Zina, ailəyə, nəsilə və cəmiyyətə qarşı işlənən bir günah olduğu üçün cəmiyyət haqqlarından sayılır. Nikah ilə nəsil qorunar, zina ilə nəsil pozular, ata müəyyən olmaz.Zina etmək, qarşı cinslə nikahsız və ya haqsız olaraq cinsi təmasda olmaq mənasına gəlir. Zina sözü Ərəbcə “zena” feilindən məsdərdir. Zina edən kişiyə zənni, qadına isə zənniyə deyilər. Zinanın, əxlaqi, ictimai, hüquqi və gigiyenik bir çox zərərləri vardır.
Zina, İslamda və əvvəlki səmavi dinlərdə haram və çox çirkin bir hərəkət olaraq qəbul edilmişdir. Zina, böyük günahlardandır.
Qurani- Kərimdə belə buyurulur:
"Zinaya yaxınlaşmayın, çünki o, çox çirkin bir iş və pis bir yoldur. " (əl-İsra,32)
İslamda "zaruriyati xamsə" (qorunması zəruri olan beş təməl haqq) adı verilən bəzi haqqlar vardır. Bu haqqlar bunlardır:
1. Malın qorunması. (Oğurluq və qəsb qadağan)
2. Canın qorunması. (cinayət qadağan)
3. Nəsilin qorunması. (zina qadağan, evlilik təşviq)
4. Ağılın qorunması. (Narkotik və spirtlı içkilər qadağan)
5. Dinin qorunması. (Hər dinin müqəddəslərinə söymək qadağan)
Nəsillərin qorunması evlilik müəssisəsinin möhkəmliyi ilə mümkündür. Nikah kölgəsində, ailə təşkilatı içində tərbiyə edilməyən nəsillər, həyatı qarışdırar. İctimai rifahı təməlindən yuyar. Çünki ailə, cəmiyyətin təməl daşıdır. Buna görə, İslam dini nikaha, nəsli yetişdirməyə, uşaq tərbiyəsinə, ailələrin qorunmasına böyük bir əhəmiyyət vermişdir. Nəsillərin bir-birinə qarışmaması üçün zina haram qılınmış, zina böhtanı qadağan edilmiş, zərurət olmadıqca uşaq salmaq və ya abort etdirmək haram qılınmışdır. İsmət, namus və nəsilin qorunması cəmiyyətin rifahını təmin edər. Adəm (ə.s)-dan bəri bütün peyğəmbərlər, izdivac qanununun salamatlığı üçün nikah barəsində böyük bir ciddilik göstərmişlər. Çünki nəsilin mühafizəsi, nikah müəssisəsinin möhkəmliyi ilə mümkündür. Ailə təşkilatı içində tərbiyə edilməyən, nikahın xaricində qalan nəsillər; həyatı qarışdırar, ictimai rifahı təməlindən yuyar, anarxiyaya səbəb olar. Nikahın səadətini, fahişəliyin murdarlığına dəyişmək qədər axmaqlıq və cəhalət ola bilməz!..
Zina, ailəyə, nəsilə və cəmiyyətə qarşı işlənən bir günah olduğu üçün cəmiyyət haqqlarından sayılır. Nikah ilə nəsil qorunar, zina ilə nəsil pozular, ata müəyyən olmaz. Bütün ilahi və ya ilahi ola bilməyən dinlərin zinanı qəbahət olaraq gördükləri bir həqiqətdir. Heyvanlar nikaha ehtiyac duymazlar. Bütün dünyada nikah, ibadətxanalarda və din adamlarının nəzarəti altında edilməkdədir. Heyvanlarda ana müəyyəndir, amma ata müəyyən deyil. Ağıl və iman sahibi bir insan belə bir vəziyyətin olmaması üçün zinaya yaxınlaşmaz. Zina məhsulu uşağın dünyaya gözlərini açacağı da şübhəlidir. Abort yoluyla alılan minlərlə uşaq vardır. Əgər zina məhsulu uşaq doğulmuşsa anasının ona baxa bilməyib tərk etdiyi, məscid önlərinə atdığı da bir həqiqətdir. Tərk edilən uşaq ana-ata və qohum tərbiyəsi görməyincə, yəni sevgidən uzaq bir həyat yaşayınca cəmiyyətə zərər verən, yaramaz insanlar olaraq yetişərlər.
İslam fiqhinə görə ərindən ayrılan və ya əri ölən bir qadının iddət gözləməsi, yəni hamilə olub olmadığının qətilik qazanması üçün lazım olan müddət, dörd ay on günlük bir zaman keçdikdən sonra evlənməsi caiz görülmüşdür. Zina, insanın sağlamlığı üçün də zərərlidir. Bir çox zöhrəvi xəstəliklərin qaynağının zina olduğu tıbbən sabit olmuşdur. Hətta bu gün insan sağlamlığını hədələyən AİDS xəstəliyi də əksəriyyətlə qadağan əlaqə və zina yoluyla bulaşmaqdadır.
Peyğəmbərimiz nikahın fəzilətini izah etmiş, zinanı isə pisləmişdir. Zinaya düşməmək üçün evlənmək və ya oruc tutmaq tövsiyə edilmişdir. Bir günorta namazı sonrasında Rəsulullah (s.ə.s), əshabı ilə məsciddə oturmuş, söhbət edirdi.
Qapıdan təxminən iyirm yaşında bir cavan girir. Salam verdikdən sonra həyəcanla Allahın Rəsulundan soruşur:
-Ya Rəsulullah, nəfsimi sahib ola bilmirəm. Dözə bilməyəcəyəm, icazə ver, bir qadınla ehtiyacımı aradan qaldırım!
Gəncin sözləri qarşısında əshab çox təəccüblənir. Hz. Ömər (r.a) hər zamankı kimi cəlallanaraq qılıncına sarılır:
- Ey Allahın Rəsulu, icazə ver bu tərbiyəsizin kəlləsini uçurum!..
Rəsulullah gəncin saflığına, Ömərin səmimi çıxışına təbəssüm edərək:
-Sakit ol ey Ömər! Yaxınlaş ey cavan, gəl otur belə, buyurur. Gənc, gözləmədiyi Ömərin hərəkətindən qorxmuş olsa da, şəfqət Peyğəmbərinin dəvətiylə rahatlayır və oturur. Belə bir dioloq olur gənclə Rəsulullah (s.ə.s) arasında:
-Demək, nəfsinə sahib çıxa bimirsən, zina etmək istəyirsən?
-Bəli, ya Rəsulallah.
-Zina etmək istədiyin adam mütləq bir qadındır, elə deyilmi?
-Bəli, ya Rəsulallah.
-Hər qadın bir kişinin anası, bacısı, ya da xalası ola bilər, elə deyilmi?
-Bəli, ya Rəsulallah.
-Sən bacın, anan, ya da xalanla zina etmək istərsənmi?
-Tövbə!.. Tövbə ya Rəsulullah! Vallah imtina etdim, bağışla məni ey Allahın Rəsulu!..
Diqqət edin, Rəsulullah o gəncə "zina haramdır" demədi. "Zinanın belə-belə zərərləri vardır" da demədi. Ömər kimi hiddətlənib "tərbiyəsiz, rədd ol hüzurumdan" deyə üzərinə də getmədi. Bəs nə etdi?
Yalnız məntiqini yoxlayan suallarla, ciddi və böyük bir günahdan öz-özünə razısalma olaraq tövbə etməsini təmin etdi.
Qiyamət günü ərşin kölgəsində kölgələnən 7 sinif insandan biri də gənc, gözəl və şöhrətli bir qadın tərəfindən zinaya dəvət edilincə "Mən Allahdan qorxaram"deyərək rədd edən mömin olacaqdır.
Adamın irəliləmiş yaşına, qəbirə yaxınlaşmasına və Allahın ona (tövbə üçün) möhlət verməsinə baxmayaraq zina etməyə davam etməsi vəziyyəti daha da çirkinləşdirir. Əbu Hureyrədən (r.a) Rəsulullah (s.ə.s)-in belə buyurduğu rəvayət edilir:
"Allah, Qiyamət günü üç sinif insanla danışmaz, onları təmizə çıxarmaz və onların üzünə baxmaz. Onlar üçün əzab verici bir əzab vardır: Zina edən qoca, yalançı hökmdar, qürurlanan kasıb." Kişi və qadının bir-birinin davranış, söz və rəftarlarından təsirlənməsi qaçınılmazdır. Kişi və qadın, biri digəri üçün cinsi xəbərdarlıqçıdır. Bu səbəblə yad (aralarında evlilik bağı və ya davamlı evlənmə maneəsi olmayan) kişi və qadınların bir-birlərinə qarşı ölçülü və məsafəli davranmaları lazımlıdır. Yenə yad bir qadının yad bir kişilə baş-başa qalması dinən caiz deyil. Hədisi şərifdə Peyğəmbərimiz (s.ə.s), "Kim Allaha və axirət gününə iman edirsə, yanında məhrəmi olmayan bir qadınla tək qalmasın. Çünki belə bir vəziyyətdə üçüncüləri şeytandır." buyurmuşdur. (Müslim)
Zinanın növləri olaraq ən başda dil zinası və göz zinasını nümunə olaraq verə bilərik:
1. Dil zinası: Dili küfrdən, batil sözlərdən, yalan, qiybət, təhqir, lənət, söyüş kimi pisliklərdən qorumamaqdır.
2. Göz zinası:
Qurani- Kərimdə buyurulur ki:
“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır… Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar” (ən-Nur,31)
Yuxarıdaki ayə qadın olsun, kişi olsun bütün müsəlmanlara zinanın haram qılındığını bildirməkdədir. Bundan başqa zina etməyə bir körpü vəzifəsi görən baxışın da qadağan edildiyini görməkdəyik.
Baxmaq, zinanın başlanğıcıdır. Bunun üçün gözü qorumaq mühümdür. "Baxmaqla nə olar!" deyərək bu mövzuda laqeydlik göstərənlər sonda böyük fəlakətlərlə qarşılaşarlar. Qəsd ilə olmayan ilk baxışdan məsuliyyət yoxdur. Təkrar-təkrar baxmaq qadağan edilmişdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR