Çox vaxt müxbir əlində mikrofonu ilə bir sənətçiyə yaxınlaşır. "Azərbaycanda filankəs olmaq necədir?"
Heç düşünmədən cavab verir: "Çətindir, çox çətin..." Demək olar ki, hər sahədə çalışanlar bu suala eyni cavabı verir.
Mənə də bu sualla müraciət edib soruşsalar "Azərbaycanda dindar olmaq necədir?", mən də heç düşünmədən "Çətindir, çox çətin" deyərəm. Səbəbini soruşsalar, səbəbi çoxdur.
Birincisi, əsrlər keçməsinə baxmayaraq hələ də bir-birimizə "qılınc müsəlmanı" deyirik. Bunu lağ mənasında demirik, sadəcə, etdiyimiz qeyri-müsəlmani hərəkətlər bunu deməyə əsas verir. Birinə yaxşılıq etmək istəyirsən, o dəqiqə fikrindən bunu keçirir: "Məndən nəsə umacağı var", yəni "Əl əli yuyar, əl də üzü" məsəli. Amma unudur ki, "Müsəlmanam" deyən daim başqasının yaxşılığını düşünməlidir. Müsəlmana ayıbdır o tox yata, qonşusu və ya qohumu, ümumiyyətlə hardasa bir yerdə biri ac yata, ondan müsəlmanın xəbəri olmaya. Bunları düşünən var? İnanmıram, bəlkə də mən də yazı xatirinə yazıram, mənim də imkanim olsa birinci özümü düşünərəm, qalanlara da "Allah rəhm etsin" deyərəm.
İkinci səbəbim savadsız və ya iş-gücü başqalarına lağ etmək olan bəzi insan kütlələri deyim, ya insan sürüsü, nə isə bir ad verə bilmədiyim kütlə, toplum qınaqlarıdır. Bir qadın və ya bir kişi cavanlıqda bir səhv edib, gec ya tez bunun fərqində olub özünü paka çıxarmaq, çirkabdan çıxmaq niyyətilə ibadətlə məşğul olur. Bu savadsız kütlə ya gizli, ya da aşkar onun ünvanına belə deyir: "Dünənə qədər filankəs idin, bu gün molla olub, yəni "Tülkü həccə gedir" məsəli... Əşşi, xasiyyətli xasiyyətini yerə qoyur? Yəni inanıırsınız o düzəlib? Ay-hay, hara düzəlir, pərdədi, pərdə... Etdiklərinə don geyindirir, altdan-altdan öz işindədir, elə ümumiyyətlə bu molla tayfası var ha, hamısı bir bezin qırağıdır, hamısının niyyəti eynidir".
Burda da heç sevmədiyim atalar misalı yada düşür: "Mərdi qova-qova namərd edərlər".
Heç kimin haqqı yoxdur, ələlxüsus, İslam heç kimə icazə vermir kimisə təhqir edəsən, kiminsə ləyaqətinə, mənliyinə alçaldıcı ifadələr işlədəsən, özü də ki bir möminin. Allah günah etmiş hər kəsin səmimi etdiyi tövbəsini qəbul edib bağışlayır. Qul kimdir və nəçidir ki keçmişdə günah etmiş günahkarı cəmiyyətdən uzaqlaşdırıb ona virus münasibəti göstərir?! İş üçün bir neçə yerə müraciət etdikdə, iş, təcrübə istəyirlər. Hər iş yeri bunu istəyəndə harda iş təcrübəsi olacaq? Kim ana bətnində işləyib gəlir ki?! Sən günah etmiş şəxsə şans verdin ki, görəsən o düzəlib, ya yox. İndi qərar çıxarırsan ki, xasiyyətli xasiyyətindən əl çəkməz.
Üçüncü səbəb robotlaşma deyim, kodlaşma deyim, hər nədirsə, bildiyim dəqiq bir sey var - qıraqdan idarə olunmaq. Özgəsi üçün yaşamaq. Bəlkə yazımı oxuyan deyər: "Bunun nəyi pisdir ki? Sevdiyin insanlar üçün yaşamaqdır da..." Mən onu demirəm, əzizlərim, kiçik bir dialoqu deyim. Mən hicaba keçəndə nənəm yaşda olan uzaq qohumumuzun verdiyi məsləhəti sizinlə də bölüşürəm: "Cavan qız uşağısan, bekar qalıbsan e, bu nə torbadı keçirmisən başına? İndi analar da, oğlanlar da açıq geyinən, özünə fikir verən qızlarla maraqlanır. Çıxar at kənara, geyin, üz-gözünə də çək, qoy səni də bəyənsinlər".
Başqa vaxt olsaydı, yaşına baxmayacaqdım, cavab verəcəkdim, amma Tövhid dilimi bağladı. Allahı zikr etdiyim dilimə kinayəli sözlər gətirmədim. Sadəcə yazığım gəldi o insana. Yarım əsrdən çox yaşamasına baxmayaraq, qoyduğu bir iz var ki, o da qışda qar yağanda gəzdiyi yerlərə düşən ləpiridir. Yaşamaq səbəbi yoxdur belə insanların. Bir düşüncəsi var - yeyək, yataq, duraq, vaxtı çatanda ərə gedək, övladımız olsun. Həyat dedikləri bununla limitlidir, bundan artığını bilmirlər. Düşünmürlər ki, biz insanıq, daş-kərpic deyilik yonub istifadə etsinlər. Biz insanıq, bizi olduğumuz kimi qəbul etməlidilər. Yazığım gəlir ətrafa baxanda, gənclər hamısı bir-birinə oxşayır. Uşaq vaxtı çinlilərə baxıb deyirdim ki, bunlar bir-birini necə tanıyır? Qəribədir, indi də o sualı verirəm. 5-6 ildir bir insanı görürəm, hələ də mənə məlum deyil o kimdir. Türklərin reklamlarını bəzəyən bir şüar var: "Həyat paylaşınca gözəl". Görəsən nəyi? Geyimlərimizi? Xüsusiyyətlərimizi? Kim kişidir, kim qadın - bunu mən ayırd edə bilmirəm, paylaşmaq budur? Ya mən kütləşmişəm, qızı oğlandan ayıra bilmirəm, ya doğrudan da belədir vəziyyət. Bunun üçün də dindar olmaq, özü də bu cəmiyyətdə çətindir, çox çətin. Sən görə-görə ətrafındakılar günah edir, göz yumursan. "Hər qoyunu öz ayağından asarlar" deyiblər, hər kəsin günahı ozunə, müsəlman olan bu fikirdə olmamalıdır.
İslam bizə sevgi ilə yaşamağı tövsiyə edir, sevgimizi daim hiss etdirək, kimsə kimdənsə geridə qalmasın, kimsə günah girdabında üzməsin. Kimsə yuxudan duranda ilk fikri kiməsə quyu qazmaq olmasın, insanların qəddarlaşmasına insanlar səbəbkardır. Allah bu cür istəyib deyə keçinməyin. Valideyn övladının pisliyini istəmədiyi kimi Allah da bəndəsinin pisliyini istəmir. Hər kəs dünyaya gələndə pakdır. Yəqin hər kəs bilir, uşaq 1 yaşında yeriməyə, sonra tədricən danışmağa başlayır, bu da onun ətrafındakı insanların sevgisi ilə baş verir. Sevgi bütün canlılar üçündür, amma əldən tutmaq insan üçündür. Buzov anadan olan kimi yeriyir, sud əmir, cücə yumurtadan çıxan kimi gəzir, dən yeyir. Amma insan gördüyümüz bu proseslərə illərdən sonra nail olur. Bu, acizlik deyil, bu, sevgini göstərməyin bir yoludur. Valideyn övladını sevgiylə, nəvazişlə böyütməldir, o da gördüyü sevgiylə digər insanlara yanaşmalıdır. Heyvanlar bir-birini hər hansı səslə çağırır. İnsanlar isə adları ilə. Bu aliliyi artıq hiss edin, artıq insan olmaq vaxtıdır. İnsan olaq, bir-birimizi sevək, bir-birimizə məhəbbət bəsləyək.
Məndən bu qədər! Ürəyimdəki sözlərin hamısını deyə bilmədim, amma çoxusunu dedim.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR