Müqəddimə
Allahın ad və sifətlərinə iman gətirmək və bunların müsəlmanın davranışına təsiri
Allahın ad və sifətlərinə iman gətirməyin müsəlmana və onun Rəbbinə etdiyi ibadətə çox böyük müsbət təsiri vardır. Bu iman müsəlmanın qəlbində, Allaha təvəkkül edib, Ona güvənmək, yalnız Allahın razı qalacağı əməllər barəsində düşünərək bədən üzvlərini, qəlbinin düşüncələrini və ürəyinin səsini qorumaq, Allah üçün sevmək, Onu eşitmək və görmək, habelə Allahdan diləmək və Onun barəsində gözəl zəndə olmaq kimi dərin mənalar buraxır. Bu mənalar insanlar arasında fərqli şəkildə həm zahiri, həm də batini ibadətlərin artmasına səbəb olur. Bu Allahın lütfüdür və O bu lütfünü istədiyinə verir. Misal üçün, Allahın “əl-Ğaffər”, yəni bağışlayan adının insanın Onu sevməsinə və Onun mərhəmətindən ümidini üzməməsinə böyük təsiri vardır. Onun “Şədidul-iqab”, yəni şiddətli əzab verən adının da insanın Allahdan qorxub ona qarşı günah işlətməyə cürət etməməsinə böyük təsiri vardır. Bu minvalla hər bir ad və sifətin mənalarının müvafiq olaraq insanın davranışına, onun Allahın qanunlarına riayət etməsinə və Onu sevməsinə bilavasitə müsbət təsiri vardır.
Allah sevgisi də müsəlmanın dünya və axirət səadətinə nail olmasına və böyük bir xeyrə çatmasına gətirib çıxarır. Həmçinin, Allah
sevgisi qulun öz Rəbbinə mükəmməl şəkildə ibadət etməsi üçün ən böyük yardımdır və o hər bir xeyir qapısının açarıdır. Belə ki, zahiri
əməllər, qəlbdə olan Allah sevgisinə uyğun olaraq insanın nəfsinə ya yüngül, ya da ağır gəlir. Müsəlmanın hər hansı əməli mükəmməl və Allahın istədiyi formada etməsi üçün ilk öncə Onu qəlbində sevməsi gərəkdir. Allahı sevmək üçün isə Onun ad və sifətlərini yaxşıca bilmək lazımdır. Məhz buna görə də Allaha ən çox ibadət edən insanlar, Onu ən çox sevib və ən yaxşı tanıyan peyğəmbərlər olmuşdur.
Ad və sifətlər tövhidinin tərifi və dəlilləri
Tərifi: Ad və sifətlər tövhidi–Allah və Onun elçisinin Allaha aid isbat etdiyi bütün ad və sifətləri isbat etmək, inkar etdiklərini isə inkar
etmək, onların düzgün mənalarını, nəyə dəlalət etdiklərini, məxluqata göstərdiyi təsirini və tələblərini təsdiq etməkdir.
Onu isbat etməyin yolu: Ad və sifətlər tövhidi məsələsində düzgün mövqe onların hamısına kamil şəkildə iman gətirib, Allah və Onun rəsulunun (s.a.s) Allaha aid isbat etdiyi bütün ad və sifətləri təhrif və inkar etmədən, keyfiyyət vermədən və heç nəyə bənzətmədən əzmlə təsdiqləməyə deyilir.
Təhrif: bir şeyin mənasının dəyişdirilməsinə deyilir. Bu da iki qismə bölünür:
1) Ləfzi təhrif: Bu, kəlməyə bir və ya daha artıq hərif əlavə etmək, yaxud ondan bir və ya daha çox hərif əksiltmək, ya da sözün hərəkəsini dəyişməyə deyilir. Buna misal olaraq Uca Allahın: “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayəsindəki “istəva”, yəni ucaldı sözünün “istəvlə”, yəni hökmü altına aldı mənasına dəyişdirilməsini göstərmək olar. “Nuniyyə” qəsidəsinin müəllifi demişdir:
Yəhudilərin “nun”-u (1), cəhmilərin də “ləm”-i (2)
Ərşin Rəbbinin ayəsində artıq olan şeylərdir.
2) Mənəvi təhrif: Bu, bir sözün mənasını Allah və Onun rəsulunun buyurduğu mənadan qeyrisinə dəyişməyə deyilir. Buna misal “əl” sözünü qüvvət və nemət mənasına dəyişənləri göstərmək olar. Bu cür açıqlamalar batil olub, nə şəriət, nə də dil baxımından heç bir
əsasa söykənmir.
İnkar: Bu, Allahın sifətlərini inkar etməyə deyilir. Necə ki, bəziləri Allahın heç bir sifətlər vəsf olunmadığını iddia edirlər.
Təhriflə inkar arasındakı fərq ondan ibarətdir ki, təhrif dəlillərdə göstərilən düzgün mənanı inkar edib onu başqa bir səhv məna ilə əvəz etməyə, inkar isə bir sözün düzgün mənasını başqası ilə əvəz etmədən ümumiyyətlə inkar etməyə deyilir.
Keyfiyyət vermək: Bir sifətin keyfiyyətini və onun hansı formada olduğunu təyin etməyə deyilir. Bəzi yolunu azmışlar Allahın sifətlərinə keyfiyyət verərək, məsələn: “Allahın əli belədir, ucalmağı bu şəkildədir”–deyirlər. Bütün bunlar batildir, çünki Allahın sifətlərinin necəliyini Ondan savayı heç kəs bilmir. Məxluqlara gəlincə onlar bunu dərk etmək iqtidarında deyillər.
Bənzətmək: Bu, Allahın sifətlərini yaradılmışların sifətlərinə oxşatmağa deyilir. Məsələn: bəziləri iddia edirlər ki, Allah bizim kimi eşidir, yaxud Onun Üzü insanın üzü kimidir. Allah bu çür oxşatmalardan pakdır, uzaqdır.
Ümumiyyətlə, ad və sifətlər məsələsində haqq yolunu tutmaq üçün insan üç qaydaya diqqət yetirməlidir. Bunlara riayət edən kəs
bu mövzuda azmaqdan salamat qalar:
Birinci qayda: Allahın sifətlərindən hər hansı birisinin məxluqatın sifətinə oxşatmaqdan çəkinmək.
İkinci qayda: Allah və Onun rəsulunun (s.a.s) Allaha aid isbat etdikləri bütün ad və sifətlərinə Allahın böyüklüyünə və əzəmətinə layiq olan bir şəkildə iman gətirmək.
Üçüncü qayda: Allahın sifətlərini dərk etməyə cəhd göstərməmək. Çünki yaradılmışların bunu dərk etməsi qeyri-mümkündür.
Bu üç qaydaya riayət edən kəs alimlərin buyurduqları şəkildə ad və sifətlərə iman gətirmiş olar.
Bu qaydaların dəlilləri: Allahın kitabında bu qaydaların düzgünlüyünü təsdiqləyən kifayət qədər dəlillər vardır:
Birinci qaydaya dəlillər: Allahı məxluqlara bənzətməkdən həzər etmək. Uca Allah buyurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (əş-Şura, 11). Ayə həm Yaradanla məxluqları istənilən şəkildə bir-birinə oxşatmaqdan çəkinməyi, həm də Allahın eşitmək və görmək sifətini isbat edir. Bu iki məsələnin ardıcıl qeyd olunması onu göstərir ki, məxluqatın əksəriyyətinin eşitmə və görmə sifətlərinə malik olmalarına baxmayaraq Allahın eşitmə və görmə sifətləri onların eyniadlı sifətlərinə əsla bənzəmir. Eşitmə və görmə sifətləri barəsində deyilənlər digər sifətlərə də şamil olunur. Uca Allah buyurur: “Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir” (Mücadələ, 1). İbn Kəsir bu ayənin təfsirində bu hədisi qeyd etmişdir: Buxari tövhid kitabında, İmam Əhməd isə Müsnəd əsərində Aişənin (r.a) belə dediyini rəvayət etmişlər: “Hər bir şeyi eşidən Allaha həmd olsun! Əri barəsində mübahisə edən qadın gəlib Peyğəmbərə (s.a.s) şikayət edərkən mən evin digər tərəfində olduğum üçün heç nə eşitmirdim. Amma Uca Allah:“Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi” ayəsini nazil etdi.” ("Təfsir İbn Kəsir", 8/60.)
Həmçinin dəlil olaraq aşağıdakı ayəni göstərmək olar: “Heç kəsi Allaha oxşatmayın” (ən-Nəhl, 74). Təbəri bu ayənin təfsirində demişdir: “Yəni Allahı heç kimə və heç nəyə bənzətməyin, Onun tayı-bərabəri yoxdur.” ("Təfsir ət-Təbəri", 7/621.)
Uca Allah buyurur: “Heç Ona oxşarını tanıyırsanmı?!” (Məryəm, 65). İbn Abbas (r.a) bu ayənin təfsirində demişdir:“Yəni Rəbbimizin oxşarını və ya bənzərini tanıyırsanmı?!” Bu qaydaya digər bir dəlil Uca Allahın bu ayəsidir: “Onun bənzəri də yoxdur” (əl-İxlas, 4). Təbəri demişdir: “Yəni onun oxşarı və Onun mislində heç bir şey yoxdur”.
İkinci qaydaya dəlillər: Yəni Allahın Quran və Sünnədə varid olan bütün ad və sifətlərinə iman gətirmək. Uca Allah buyurur: “Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur” (əl-Bəqərə, 255). Həmçinin buyurur: “Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir” (əl-Hədid, 3). Həmçinin buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır.
O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 22-24).
Sünnədən isə buna dəlil olaraq Muslimin "Səhih" əsərində Əbu Hureyradan (r.a) rəvayət etdiyi hədisi göstərmək olar. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) birimiz yatağına uzandıqda belə deməyi buyurardı: “Allahım! Yeddi qat səmanın Rəbbi, yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir heyvanın şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən batində heç nə yoxdur, Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar.” ("Səhih Muslim", 2713.)
Bu mövzuya dair dəlillər o qədər çoxdur ki, onları saymaq mümkün deyildir.
Üçüncü qaydaya dəlillər: Bu, Uca Allahın sifətlərinin keyfiyyətini dərk etməyə cəhd göstərməməkdir ki, bu barədə də Uca Allah buyurur: “Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!” (Taha, 110). Bəzi alimlər bu ayənin təfsiri barəsində demişlər: “İnsan şüuru səmaların və yerin Rəbbi olan Allahı dərk edə bilməz. Dərk edə bilmirsə, deməli, ona keyfiyyət də verə bilməz.” Bu qaydanı sübuta yetirən digər bir dəlil də Uca Allahın bu ayəsidir: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir” (əl-Ənam,103). Elm əhlindən bəziləri bu ayədən söhbət açarkən demişlər: “Bu da Allahın kamil əzəmətə malik olduğunu və hər şeydən böyük olduğunu göstərir. Çünki Allah kamil əzəmətə malik olduğu üçün dərk olunmazdır. Belə ki, bir şeyi dərk etmək görməkdən artıq bir şey sayılır. Allah isə yalnız axirətdə görünə bilər, lakin dərk oluna bilməz”.
Hər bir şüurlu insan bilməlidir ki, onun eşitməyinin və görməyinin bir həddi olduğu kimi ağlının da bir həddi vardır ki, o, bunu aşa bilməz. Allahın sifətlərinin keyfiyyəti barəsində düşünmək kimi ağılla dərk olunmaz bir şeyi dərk etməyə çalışan kəs divarın dalındakı şeyi görməyə, uzaq yerlərdəki səsləri eşitməyə çalışan kimsəyə bənzəyir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
(1)-Yəhudilərə Allahdan bağışlanma diləmələri əmr olunduğu zaman onlar Allahın buyurduğu, “bizi bağışla” mənasında olan “hittə” sözündəki “tə” hərfini “nun” hərfi ilə əvəz edərək “hintə”–yəni “buğda”demişlər. Bu xüsusda Uca Allah Qurani Kərimdə buyurur: “O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi
bağışla!”–deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq. Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik” (əl-Bəqərə, 58-59).
(2)-Cəhmilər Uca Allahın “Mərhəmətli Allah Ərşə ucaldı” (Ta Ha, 5) ayəsindəki “istəva” yəni ucaldı sözünə “ləm” hərfini artıraraq “istəvlə”, yəni hökmü altına aldı demişlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Nağıl kimi toy üçün gəlinliklər
Meyvə,tərəvəz və şirniyyat kalori cədvəli
İrem Dericinin Ayrılıq xəbərləri yayıldı-FOTO
Bu gün Su çərşənbəsidir
"Avtoşluq": harınlıq, yoxsa əyləncə?
Viktoriya Bekhem gülüş obyektinə çevrildi-FOTO
Murat Boz böyük qalmaqala son qoydu
Üz quruluşuna uyğun gözəllik tövsiyələri
BÜRCLƏR bizə nə vəd edir? - 23 APREL
Dünya milyarderlərinin yeni reytinqi açıqlanıb
Bakıda maraqlı və nümunəvi aksiya
Emin parti keçirdi - FOTO
Bir sıra şəxslərə Gənclər üçün Prezident mükafatları verilib
Qışa hazırlıq
Aborta Allah qarşısında heç bir bəraət yox...
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
Qadın.Netlilərin ləhcəsi (4)
Səyahət - Yunanıstan
Dəbli ayaqqabılar
XXI əsrdə bizi qul edən nədir?
WhatsApp hərəkətə keçdi
Milyarderin özəl təyyarəsini görənləri heyrətə gətirir – FOTO
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Sertap Erenerin TƏNQİD olundu-FOTO
Məktəblərdə hicab qadağası ləğv edildi
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Moruqlu biskvitli piroq(foto resept)
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
Ördəkli plov (foto resept)
Ledi Qaqanı dəstəkləyənlər arasında o da var-FOTO
Xəstəliyini Facebook vasitəsi ilə xəbər aldı, 4 həftə sonra öldü - FOTO
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Abituriyentlər növbəti sınaqda.
Dərinizi şaxtalı havadan qoruyun
Kəsmikli keks (foto resept)
Dəfnə yarpağının faydaları
Gözaltı problemləri üçün 2 maska
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Maddi imkansızlıq ailələrin dağılmasının əsas səbəbidir
Yeni gəlinlik dəbi - şəffaf, alt paltarsız
İncəbel olmaq üçün
Göbələk yeməyi (foto resept)
Ruhumuzun qidası
Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Bakıda partlayıcı qurğu aşkarlanıb
"Coca-Cola"nın "gücü"
İngilis Dili - III Dərs
Günəşdə güclü partlayış: təsirini sabah hiss edəcəyik
IBM yeni laboratoriya yaradır
Dollara görə şok qərar verildi
- ŞƏRHLƏR