
Alış-veriş etmədən dayana bilmirsinizsə, alış-veriş mərkəzləri və ya virtual alış-veriş mühitində özünüzü alış-veriş etməkdən saxlaya bilmirsinizsə, diqqət!
Alış-veriş asılısı ola bilərsiniz!
Niyə buradayam, buna ehtiyacım varmı, gözləsəm nə olar, ödəməni necə edəcəm, aldığımı hara qoyacam? Bənzər sualları çoxaltmaq mümkündür. Alış-veriş etmədən dayana bilmirsinizsə, alver asılısı ola bilərsiniz. Bu suallara cavab verməkdən qaçırsınızsa, diqqətli olmalısınız.
"Alış-verişkolik" adlı kitabın yazıçısı Üsküdar Universiteti Sağlamlıq Xidmətləri Peşə Yüksekokulu Müəllim Yrd. Dos. Dr. Barış Önen Ünsalver alış-veriş davranışını məhdudlaşdırmaq üçün bəzi praktik təkliflər verir.

Alış-verişin qaydaları:
1. Alış-verişdən əvvəl ehtiyac siyahısı hazırlayın.
2. Siyahıda olmayan heç bir şeyi almayın.
3. Bəzi mağazalar üçün əvvəldən büdcə hazırlayın. O mağazada xərcləyə biləcəyiniz məbləği əvvəldən təyin edin.
4. Ödəmə üçün sırada gözləyərkən gözünüzə dəyən heç bir şeyi almayın.
5. Sırf endirimdə olduğu üçün hər hansı bir şeyi dərhal almayın. 24 saat gözləyin və istəyinizi nəzərdən keçirin.
6. Market alış-verişi xaricində alış-veriş səbəti istifadə etməyin.
7. Mağazaya girdiyinizdə almaq istədiyiniz məhsulun olduğu hissəyə gedin.
8.Məktubla ya da cib telefonuyla gələn alış-veriş fürsəti mesajlarını dərhal silin, oxumayın.
9. Almağınız üçün məntiqli və ağıllı səbəblər tapmağa çalışın.
10. Kredit kartının sayını təkə endirin, limitini aşağı salın. Mümkünsə nəğd
alış-veriş edin.

Bir məhsulu almaq istədikdə bu sualları özünüzə verin:
1.- Niyə buradayam?
2.- Özümü necə hiss edirəm?
3.- Buna ehtiyacım varmı?
4.- Gözləsəm nə olar?
5.- Ödəməni necə edəcəm?
6.- Aldığımı hara qoyacam?
Bu sualları bir kağıza yazıb pulqabıda saxlamaq da faydalı olar.
Alış-verişdə özünü dayandıra bilməyənlər alış-veriş gündəliyi də tuta bilərlər. Alış-veriş gündəliyi tutmaq, alış-veriş tərzinizi, nəticələrinizi görə bilməyiniz üçün əhəmiyyətlidir.

Gündəliyinizə alış-verişinizin siyahısını yazarkən aşağıdakı sualların cavablarını öz-özünüzə cavablandıra bilərsiniz.
1.- Nə aldım?
2.-Ödəməni necə etdim?
3.- Aldığım şey alış-veriş planımda var idimi?
4.- Alış-veriş əvvəlində, əsnasında və sonrasında nələr hiss etdim?
5.- Ehtiyacım olduğundanmı, yoxsa istədiyim üçünmü aldım?
6.- Almadan əvvəl başqa kimsəyə söylədimmi?
7.- Bu alış-veriş kimə təsir edəcək? O adama bundan bir fayda gələcək? Ya da alış-veriş üzündən çətinlik yaşayacaqmı?
8.- Bu alış-veriş gələcəyimə necə təsir edəcək?

Son olaraq , gündəliyinizdə büdcəyə də yer verməyinizdə fayda olacaq. Büdcəni əvvəlcədən hazırlayaraq həftə ərzində nə qədər xərcləyəcəyinizi əvvəldən təyin edə bilərsiniz.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR