Nəfsimə söz keçirə bilmirəm.
Allahı və buyurduqlarını diqqətə almadan yaşayan ətrafınızdakı insanlara xətalarından vaz keçmələri üçün nəsihətlər edərək onlara Allahın ayələrindən nümunələr verdiyinizdə zaman-zaman "Qardaş, haqlısan, amma nə edim, nəfsimə söz keçirə bilmirəm", "Dünya nemətləri şirin gəlir", "İbadətlər üçün ərinir, vaxt tapa bilmirəm" şəklində bəhanlərə sığındıqlarını görürük. Qadağan olunmuş bəzi şeylərin öz daxilində bir bəzəyi, cazibliyi olduğu üçündür ki, bunlar qadağan edilərək insan üçün imtahan verilmişdir. Onsuz qadağan edilməsəydi belə, kimsənin istəməyəcəyi, ya da etdiyində diksinəcəyi bir şeyin qadağan edilməsinin bir mənası olmazdı. Allahın qullarından gözlədiyi şeylər qul tərəfindən yerinə yetirilə bilən şeylərdir. Edilə bilən şeylər olduğu üçün də Allah edilməsini istəmişdir. Allah sonsuz mərhəmətinə görə qulları üçün çətinlik deyil, asanlıq istər. Amma insan "Yerim dardır", deyən gəlinlər kimi nazlanaraq həm dünyası, həm də axirəti üçün özünə faydalı olan şeyləri etməmək üçün müxtəlif bəhanələr sərgiləyər.
Dünya həyatı əlbəttə ki, şirindir. Şirin olduğuna görə də imtahandır. Allaha təslimiyyətin və qulluqdakı mərdliyin həqiqi göstəricisi Allahın qadağan etdiyi bir şey qulun xoşladığı şey olsa da, qulun o şeydən Allah rizası üçün imtina etməsi ilə ortaya çıxar. Yoxsa öz edib-etmədiklərinin qulluğunda dayanan biri Allahın deyil, kefinin qulu olur. Quran ayələrində bu mövzuda belə deyilir:
Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın malı və bərbəzəyidir. Allah yanında olan (nemətlər) isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını axirətin əbədi nemətlərindən üstün tutursunuz!) (Qasas surəsi, 60-cı ayə)
Bəli, insan şeytanın vəsvəsələrinə qapılaraq nəfsinə məğlub olur və sonsuz axirəti bir kənara buraxaraq keçici dünya həyatının özü kimi keçici nemətlərinə həvəslə bağlanır.
Nəfsinin tamahından qorunanlar nicat tapanlardır. (Təğabun surəsi, 16-cı ayə)
Əslində çox insan səmimi deyildir. Nəfsinə məğlub olduğunu iddia edərək etdiyi bir çox səhvdən pulu və sağlamlığı uğruna imtina edə bilər. Məsələn, alkoqolu və narkotik maddəni buraxmaması vəziyyətində geri qayıtması mümkün olmayacaq şəkildə xərçəng xəstəliyinin bütün hüceyrələrə yayılacağı və qısa zaman içində də həyatının sona çatacağı bir insana söylənsə, və üstəlik bunun müxtəlif əlamətləri də ortaya çıxsa, kimsə xətasında asanlıqla israr etməz. Ya da pulunu bütünlüklə itirməmək üçün dərhal həyatını nizama salmağa çalışır.
Sevdiyi insan onu bəyənsin deyə ya da məsələn, toy qabağı gözəgəlimli bir gəlinlik, yaxud bəylik kostyumu geyinə bilmək üçün gözəl görünmək üçün günlərlə pəhriz tutar. İşləməyi çox istədiyi bir şirkətə qəbul edilməsi üçün bənd olduğu siqareti belə buraxan insan iki gündə, ancaq iş həm dünyası, həm də axirəti üçün faydalı bir iş etməyə gəlincə gücü yetməz, nəfsinə söz keçirə bilməz. Halbuki pulu , sağlamlığı və gözəl görünmə çabası insanın imanından daha əhəmiyyətli deyildir.
Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır. (Şəms surəsi, 9,10-cu ayələr)
Xətalardan uzaq durulmamasına göstərilən nəfsə söz keçirməmək bəhanəsi eyni şəkildə öhdəlikdə olan qulluq vəzifələri və ibadətlərin yerinə yetirilməməsində də irəli sürülür. Sabah yuxusunu bölməyərək namaza qalxmayan bir çox insan ölkədaxili və ölkəxarici bir səyahətə qatılmaq üçün günəş doğmadan yollara düşər, lap erkəndən hava limanında, yaxud avtobus dayancağında alar nəfəsini. Ya da günün bir qismində və ya gecə saatlarında Allah üçün ayaqda dayan və Qurani-Kərim oxu desən, bunu özünə əziyyət kimi görən bir çox kəs günlərini və gecələrini fəda edərək sevgilisinin qırılan könlünü ələ almaq uğruna saatlarca telefonda danışa bilir, onlarca mesaj yaza bilir. Yağış-palçıq demədən fanatı olduğu bir futbol komandasının, yaxud bir müğənninin eşqinə saatlarca soyuqdan üşüyə bilir. Ramazan ayını oruclu keçirməyi çox görən bəzi kəslər sonda mükafat və ya şöhrət olan oyunda günlərcə ac-susuz qala bilirlər. Şübhəsiz, belə nümunələri çoxaltmaq mümkündür, ancaq nəfsi bəhanə edən nə çox insanın səmimiyyətsiz olduğunu anlamaq üçün hesab edirəm, bu qədər kifayətdir. Arxasına sığınılan bəhanələr ancaq müvəqqəti dünyada mümkündür, axirətdə isə sığınılacaq kimsə yoxdur, Allahdan başqa. Bununla bərabər insan öz halına və irəli sürmüş olduğu bəhanələrini bilməkdədir, amma düşünməyərək yaşadığı üçün hesab günü dünyadaykən irəli sürdüyü bəhanələr bir işə yaramayacaq.
Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! Doğrusu, insan özü-özünə şahiddir! O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! (Qiyamə surəsi, 10-15-ci ayələr)
Allaha inanan, ancaq buyruqlarını diqqətə almayan biri kimin quludur? Allahınmı, nəfsininmi? Hesab günü irəli sürəcəyimiz heç bir bəhanə bizi qurtarmayacaqsa, bu suallar və gerçəklərlə üzləşməlidir insan. Sahib olduğumuz hər şeyi bizə verən, çətin zamanımzda yalvarıb-yaxardığımız Allah rahatımız yerindəykən həyatımızın harasındadır? Ey nəfsim, hər dəfə ümidsizliyə düşüb çarəsiz qalınca Allaha yönələcəksən? Hər an Ona möhtac olduğunu nə zaman öyrənəcəksən?
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Dünyaca məşhur idmançı ağır infeksiyaya yoluxdu
Elektrik çaydanlar ÖLÜM SAÇIR -XƏBƏRDARLIQ
Azərbaycanın cənubunda evlər su altında qaldı
Bakıdan Ərdəbilə getmək istəyənlərə müjdə
Bu mövsümün köynəkləri
Bu il daha uzun olacaq
"Afili aşk" FİNAL edir-SƏBƏB
Nazirlikdə işləmək istəyənlərin nəzərinə!
Cəbhədən son xəbər
COVID-19-dan sağalanlar növbəti problemlə üzləşirlər
O fotoşəkli İlham Əliyev də imzaladı
"Azərenerji" yoxlanacaq
Uşaq otağı mebelləri
Keyt Apton ana olacaq
Rəngarəng plov (foto resept)
Azərbaycan Avropa vaqonları alır
Qış üçün 4 fərqli sviter modeli
Erməni nazir Azərbaycana meydan oxuyur
Günün qoroskopu: Cəsarətli olun!
Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
Adriana Lima göz yaşlarına boğuldu-FOTO
Özbək aşı (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Dollar və avroda son vəziyyət
Saat neçədir?
Türkiyədə ilk yerli avtomobil təqdim olundu - FOTO
Ər-arvad dalaşıb 177 minlik cekpot uddular- FOTO
İran Rusiyanı arxadan vuracaq?
Qadın.Netlilərin uşaqlıq xatirələri (4)
"S" hərfi ilə başlayan adların mənası
Prezident bir qrup hərbçini “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etdi
28 il sonra anasının məzarını ziyarət etdi - VİDEO
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Cəbhə bölgəsində məktəblilərə təlim keçirildi
Konstitusiya Məhkəməsində 7 nəfərdən 4-ü bankları, 3-ü vətəndaşları müdafiə edib
Köhnə geyimlərini atmayın!
“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
8 yaşlı uşağın beyninə qurd düşdü-Yuyulmamış meyvədən
Sellulitdən can qurtarmağın möcüzəvi yolu
Vikinqləri xatırladan hörük modelləri
Şahzadə Harri Meqana XƏBƏRDARLIQ ETDİ-FOTO
Mayk Tayson özünü aktyorluqda sınayacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Türk Ordusunu silahlandırırıq
Ərdoğan: "Azərbaycan Avropanı geridə qoyub"
Ləkə
Çimərlik geyimləri
Gökhan Özen məhkəməlik oldu
Qızlara nə qədər pul xərcləməli
Sabahın HAVAsı
- ŞƏRHLƏR