Müasir dövrdə dinin yerini elm əvəz etdi
Həyatları daxilində dinə lazımi yer verməyən bir qisim insanlar buna səbəb olaraq dinin öz funksiyasını itirdiyini və müasir dövrdə dinin yerini elmin əvəz etdiyini iddia edirlər. Bu anlayışla insanların artıq dinin deyil, elmin göstərdiyi yolla yaşamaları gərəkməkdədir. Bu anlayış geridə buraxdığımız iki yüz ilin məhsuludur. 18-ci əsrə gəldikdə intellektual dairə içərisindəki bəzi ziyalıların dini inanc və təlimləri ciddi şəkildə tənqidə məruz qaldığı, 19-cu əsrdə isə bu tənqidlərin daha da yüksəlməsi görüldü. Bəhs edilən ziyalılar üçün din funksiyasını çoxdan itirmişdi. Artıq insanların oyanmaları və elmin hökmranlığı altına girmələri lazım idi. Bu anlayışla din bəlkə cahil çoxluq üçün bir ehtiyac olaraq görülə bilərdi, ancaq "mədəni" və "inkişaf etmiş" insanlar üçün diqqətə alınması lazım olan şey din deyil, elm idi. Kimiləri üçün artıq insanlıq üçün yeni bir dövrün ortaya çıxdığı iddia edilmiş və bu yeni dövrü "ağıl çağı", "elm çağı" olaraq adlandırılmışdır.
Günümüzə qədər olan müddət içərisində bu inancı mənimsəyən və hələ də dini insanoğlunun inkişafı qarşısında yeganə maneə olaraq qəbul edən kəslərin varlığı çoxdur. Ancaq həm tarixdəki, həm də günümüzdəki bu cür kəslərin diqqətə almadıqları çox əhəmiyyətli bir nöqtə var ki, bu da insanın ətdən və sümükdən mütəşəkkil bir maddi varlıq olmadığı həqiqətidir. Bəziləri inkar etsə də, insanın mənəvi bir təbiəti var və fərqində olmasa da insanın şəxsiyyət və davranışlarına böyük ölçüdə mənəvi təbiəti istiqamət verir. Sekulyarlıqla həyata keçirilən elmi fəaliyyətlər isə heç bir dövrdə olmadığı kimi indiki zamanda da insanın mənəvi dünyasına xitab edə bilmədiyi üçün sırf elmdən qaynaqlanan bir dünyagörüşünə görə insanoğlunu təmin edə bilmir.
İnsan yalnız kainatdakı hadisələrin necə olduğunu deyil, eyni zamanda səbəbini də düşünər və buna cavab axtarar. İstər kainatın, istərsə də həyatın mənşəyinə dair edilmiş heç bir elmi şərh heç bir zamanda insanı tamamlamamışdır və insan təbiəti dəyişmədiyinə görə bu yetərsizlik də davam edəcək. Bununla birlikdə məsələ yalnız kainatı anlamaqla məhdudlaşmır. Bundan daha vacibi həyatı anlamaq və mənanı bilməkdir. Yaradılışı etibarilə, istər fərqində olsun, istərsə olmasın, hər insan ölümə və ölümdən sonraya maraq hiss edər. Bu növdən olan metafizik adlandırdığımız genetik və təməl suallara elmin tək başına verə biləcəyi cavabı yoxdur. Çünki bu cür suallar elmin sərhədlərini aşan suallardır. Məşhur aqnostik düşüncə adamı Bertran Rassel də elmin bu mövzularda səssiz qalacağını etiraf etmişdir.
Bununla birlikdə istər elm, istərsə fəlsəfə ilə bağlı məlumatları əldə etmək və onları anlamaq üçün müəyyən bir səviyyə və tədqiqat lazımdır. Halbuki dində hər səviyyədən insanın anlaya biləcəyi növdən dəqiq və aydın məlumatlar vardır. Çünki insanı yaradan Allah, yaratdığı qullarının ehtiyacını da ən yaxşı şəkildə bilməkdədir. Tarix boyunca bir çox filosof və alimlərin illərcə sürən fikirləri və əməli səyləri nəticəsində kainat, insan və həyat haqqındakı görüşləri dini baxımdan ziddiyyət və əsassız olduğu dəqiq şəkildə ortaya qoyulmuşdur. Dolayı yolla din sarıdan çox sıradan biri bəzi məsələlərdə fəlsəfə tarixinə adı qızıl hərflərlə yazılmış bir filosofdan daha çox məlumatlara sahib ola bilməkdədir. Eyni zamanda bir çox fəlsəfi anlayış və elmi baxış bucağının olduğu da unudulmamalıdır. İlk insandan bu tərəfə göndərilən bütün haqq dinlər eyni mesaja söykənmişlər. Bu mesaj isə insanlığın xilası üçün bir əhəmiyyət daşımaqdadır. Müasir dünyada elmi tək yol göstərici olaraq qəbul etmək insanın dayaz bir görüşə sahib olmasına və təməl məsələlər barədə cavabsız qalmasına səbəb olacaq.
Şübhəsiz ki, din ağla və elmə qarşı çıxmır. Əksinə Quranda, ağlın istifadə edilməsinə, həm kainatdakı, həm də öz mənliyimizdəki əlamətlərin üzərində düşünülməsinə, kainatı və həyatı araşdıraraq Allahın bənzərsiz sənətinə şahidlik edilməsi vurğulanır. Elm doğru bir şəkildə istifadə edildikdə, din də şərhlərdən deyil, birbaşa Qurandan oxunduqda, elm və din arasında mükəmməl bir uyğunluğun ortaya çıxması qaçınılmaz olur. Təəssüf ki, indiki zamanda bəzi dairələr elm deyil, elmçilik, din deyil, dincilik etməklə və bu səbəbdən olduqca sadə məsələlər, qarmaqarışıq vəziyyət almışdır. Elmin adına dindən imtina etmək yanlış olduğu kimi, din adına elmi heçə saymaq da yanlışdır. Hər ikisi doğru şəkildə oxunduqda, bir-birilərinin alternativi deyil, tamamlayıcısı və dayağı olduqları görüləcəkdir.
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)