Ardı:
149. Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir.
150. Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –
151. məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
152. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
153. Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
154. Biz onlarla bağladığımız əhdə görə dağı başları üzərinə qaldırdıq və onlara: "Qapıdan səcdə edərək daxil olun!"– dedik. Biz onlara: "Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!"– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.
155. Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!"– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
156. Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə,
157. bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
158. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.
159. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.
160. Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik. Həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,
161. qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
162. Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik.
163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
164. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.
165. Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.
166. Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir.
167. Kafir olub insanları Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər.
168. Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir;
169. içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır.
170. Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər onu inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir.
171. Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi "Ol!" kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: "Tanrı üçdür!" deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.
172. Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
173. İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.
174. Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.
175. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir.
176. Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir". Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir.
XƏBƏR LENTİ
Vanilli keks (foto-resept)
İlham Əliyev dəyişiklik etdi
Biskivit tortu
Zövq oxşayan ayaqqabılar
Pensiya alanlara xoş xəbər
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Son on ilin ən yaxşı qorxu filmlərinin adları açıqlanıb
"Acika" (foto-resept)
İranda güclü zəlzələ
Trampın qəbul etdiyi dərman virus xəstələrini öldürür - ŞOK AÇIQLAMA
Sözün tərkibi və söz yaradıcılığı - 1
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral
Akın əsil adını açıqladı
Məşhurlar və oxşarları
Qoyun onlar yatsınlar
Autizmli uşaqları cəmiyyətə necə qaytarmalı?
Həftə sonu üçün 4 geyim üslubu
Sinələrin sallanma səbəbi
Məşhur bəstəkar Sezen Aksunun FOTOsunu paylaşdı
Düşmən mindən çox hərbçi itirdiyini etiraf etdi
Məhsulların həcmi və kütləsinə görə cədvəl
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Prezidentdən Tovuzla bağlı daha bir VACİB SƏRƏNCAM
İctimai yerlərdə bu sayda toplaşmaq olar - YENİ QƏRAR
Google-dan yeni xidmət
Subay xanımlara 9 məsləhət
Dahi rəssamın əsərini təkrarladı - FOTO
"İstanbullu gelin" serialının ulduzları çimərlikdə-FOTO
Sılanın makiyajsız halı sevənlərini qorxutdu-FOTO
Məşhur müğənni mahnısının karantin versiyasını paylaşdı - VİDEO
Sabahın HAVAsı
Qara mərcinin faydaları
Britaniya alimlərindən xərçənlə bağlı İNANILMAZ İDDİA
Depressiya daha çox 15-34 yaş arasında olan insanlarda müşahidə olunur
40 dərəcə isti olacaq
Ən ucuz BMW 7-Series
Köp
Əcnəbi qəhrəmanlar - Göygöz Kosadan qorxmayan Mətanət bacı
Taner Yıldız: "Türkiyə Rusiyadan qazın qiymətləri üçün endirim tələb edəcək"
Gözəlliyinizə kölgə salan makiyaj xətaları
Ayrılıq ən çox kimi sarsıdır?
İlham Əliyev Qarabağla bağlı danışıqlar prosesinin bəzi detallarını açıqladı
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Xəyalınızdakı Şahzadə
Açıq sözlü qadınlar
Türklər təyyarəni kitabxana etdilər - FOTO
Keçmişin gözəllik standardları
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Kokos yaddaşı qaytarmağa kömək edir
“NBC News”: Bayden 30 il sonra Corciyada demokratları qalib etdi
- ŞƏRHLƏR