qanın mikrodövranını yaxşılaşdırır. Duşun baş hissəsini ayaqlarınız istiqamətindən ürəyinizə doğru aparın. Proseduru soyuq su ilə yaxalanma ilə bitirin.
Gimnastika
1.Xalçanın üstündə oturun. Belinizi düz saxlayın, qollarınızı dirsəkdən bükün, ayaqlarınızı isə uzadın. Ombanızla hərəkət etməyə başlayın, çəkinizi gah sağ, gah da sol ayağınıza salın (irəli və arxaya doğru 10 hərəkət edin). Bu gimnastikanı 3 dəfə təkrarlayın.
2.Beli üstə uzanın. Sol ayağınızı bükün və qaldırın, dizinizə sağ ayağınızın topuğunuzu qoyun. Sonradan eyni hərəkəti o biri ayağınızla təkrarlayın (hər ayaqla 10 dəfə). Bu hərəkəti 3 dəfə edin.
3.Sağ tərəfinizdə uzanaraq sağ qolunuzu uzadın, sol qolunuzun dirsəyini yerə söykəyin. Sonra sol ayağınızı 25 dəfə qaldırın. Eyni hərəkəti sağ ayağınızla da edin. Bütün hərəkətləri bir dəfəyə etməyə çalışmayın. Yüklənməni tədricən artırın. Gündəlik məşqlərin nəticəsi 2-3 aydan sonra bilinəcək. Gözəl nəticə əldə etdikdən sonra rahatlaşıb gimnastikadan uzaqlaşmayın.
Sauna
Sauna antisellülit təsirə malikdir. Belə ki, saunada olarkən yüksək temperatur və rütubətə görə qan dövranı güclənir və nəticədə limfaların axını intensivləşir. Bundan başqa, saunada orqanizm toksinlərdən təmizlənir. Saunaya mütəmadi girdikdən sonra dəri elastik və möhkəm olur, orqanizm güclənir və üzün rəngi gözəlləşir. Əgər sizdə sellülitin birinci mərhələsidirsə, saunaya həftədə bir dəfə getmək kifayətdir, amma daha problemli dərili xanımlara həftədə 2-4 dəfə saunaya girmələri məsləhətdir. Saunadan sellülitin istənilən mərhələsində yararlanmaq məqsədəuyğundur. Amma bəzi adamların saunaya girməsi qadağandır. Odur ki ehtiyatlı olun!
Antisellülit corab
Qalın trikotaj və zəif masaj effektli corab ayaq boyunca təzyiqi paylaşdırır, damarların vəziyyətini yaxşılaşdırır, qan dövranını aktivləşdirir və şişkinliyin qarşısını alır. İtalyan alimləri ötən il пїЅsehrli dalğaпїЅ adlanan materialı patentləşdiriblər. Bu material sellülitdən qurtulmağa kömək edir. Parıltılı materialdan olan corab, şort və şalvarlar mikromasaj effekti göstərir, qanı damarlara ötürür və dərini gözəlləşdirir. Hazırda antisellülit pijamalar daha aktualdır. Siz yatırsınız, dəriniz isə hamarlaşır. Dar alt paltarlarından uzaq durun - onlarda zərif görünmək həzzinə görə orqanizminiz əziyyət çəkəcək. Belə alt paltarında qan dövranı, limfalar pozulur. Bu isə sellülitə, varikoz genişlənməyə və başqa pozuntulara səbəb olur.
Sellülit yaşa və çəkiyə baxmır
Düşünməyin ki, yalnız kök xanımların bud, omba və qarınlarında пїЅportağal dərisiпїЅ olur. Bu problemlə bəzi qədd-qamətli xanımlar da rastlaşır. Sadəcə, yaş artdıqca bu problem də çoxalır. Sellülitin yaranma mexanizmi hələ tam araşdırılmayıb. Bu problem sırf qadınlara aiddir və cinsiyyət hormonlarının təsirilə meydana gəlir. Sellülitə piy qatı və toxumalarda yığılan yağ, maye və toksinlər səbəb olur.
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR