Sevgi işıq kimidir, sevgisizlik qaranlıq. Qaranlığın qaynağı olmaz. Qaranlıq işığın yoxluq halıdır. Fəqət işığın bir qaynağının olması labüddür. Mənbəsiz işıq olmayacağı kimi, qaynaqsız sevgi də olmaz.
Sevginin qaynağı Allahdır. Sevgi bulağı Allahdan qaynayar.
Zira O, Əl-Vədud olandır. Vədud ismi, fə`ul vəznindəndir. Bu vəznin özəlliyi həm fail, həm məf`ul olmasıdır. Bu üzdən Vədud ismi həm “Ən çox sevən”, həm də “Ən çox sevilən” anlamına gəlir. Bir başqa ifadəylə həm “sonsuzca sevən”, həm də “sevilməyi istəyən” anlamını verir. Vədud ismini digər bir çox ismdən ayıran fərq də budur.
Allah Rəzzaq ismiylə “ruzi verir”, Xəllaq ismiylə “yaradır”, Qaffar ismiylə “bağışlar”, Rəhman ismiylə “rəhmət edər”. Bu və bunun kimi isimlər tək tərəflidir. Fəqət Vədud isminə gəlincə, iş dəyişir, cüttərəfli bir münasibət başlar: Həm sevər, həm də sevgi istər. Elə bu da sevginin fərqliliyidir.
Allaha nisbət edilən sevgi “ hubb” və “vudd” kəlimələri ilə ifadə edilir. Qur`an və sünnət ədəbiyyatında “Eşq” kəliməsi ilahi sevgi üçün istifadə olunmaz. Zira “sarmaşıq”, “sarmaşıq kimi sevdiyinə sarılan və onu əsir alan” anlamına gələn “eşq” sözü bəşəri sevgini ifadə edər. Hubb isə “toxum, çəyirdək, öz” mənasına gəlir. Sevgiyə məhəbbət deyilməsinin hikməti də buradan bəlli olur : Sevgi məxluqat ağacının toxumudur. Məxluqat ağacının ən soylu meyvəsi olan insan da sevgi toxumunu içində daşıyan “meyvədir”.
Meyvə kökünə olan sədaqətini sevgiylə isbat edər. İnsanın Allah sevgisi də elədir. Bu üzdən vəyh sevgidə ən böyük payın Allaha ayrılmasını şərt qoyar: “Iman edənlər hər şeydən daha çox Allahı sevərlər”. Və Allah Rəsuluna da belə söyləməsi əmr edilər: “De ki, əgər Allahı sevirsinizsə, məni izləyin ki, Allah da sizi sevsin.” Allahla qul arasındakı bu qarşılıqlı sevgi daha başqa ayələrdə də vurğulanır: “Onlar (həqiqi möminlər) Allahı sevərlər, Allah da onları sevər.”
“Vudd” sevginin cox özəl bir növünü ifadə edər. Bu növ sevgi bəxşedilən bir sevgidir. Mənbəsini verən qaynaqdan aldığı üçün də ölümsüzdür. Oxuyun bu ayəni: “Iman edən və saleh əməl sahibləri üçün Rəhman (ölümsüz) bir sevgi (vudd) bəxş edəcək”. Bu üzdən olmalı ki, vəyh ilk illərdə ilk müsəlmanları Cənnətlə müjdələyib, Cəhənnəmlə qorxudarkən, onların olğunlaşdığı sonrakı illərdə “Allah sevər – Allah sevməz” deyə müjdələyər və xəbərdarlıq edərdi. Bu, Allah-qul münasibətində sevginin necə yüksək bir mərtəbəyə ucaldığının göstəricisidir.
Hər şeyin saxtası olduğu kimi, sevgini də saxtası olur. Səhih sevgi düzəldər, qəlp sevgi pozar. Qaynağında Allah olmayan bir sevgi saxta sevgidir. Əslində isə sevgi deyil, tutqudur, vurğunluqdur. Sevgi özü gurlaşdırdığı üçün insanı özgürləşdirər, tutqu isə tutar, həbs edər və kölələşdirər. Vurğunluğun, tutqunun adını sevgi qoyanlar iki nəfərlik yalqızlığı sevgi sanmaqla sevgiyə də haqsızlıq etməkdədirlər.
Modern cağın üç saxta “tanrı”sı vardır: Güc, pul, şəhvət.
Bunlar təkdünyalı bir həyat tərzinin özəyini təşkil edir. Qlobal dəyərsizləşdirmə əməliyyatının bir parçası olaraq “şəhvət tanrısı” hazırda sevgi adıyla bazarlanmaqdadır. Həyat adını verdiyimiz bu müqəddəs əmanət əxlaqsızların əlində heç bu qədər oyuncaq olmamışdı. İnsanlıq tarixində şəhvət alverçiləri bu qədər müştərini bir arada heç görməmişdilər.
Şəhvətin “sevgi” adı altında sırıştırılması qlobal dəyərsizləşdirmə əməliyyatının bir qoludur. Bu əməliyyatın hədəfi həyatı mənasızlaşdırmaq və məqsədsizləşdirməkdir, yəni Allahsızlaşdırmaqdır. Müharibə elan edilməli, mübarizə aparılmalı gerçək terror da budur. Çünki bu, əxlaq terrorudur. Bu terror insan soyunu qəsbkarlıqla təhdit etməkdədir. “Sevgililər günü” adı altında bəzilərinin zina bazarlığı da əxlaq terrorunun bir parçasıdır.
Zinaya “Yox!” deyə bilməyən, sevgiyə “Hə!” deyə bilməz. Zira zina sevgini zəhərləyər. Zəhərli sevgi əşrəfi-məxluqat olan insanı cütləşdikdən sonra dişisini sancaraq zəhərləyib öldürən həşarata bənzədər. Onu ən aşağı – Qur`anın diliylə desək,“Heyvanlar kimi, hətta ondan da aşağı…” edər.
Məhrəmiyyətin qalmadığı yerdə iffət, iffətin qalmadığı yerdə hörmət, hörmətin qalmadığı yerdə xilqət pozular. Xilqətin pozulduğu yerdə isə fitrət pozular.
Fitrət pozulduqdan sonra artıq o insanı kimsə saxlaya bilməz. Şəhvətə sərhəd qoymaq mümkünsüzləşər. “Kef mənim deyilmi, istədiyimi edərəm” deyən birinə heç kim hüdud cıza bilməz.
Yadda saxlamaq lazımdır: Bir sərhəd yoxdursa, heç bir sərhəd yoxdur!
Fa'nidən
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR