Şaban ayının fəziləti barədə Peyğəmbər (s.v.s)- dən belə nəql olunub ki, buyurur: Şəban ayı mənim ayımdır. Həzrət bu ayı axıra kimi oruc tutar,arada fasilə olmadan Ramazan ayının orucunu tutmağa başlayardı.
Şaban ayının birinci gecəsi:
İqbal kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur ki, onlardan biri də 12 rükət namazdır ki, Fatihə surəsindən sonra 11 dəfə İxlas surəsi oxunur.
Şaban ayının birinci günü:
Bu günün orucunun böyük savabı var.
Şaban ayının 3-cü günü:
Bu gün mübarək günlərdən biridir. Şeyx Misbah kitabında belə yazır: İmam Hüseyn (ə) bu gün, cümə axşamı dünyaya gəlmişdir. Bu duanı oxumaq müstəhəbdir:
Allahummə inni əsəlukə bihəqqil-məvludi fi hazəl-yəvmil-məvudi bişəhadətihi qəblə istihlalihi və viladətihi bəkəthus-səmau və mən fiha vəl-ərzu və mən səyyidil-usrətil-məmdudi bin nusrəti yəvməl kərrətil-muəvvəzi min qətlihi ənnəl-əimmətə min nəslihi vəşşifaə fi turbətihi vəl-fəvzə məəhu fi əvbətihi vəl-əvxiyaə min itrətihi bə də qaimihi və ğəybətihi hətta yədrikul-əvtarə və yəsaru vəs-sarə və yurzul-cəbbarə və yəkunu xəyrə ənsarin səlləllahu ələyhim mə ə ixtilafil-ləyli vən-nəhari Allahummə fəbihəqqim iləykə ətəvəssəlu və əsəlu sualə muqtərifin mutərifin musiin ila nəfsihi mimma fərrətə fi yəvmihi və əmsihi yəsəlukə əlismətə ila məhəlli rəmsih. Allahummə fəsəlli əla Muhəmmədin və itrətihi vəhsurna fi zumrətihi və bəvi na məhəu darəl-kəraməti və məhəlləl-iqaməti. Allahummə və kəma əkrəmtəna bimə rifətihi fəəkrimna bizulfətihi vərzuqnə murafəqətəhu və sabiqətəhu vəcəlna mimmən yusəllimu liəmrihi və yuksirus-salatə ələyhi ində zikrihi və əla cəmii əvsiyaihi və əhli əsfiyahiil-məmdudinə minkə bilədədil-isna əşərən-nucumiz-zuhəri vəl-hucəci əla cəmiil bəşər. allahummə vəhəbləna fi hazəl-yəvmi xəyrə məvhibətin və əncic ləna fihi kullə tələbətin kəma biməhdihi fənəhnu aizunə biqəbrihi min bədihi nəşhədu turbətəhu və nəntəziru əbvətəhu aminə rəbbəl-aləmin.
Şaban ayının 13-cü gecəsi:
Rəcəb, şaban və ramazan aylarının 13-cü gecələrində 2 rükət namaz qılmaq müstəhəbdir: Hər rukətdə Fatihə surəsindən sonra 1 dəfə Yasin, 1 dəfə Təbarəkəl mülk, 1 dəfə İxlas surəsi oxunur.
14-cü gecədə yuxarıda deyilən qaydada 4 rükət, 15-ci gecədə isə 6 rükət qılmaq müstəhəbdir.
Şaban ayının 15-ci gecəsi:
Bu gecə çox mübarək gecədir.
İmam Baqir (ə)dan bu gecənin fəziləti barədə soruşdular. Həzrət buyurdu: Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Allah Təala o gecə bəndələrinə fəzl və bərəkət əta edir. Belə isə bu gecə Allah rizası üçün çalışın.
Bu gecənin bərəkətlərindən biri də əsrin Sultanı Həzrəti Mehdi (ə)ın bu gecədə dünyaya gəlməsidir. Həzrət 255-ci hicri qəməri ilinin şaban ayının 15-ci günü, səhərə yaxın dünyaya Samira şəhərində dünyaya göz açmışdır.
Bu gecənin bir neçə əməli vardır:
1. Qüsl etmək;
2. Bu gecəni dua, namaz və istiğfarla (tövbə ilə) əhya saxlamaq (oyaq qalmaq);
3. İmam Hüseyn (ə)-ın ziyarəti;
Bu gecə İmamı bütün Peyğəmbərlərin ruhu ziyarət edər. O Həzrəti uzaqdan ziyarət etmək üçün hündür yerə çıxıb (mümkünsə həyətdə, bayırda, eyvanda), sağa və sola baxıb, sonra başını göyə tutub bu dua ilə O Həzrəti ziyarət etsin:
Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə və rəhmətullahi və bərəkətuh.
Hər kəs harda olmağından asılı olmayaraq Allah rizası üçün bu qayda ilə Həzrəti ziyarət etsə, Həcc və Ümrənin savabı ona yazılar inşaAllah.
4. Kumeyl duasını oxumaq (çox kitablarda və internetdə də var);
5. Aşağıdakı zikirlərdən hər birini 100 dəfə oxumaq:
Sübhanəllah; Əlhəmdülillah; Allahu əkbər; La ilahə illəllah.
6. Cəfəri Təyyarın namazını qılmaq (Təsbih namazı).
Şaban ayının son günlərinin əməlləri:
İmam Rza (ə)-dan nəql olunmuşdur ki, şəban ayının son 3 gününü oruc tutub onu mübarək ramazan ayına çatdırmaq savabdır.
Bir dəfə Şaban ayının sonuncu cüməsində İmam Rza (ə) buyurdu: Şaban ayının çox hissəsi gedib və bu gün onun axırıncı cüməsidir. Belə isə bu ayın qalanından ayın keçən günlərinə etdiyin təqsirlərin üçün yaxşı istifadə et. Çoxlu dua və istığfar (töbvə) et. Qurani Məcidi çox oxu. Öz günahlarından Allahu Təalaya tövbə et ki, mübarək ay gələndə (Ramazan ayı) özünü Allah üçün xalis etmiş olasan. Başqasının haqqını və ya əmanətini boynunda saxlama, etdiyin günahı tərk et. Allahdan qorx və öz gizli və aşkar işlərində ona təvəkkül et. Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər.
Bu ayın qalan günlərində bu duanı oxumaq savabdır:
Allahummə in ləm təkun ləna fima məza min şəbanə fəğfirləna fima bəqiyə minhu.
Unutmayın: İbadətlər Allah rizası üçün edildikdə qəbuldur!
XƏBƏR LENTİ
Karantin qaydalarının pozulması halları ilə bağlı AÇIQLAMA
Ətli blinçik (foto resept)
Yaya hazırsınızmı?
İndi evinizin yanında olan ağacı belə icazə ilə kəsməlisiniz
Qədim İspan şəhərində gəzinti
HAVA necə olacaq?-21 noyabr
"Ermənistan beynəlxalq təşkilatların çıxardığı qərarlara əhəmiyyət vermir"
Cəbhədə son durum
Koronavirusa qalib gələn ilk ölkə məlum oldu
Kəbənin ətrafında nə yerləşir?
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
GMO məhsulların Azərbaycana gətirilməsi qadağan edildi
Xəstənin qarnından qızıl çıxardılar
iPone 6-nın istehsalı dayandırıldı-SƏBƏB
Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxdı
Üzümün faydaları
Ən çox rast gəlinən cinsi problemlər
Məzuniyyət zamanı necə istirahət etməli?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Düşmənin Xankəndi yaxınlığındakı daha iki sursat anbarı məhv edildi - VİDEO
Yeni müdafiə naziri general-polkovnik poqonu taxdı
Qarabağda qurulacaq kitabxana üçün ilk addım - FOTO
Fransa təhlükəli silahın anonsunu verdi
Toyuğun dərisini yeməyin! ZİYANLARI
Gözəllik müsabiqəsinin qalibi qorxulu anlar yaşadı-FOTO/VİDEO
Swarovski Crystal Mercedess
Hamiləlik dövründə psixologiya
II Dünya müharibəsindən danışan Trampın sözləri təəccübləndirdi
Dil və düşüncə
COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Adobe Photoshop (Dərs 8)
Hazal Kayadan maraqlı şəkil
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
İsrail yenidən aviazərbələrə başladı
Sərdar Ortaç bu XƏSTƏLİKDƏN əziyyət çəkir
Unsuz piroq (foto resept)
Orta aylıq əmək haqqı 498 manat oldu
Mehmet Ali Erbil əlil arabasında - FOTO
Bakı sürücülərinə şad xəbər
Uşaq şeirləri
HAVA necə olacaq?-3 yanvar
Şokoladla gözəlləşin
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Bisküvit (foto-resept)
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Fırıldaqçıların ən sevdiyi şifrələr
Üzü tamamilə yanmış xanımın dəyişimi- VİDEO
Murad Bozdan Azərbaycanın haqlı mübarizəsinə dəstək
ShamkirChess-də VII tur: Rəcəbov Karyakinə qarşı
Gözəl ziyafət geyimləri
- ŞƏRHLƏR