Ardı:
149. Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, bilin ki, Allah əfv edəndir, hər şeyə Qadirdir.
150. Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –
151. məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.
152. Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
153. Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
154. Biz onlarla bağladığımız əhdə görə dağı başları üzərinə qaldırdıq və onlara: "Qapıdan səcdə edərək daxil olun!"– dedik. Biz onlara: "Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!"– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq.
155. Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!"– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
156. Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə,
157. bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər.
158. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir.
159. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır.
160. Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik. Həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,
161. qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə belə etdik. Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
162. Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük bir mükafat verəcəyik.
163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
164. Daha öncə bir qisim elçilər barəsində sənə söylədik, digər elçilər barəsində isə sənə heç nə söyləmədik. Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı.
165. Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.
166. Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu Quranı Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahiddirlər. Şahid olaraq Allah kifayətdir.
167. Kafir olub insanları Allah yolundan sapdıran kimsələr dərin bir azğınlığa düşmüşlər.
168. Kafirləri və zalımları Allah bağışlamayacaq və doğru yola yönəltməyəcəkdir;
169. içərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün asandır.
170. Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Ona iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər onu inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir.
171. Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi "Ol!" kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçilərinə iman gətirin və: "Tanrı üçdür!" deməyin. Batil əqidənizə son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah Tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər.
172. Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.
173. İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.
174. Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.
175. Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxsləri isə Allah Öz rəhməti və lütfünə qovuşduracaq və onları Özünə tərəf gedən düz yola yönəldəcəkdir.
176. Səndən fitva istəyirlər. De: "Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir". Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir.
XƏBƏR LENTİ
Balıq kotleti (foto resept)
İşləyən qadınlar üçün asan saç modelləri
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Yer qaranlığa qərq olacaq? - AMEA-dan AÇIQLAMA
Bunlari bilirsinizmi?
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Məşhurların uşaqlıq şəkilləri
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Pensiyalar artırılacaq – RƏSMİ
Cemli, halvalı peçenye (foto resept)
Turşu yeməyin faydaları
Türkiyədə seçki başladı
Microsoft-un yeni möcüzəsi
Ev heyvanları uşaqları allergiyadan qoruyur
Manyak pərəstişkarina görə evini dəyişdi-FOTO
Baş Prokurorluq və DTX birgə məlumat yaydı
"Sofiya Rotaru"nun cavan qalma sirri
Günün ulduz falı
Kəşf edilmiş güzgü
Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Əhalinin səhiyyə xidmətlərindən məmnunluq səviyyəsi öyrəniləcək
Ombaları möhkəmləndirmənin yolları
Bakı Metrosu yenidən bağlana bilər? - AÇIQLAMA
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Qandakı şəkəri dərhal ölçən cihaz
Məhərrəm ayı ilə bağlı fətva verildi
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Çexiya ermənilərə rədd cavabı verdi
Yaşıl pomidor salatı (foto-resept)
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Hərbçilərimizin Sumqayıta həsr etdikləri ifa Rusiya mediasında - VİDEO
Kəpəyə qarşı təbii üsullar
Ermənistan müstəqil dövlət kimi davrana bilmir
"Eurovision" təmsilçimiz kim olacaq?
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Dünyanın ən eybəcər iti öldü
Qadınların sevimli payız aksesuarları
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildilər
30 milyona ev aldılar
Beren Saat boşanması haqqında İLK DƏFƏ DANIŞDI
Dünya nə vaxta qədər koronavirusun təzyiqi altında yaşayacaq?
Qan tərsinə dövran edəndə...
Hazal Kaya ona yazılan məktublardan danışdı
"Uşaqlıqdan gimnastika ilə məşğul olmuşam"
Günün qoroskopu: təmaslarda diqqətli olun
Saç tökülməsinə qarşı maska
"Şaban"ın xatirəsinə pul buraxıldı - FOTO
- ŞƏRHLƏR