30 il öncə "Asif, Vasif, Ağasif" filminin çəkilişindən sonra Azərbaycanda, demək olar ki, uşaq filmləri çəkilmir. Rejissorların uşaq filmlərinə belə etinasız yanaşmalarının səbəbi nədir? Milli.Az xəbər verir ki, Day.Az saytının əməkdaşı belə bir sualla tanınmış rejissor Eldar Quliyevə müraciət edib. Rejissor məsələ ilə bağlı aşağıdakı fikirləri söyləyib: "Uşaq filmlərinin olmamasının birinci səbəbi belə filmləri çəkməyin çox çətin olmasıdır. Hər rejissor belə film çəkə bilmir. Belə filmlər çəkə bilmək üçün uşaq psixologiyasını bilmək lazımdır. Uşaqla ümumi dil tapıb izah etmək lazımdır ki, filan epizodda filan cür davranmaq lazımdır. Şəxsən mən heç vaxt uşaq filmləri çəkməmişəm. Heç vaxt da belə bir şeyə razılaşmaram. Çünki bunu etmək üçün adamın xüsusi istedadı olmalıdır ki, bu da hər rejissorda yoxdur. Bundan başqa, uşaq ədəbiyyatını və ssenarisini hər yazıçı və dramaturq yaza bilmir. Bunun üçün uşaq dünyasını içdən bilməlidir. Kino sahəsində işlədiyim dövrdə bir nəfər ssenarist də olsun mənə uşaq mövzusunda ssenari təklif etməyib. Amma yuxarıda qeyd etdiyim kimi, onsuz da, razılaşmazdım. Bir zamanlar Azərbaycan kinosunda uşaq filmləri üzrə Tofiq İsmayılov, Əlisəttar Atakişiyev, Gülya Əzimzadə, Rasim İsmayılov kimi mütəxəssislər var idi. Onlar tək filmlər çəkmir, eyni zamanda uşaq nağılları da yazırdılar. Bu adamlar tam səmimi şəkildə bu qeyri-kommersiya mövzusuna marağı artırmağa çalışırdılar. Son 20 ildə mən yalnız bir uşaq filmini xatırlayıram - "Buta" filmini"". Əziz oxucular, məsələ ilə bağlı sizin də fikirlərinizi bilmək maraqlı olardı.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Gəlinləri məhv edən qaynanalar
Hökumətin namaz icazəsi
Yaxın Şərqdə yeni müharibə başlayır
Gündəlik salat (foto resept)
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Yeni trend: Saç sırğaları
9 möcüzəli ağac şəkli
Müəllimlərin işə qəbulu üzrə müsahibənin - NƏTİCƏLƏRİ
Özcan Denizin bacısı Ərdoğana müraciət etdi-SƏBƏB
Asılmış kuklalar adası turistləri cəlb edir
Koreya mətbəxindən " Bibimbap" (foto resept)
Ruh sağlamlığını qoruyaq
Arıqladan ərzaqlar
Bu günün hava proqnozu
Hamilə xanımlar üçün ziyafət geyimləri
Azərbaycanda din xadimləri cəzalandırılacaq
Ancelina Coli hakimə qarşı vəsatət qaldırıb
Cennifer Lopezin yeni obrazı - FOTO
Arıqlamaq istəyənlərin yol verdiyi 4 xəta
Bahar allergiyası
Kakao işçi yaddaşı yaxşılaşdırır
Yuxular və yuxuyozmalar (son)
Ermənilərin itkisi getdikcə artır
Madonna konsertlərini təxirə saldı-SƏBƏB
Tanış olun: Toyota Aqua Cross
Qadın yaylıqlarının bağlanma üsulları
Hava XƏBƏRDARLIĞI
Bahalı əməliyyatları bahalı edən nədir?
Yoldaşınızla keyfiyyətli zaman keçirməyin yolları
Sürətli saç uzadan üsullar
Kerem Bürsinin onurğası zədələndi-FOTO
Avtomobilə dəyən ziyanın qiymətləndirilməsində YENİ TƏKLİF
Ölkədə hamı bu sayta girir
Növbəti buraxılış imtahanları keçirilir
Merve 110 min pulunu ala bilmir
Limonlu isti suyun möhtəşəm faydası!
Valideynsiniz? Övladınız üçün oxuyun
Əqrəbi çəkməyi unutmayın
Ramazan ayının 6-cı gününün duası
Paxlava (foto-resept)
Bu il Azərbaycanda 11 həkimin diplomunun saxta olduğu müəyyənləşib
"WhatsApp" 3 günlük bağlandı
Dünyanın ən qəribə toyu
190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO
Yun köynəyinizi yeniləyin
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Eşq sizə nə edər?
Alman dili 9-cu dərs
Dünyanın ən hündür uşağı 2 metrlik boyu ilə -FOTO
Xanımların "Gün toplantısı"
- ŞƏRHLƏR