Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyni adlı kitabından götürülmüşdür.
İmadəddin Nəsimi
(1369-1417)
İmadəddin Nəsimi (əsl adı Seyid Əli) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. O zaman Şamaxı şəhəri Şirvanşahlar dövlətinin paytaxtı idi. Cəlairilər monqol dövlətinin vassalı olan Şirvanşahlar dövləti Yaxın və Orta Şərq ərazilərini özündə cəmləşdirən bu dövlətə böyük məbləğdə vergi ödəyirdi. Tam müstəqilliyə can atan Şirvanşahlar müharibələrdən çəkinir və hər vasitə ilə ölkənin iqtisadi və mədəni qüdrətini artırırdılar. Nəticədə XIII-XIV əsrlərin təlatümlü hadisələrinə baxmayaraq Şirvan ərazisi öz sabitliyi ilə seçilir, buranın təhsil və elm ocaqlarında Şərqin ən məşhur elm xadimləri fəaliyyət göstərirdilər. İlk təhsilini Şamaxıda alan Seyid Əli elmi biliklərə can atmış, islam tarixi, şəriət, məntiq, astronomiyanı öyrənmişdir. Biliyi ilə həmyaşıdları arasında seçilən Seyid Əli məktəb və mədrəsə proqramlarının tələb etdiyindən daha çox oxuyur və şeirlər yazırdı. İslami biliklərə dərindən yiyələndiyinə görə ona İmadəddin, yəni "Dinin dayağı" ləqəbini vermişdilər.
Gənclik illərində İmadəddin islamın sufi cərəyanına güclü meyl etmiş məşhur sufi şeyxi Hüseyn ibn Mənsur Həllacın fəlsəfi fikirləri ilə yaxından maraqlanmışdır. X əsr mütəfəkkiri Mənsur Həllac islamın sufi cərəyanının təbliğ etdiyi ümumi bərabərlik haqqında fikirlərinə görə Bağdadda edam olunmuşdur. İmadəddin onu özünə bir ideal kimi seçmiş və hətta onun elə pərəstişkarlarından olmuşdur ki, şeirlərini belə "Hüseyni" təxəllüsü ilə yazırdı.
Lakin yetkinləşdikcə İmadəddini Mənsur Həllacın fəlsəfəsi artıq qane etmir, bir çox suallara onun təlimində cavab tapa bilmirdi. Həyat isə ortaya yeni-yeni suallar qoyurdu. XIV əsrin sonlarında Azərbaycana türk dünyasının məşhur sərkərdəsi Əmir Teymur qoşun çəkmişdir. Əksər Azərbaycan əraziləri müqavimət göstərmiş və qəhrəmanlıqla müdafiə olunmalarına baxmayaraq viran qoyulmuşdur. Naxçıvanda yerləşən Əlincə qalası igidlik və rəşadət nümunələri göstərərək Teymurun qoşunlarına qarşı 14 il vuruşmuşdur. Azərbaycanın əksər ərazilərinin dağıdıldığını görən şirvanşah I İbrahim ölkəsini belə dağıntılardan xilas etməyə çalışmış və Əmir Teymurdan vassal asılılığını qəbul etmişdir. Onun şəxsi nüfuzu sayəsində Əmir Teymur vergilərin miqdarını tamam azaltmış, I İbrahim onun müttəfiqinə çevrilmişdir. Bu zaman bütün Azərbaycandan elm və mədəniyyət adamları Şirvana axışmağa başlayırlar. Azərbaycanda hürufilik cərəyanı da məhz bu zaman yayılır. Belə ki, hürufiliyin banisi Fəzlullah Nəiminin özü Şirvana gəlir və fikirlərini burada təbliğ etməyə başlayır.
Hürufilik təliminin əsas ideyaları Nəiminin beş kitabında-"Cavidannamə", "Məhəbbətnamə", "Növmnamə", "İsgəndərnamə" və "Vəsiyyətnamə"-də öz əksini tapmışdır. Hürufilər maddi və ilahi aləmi-Allahı, insanı və bütün varlıqları vəhdətdə götürür və kamil insanı yüksək dəyərləndirirdilər. Onlar hər şeydə Allahın əlamətini görür və hesab edirdilər ki, bütün varlıqların yeganə səbəbkarı Allahın kəlamı olan "Quran"-dır. "Quran" isə hərflərdən ibarət olduğu üçün bu fikirləri qəbul edənlər özlərini hürufi (hüruf "hərf” sözünün cəmi) adlandırırdılar. Hürufilərə görə, insanda Allahın əlamətləri-"Quran"-ın nişanələri vardır. Hürufilərin bu məsələdə əsas məqsədi insanın, xüsusilə də kamil insanın böyüklüyünü nəzərə çatdırmaq idi. Bu səbəbdən onlar din xadimləri tərəfindən təqib olunurdular. Hürufilər Əmir Teymuru onun əməllərinə görə "cahil insan", yəni "geridə qalmış", "mənfur" hesab edir, xalqı Teymura qarşı mübarizəyə səsləyirdilər. Nəticədə onlar teymurilər tərəfindən də təqib olunurdular. Teymurun müttəfiqi sayılan, lakin onun vassalı kimi özünü hiss edən şirvanşah I İbrahim tam müstəqilliyə can atır, bu səbəbdən hürufiləri öz ərazisində gizlədirdi.
Nəimi ilə yaxından tanış olan İmadəddin o zaman artıq lirik şair kimi bütün Azərbaycanda tanınırdı. O, əsərlərini ana dili ola Azərbaycan dilində, həmçinin, farsca yazırdı. Onun lirik şeirlər toplusu Azərbaycandan kənarlarda da maraqla oxunurdu. Lakin Nəimi ilə tanışlıq onun həyatını dəyişir. O, hürufiliyi qəbul edir və bütün qalan həyatını insanların kamilləşdirilməsinə sərf edəcəyini bildirir. Bəşəriyyətin xilasını kamil insanların mövcudluğunda görən İmadəddin həvəslə hürufiliyin əsas müddəalarını yaymağa başlayır. Şairlik istedadı bu işdə ona kömək edirdi. Faktik olaraq İmadəddinin şeirləri hürufi fikirlərin sürətlə yayılmasına səbəb olur, o özü isə Nəiminin sağ əli kimi qəbul edilirdi. O hətta ustadına hörmət əlaməti olaraq Nəimi adı ilə həmahəng olan "Nəsimi" adını özünə təxəllüs seçir ("nəsim" -"xəfif səhər küləyi"deməkdir).
Fəzlullah Nəimi 1394-cü ildə həbs edilmiş və Naxçıvan ərazisində teymurilər tərəfindən işgəncə ilə edam olunmuşdur. Ölümündən əvvəl yazdığı "Vəsiyyətnamə"-yə əsasən o, Nəsimini öz davamçısı elan etmişdir. Müəlliminin vəsiyyətini yerinə yetirən Nəsimi özü üçün təhlükəsiz olan Şirvandan çıxmış və Təbrizə, ordan isə Anadoluya yollanmışdır. Nəsimi yaradıcılığa, dediyimiz kimi, lirik, aşiqanə şeirlərlə başlamışdır. Onun şeirlərində məhəbbət, insan gözəlliyinin tərənnümü əsas yer tutur. O həmçinin acgözlük, paxıllıq, xudpəsəndlik, riyakarlıq, vəfasızlıq kimi yaramaz sifətləri pisləmişdir. Tədricən püxtələşən şair öz əsərlərində siyasi, ictimai, əxlaqi mövzulara daha geniş yer ayırmağa başlayır. Hakim təbəqənin zülm və ədalətsizliyini, özbaşınalıqlarını cəsarətlə göstərən şair haqsızlıqlara qarşı üsyan edirdi. O, insanı yaradıcı varlıq kimi görmək istəyir, onu ilahiləşdirirdi.
Nəsiminin bədii yaradıcılığı Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində mühüm rol oynamışdır. Əruz vəzninin Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırılması, daxili və rədif qafiyələrdən, mürəkkəb və dolğun cinaslardan uğurla istifadə edilməsi Nəsimi poetikasının üstünlükləridir. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun qəzəlləri, rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir.
Nəsiminin şeirləri hələ sağlığında bütün Yaxın Şərqdə-İraqda, Suriyada, Kiçik Asiyada, Orta Asiyada, hətta Uzaq Şərqdə yaşayan uyğurlar arasında çox populyar olmuşdur. Onun əsərlərinin üzü köçürülür və insanlar arasında geniş yayılırdı. Nəsiminin qəzəllərindən çox vaxt aşıqlar da istifadə etmiş, bu da qəzəllərin şifahi xalq ədəbiyyatı yolu ilə yayılmasına səbəb olmuşdur. Onun ana dilində yazdığı şeirlər XV əsr Azərbaycan şairi Cahanşah Həqiqi, XVI əsr şairləri Xətai, Füzuli, XVIII əsr şairi Vaqifin poetikasına böyük təsir göstərmişdir.
Osmanlı şairi Rəfii, türkmən şairləri Məhdumqulu və Əndəlib, özbək şairləri Əsiri və Nəvai Nəsimini öz ustadları kimi qəbul etmiş, onun irsini sənətkarlıq baxımından öyrənmişlər. Onun "əlif-lam" və "tərs əlifba" adlanan şeirləri maraq doğurur. Hər beyti, bəzən də hər misrasının ilk kəlməsi ərəb əlifbasının sırasına uyğun hərflərlə başlayan belə əsərlər daha çox aşıqlar tərəfindən sevilirdi. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasını zənginləşdirməklə bərabər, xalqımızın ədəbi dilini də inkişaf etdirmişdir. O, Azərbaycan ədəbiyyatında ana dilində yazılan ilk fəlsəfi qəzəlin müəllifidir. Canlı xalq danışıq dilinin imkanlarından bacarıqla istifadə edən Nəsimi klassik poeziya dilinin bədii ifadə vasitələrini də məharətlə işlətmişdir. Hürufiliyi yaydığına görə dəfələrlə həbs edilən Nəsimi məsləkindən dönmürdü. Anadoludan Aralıq dənizinin şərq sahillərinə keçən Nəsimi burada da hürufi fikirlərini yayırdı. Lakin Suriyanın Hələb şəhərinə çatdıqda o həbs edilir və Misir sultanının əmri ilə 1417-ci ildə elə Hələb şəhərində edam olunur. Onun ölümü ilə bağlı rəvayətlərdə fədakar şairin ölüm ayağında özünü mərdliklə aparması və məsləkindən dönməməsi göstərilir. Rəvayətə görə, Nəsimi "Ağrımaz" rədifli məşhur qəzəlini elə edam zamanı söyləmişdir.
XƏBƏR LENTİ
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Sizə yaraşan rəngi tapın
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Matryoşka oyuncaqları
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
Mikroelementlər-1
Qan donduran xəbər - 1700 cəsəd...
Hələ doğulmayan övladının adına hesab açdı
Bütün dünyada şagirdlər üçün pulsuz onlayn tədris yaradılır
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Hande Erçeldən yeni FOTOsessiya
Qrelandiyada buzlar əriyir-XƏBƏRDARLIQ
Türkiyə hökumətində istefa
Payız qarderobunuzda nələr olmalıdır?
1-ci siniflər üçün kiçik summativlər keçirilməlidir?-RƏSMİ CAVAB
Ancelina Coli hər kəsi heyrətləndirdi-FOTO
Musiqili Teatrın solisti beynəlxalq festivalda Azərbaycanı təmsil edəcək
Azərbaycan restoranlarında yenilik
Hamilə qadınlar üçün idman hərəkətləri
"Buraxılış vərəqəsi" verilir
HAVA necə olacaq? 22 MAY
İş rejimi gücləndirilir
Düşmən Tərtər və Ağcabədi rayonlarını atəşə tutur
Ermənistandan Zod qızıl yatağı barədə AÇIQLAMA: “Azərbaycanın nəzarətindədir”
Azərbaycanda ilk - böyrək köçürülən qadın ana oldu
Avatarlar 3-cü hissə
Saç rəngini təbii yolla açan üsul
İki beynimiz var imiş - Alimlərdən KƏŞF
Bu günün tarixi (07.09.2015)
Merilin Monronun "oğlu" Obamanın itini oğurlamaq istədi
Doğuş çantanızda nələr olmalıdır?
Bakıda "məzun gün"ləri dəyişdi
Cənnət alması mürəbbəsi (foto resept)
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Türkiyədə oxumaq istəyənlərin NƏZƏRİNƏ
6 yaşlı azərbaycanlının Rusiya telekanalındakı çıxışı hər kəsi heyrətləndirdi -VİDEO
Hadisənin bacısı da Belçikaya köçür-SƏBƏB
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
Bu otelə uşaqlı ailələrin girişi qadağan edilib-FOTO
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Dünyada növbəti soyuq müharibə
Alim Qasımov, qızı və nəvələrindən Azərbaycan himni - VİDEO
Rusiyanın xalq artistləri Bakıya gəlir
Zakir Həsənov: Ermənistan bir təhlükədir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
Mer süpürgəçi forması geyinib, şəhərin küçələrini yudu - FOTO
Hərbi qulluqçularla bağlı qaydalarda dəyişiklik
Noxudlu salat (foto-resept)
"Emmy" alan ilk türk aktyor
- ŞƏRHLƏR