Əqidəyə aid olan digər məsələlər
İslam, iman və ehsan
I mövzu: İslam
Lüğəti mənada "islam" tabe olmaq, itaət etmək və boyun əymək mənasındadır. Şəri mənada isə təkAllahlığı qəbul edərək Allaha boyun əymək, Onun buyruqlarına itaət etmək, Ona şərik qoşmaqdan uzaq durmaq və müşrikləri dost tutmamaqdır. Uca Allah buyurur: “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm” (əl-Ənam, 162-163). O, həmçinin buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (Ali İmran, 85).
İslamın rüknləri
İslamın beş rüknü vardır. Abdullah ibn Ömərdən (r.a) rəvayət edilir ki, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (s.a.s) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və Allahın Evinə həcc etmək” ("Səhih əl-Buxari", 8; "Səhih Muslim", 16). Öncə qeyd etdiyimiz Cəbrail hədisi də buna dəlildir: “Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!” Peyğəmbər (s.a.s) dedi: “İslam (odur ki,) Allahdan başqa (haqq) məbud olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən.” Adam: “Doğru söylədin!”–dedi” ("Səhih əl-Buxari", 50; "Səhih Muslim", 8).
İki şəhadətin mənası: “Lə iləhə illəllah” sözü "Allahdan başqa ibadətə haqqı çatan məbud yoxdur" mənasını ifadə edir. “Muhəmmədən rasulullah” sözü isə, onun əmrlərinə itaət etmək, verdiyi xəbərləri təsdiqləmək, qadağalarından çəkinmək və Allaha yalnız onun göstərdiyi tərzdə ibadət etmək mənasına gəlir.
II mövzu: İman, onun rükünləri və böyük günah sahibinin hökmü
Lüğəti mənada "iman" təsdiqləmək və iqrar etmək deməkdir. Şəriətdə isə iman qəlblə etiqad etmək, dillə tələffüz etmək və bədən üzvləri ilə əməl etməyə deyilir.
İmanın rüknləri və buna dair dəlillər
İmanın altı rüknü vardır. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən...” (əl-Bəqərə, 177).
Sünnədə isə Cəbrail hədisində xəbər verildiyi kimi, Cəbrail Peyğəmbərdən (s.a.s) iman barəsində soruşduqda o belə cavab vermişdi: “(İman odur ki,) Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə və Axirət gününə, habelə qədərə–onun xeyrinə və şərinə iman gətirəsən...”("Səhih əl-Buxari", 50; "Səhih Muslim", 8)
İmanın artıb-azalması
Quran və Sünnədəki dəlillər imanın itaətlə artıb, günahlarla azalmasını bildirir.
Qurandan Uca Allahın bu ayələrini dəlil göstərmək olar: “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər” (əl-Ənfal, 2). O, həmçinin buyurur: “Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur” (əl-Fəth, 4). Sünnədən isə Peyğəmbərin r bu hədislərini dəlil göstərmək olar: “Qəlbində zərrə qədər imanı olan kəs Cəhənnəmdən çıxacaqdır” ("Səhih əl-Buxari", 7510; "Səhih Muslim", 193).
Həmçinin, o demişdir: “İman yetmiş və bir neçə şöbədən ibarətdir, bunların ən yüksəyi “Lə iləhə illəllah” sözü, ən aşağısı isə əziyyət verən bir şeyi yoldan götürməkdir, həya da imanın bir şöbəsidir.”("Səhih Muslim", 57)
Böyük günah sahibinin hökmü
Böyük günahlar iki növdür: küfr sayılan və küfr sayılmayan böyük günahlar. Küfr sayılanlara misal Allaha şərik qoşmaqdır. Bu, Allaha qarşı olan ən böyük günah sayılır. Həmçinin, etiqadda olan nifaq, Allahı və ya Onun rəsulunu söymək və bunlara bənzər göyük günahlar da buna aiddir.
İkinci növ isə küfr sayılmayan böyük günahlardır ki, bu da onu edən adamı İslamdan kənarlaşdırmır. Yalnız bu günahları etməyi halal sayanlardan başqa (Belə ki, Allahın və Rəsulunun (s.a.s) haram buyurduğunu halal sayan kimsə kafir sayılır). Bura da sələm, adam öldürmək, zina etmək və digər günahlar daxildir.
Quran və Sünnədə göstərilir ki, küfr sayılmayan böyük günahları edən kəs imanı naqis olan mömin sayılır. Ona fasiq və asi deyilir.
Axirətdə isə həmin şəxs Allahın istəyi altında olacaq. Allah istəsə onu Öz mərhəmitinə qovuşdurub günahlarını bağışlayacaq, istəsə ədalətli hökmü ilə ona əzab verəcək. Lakin bununla belə, o əbədi olaraq Cəhənnəmdə qalmayacaq, mömin olduğuna və təkAllahlığı qəbul etdiyiə görə gec-tez Cənnətə daxil olacaqdır. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs, əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 116). Buxari və Muslimin "Səhih" əsərlərində Ənəsdən (r.a) Peyğəmbərin (s.a.s) belə dediyi rəvayət olunur: “Qəlbində arpa dənəsi ağırlığında iman ola-ola “Allahdan başqa haqq məbud yoxdur!”–deyən kəs Cəhənnəmdən çıxacaqdır. Qəlbində buğda dənəsi ağırlığında iman ola-ola “Allahdan başqa haqq məbud yoxdur!”– deyən kəs Cəhənnəmdən çı- xacaqdır. Qəlbində zərrə ağırlığında iman ola-ola “Allahdan başqa haqq məbud yoxdur!”–deyən kəs Cəhənnəmdən çıxacaqdır.”("Səhih əl-Buxari", 44; "Səhih Muslim", 192)
Sələflər–səhabələr, tabiinlər və gözəl şəkildə oların yolunu tutub gedənlər böyük günah edən kimsə barəsində yuxarıda qeyd etdiyimiz dəlillərdə göstərilən hökmü vermişlər. Bu da qeyd olunan məsələdə həm o zamanlar, həm də dövrümüzdə hədlərini aşmış və böyük günah sahibini kafir sayan, onları İslam ümmətindən çıxaran, qanlarını halal görən və Qiyamətdə onların Cəhənnəmdə əbədi olaraq qalacaqlarını bildirən Xəvariclərlə, bu məsələdə səhlənkar olan və böyük günah sahibinin kamil iman sahibi olduğunu bildirən, onunla haram etməyən mömin arasında fərq qoymayan həddi aşmış Murciələr arasında orta bir yol hesab olunur.
Böyük günah edənin kafir olmamasına dair dəlillər
Quran və Sünnə böyük günah sahibinin kafir olmadığını bildirir: Uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin” (əl-Hucurat, 9-10). Bu ayələrdən açıq-aydın görünür ki, Allah, bir-biriləri ilə vuruşan və bir-birilərinə qarşı çıxan hər günah iş görən iki tayfanın mömin olduğunu xəbər verir. Möminlərin bir-biriləri ilə vuruşması böyük günah sayılsa da, ayədə Allah onların qardaş olduğunu deyir. Sonra Uca Allah möminlərə qardaşlarının arasını düzəltməyi buyurur. Sünnədə isə Əbu Səid əl-Xudri (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Cənnət əhli Cənnətə daxil olduqda Allah Öz rəhməti ilə istədiyini Cənnətə daxil edər. Cəhənnəm əhli Cəhənnəmə daxil olduqdan sonra Allah belə buyuracaq: Baxın, kimin qəlbində xardal dənəsi qədər belə iman tapsanız, onu Cəhənnəmdən çıxarın” ("Səhih Muslim", 184).
Bu hədisdə açıq-aydın dəlalət edir ki, böyük günah sahibləri əbədi olaraq Cəhənnəmdə qalmayacaq və qəlbində azacıq da olsa imandan əsər-əlamət olan kəs əbədi oddan qurtulacaqdır. Hədisdən o da görünür ki, iman əhlinin imanı əməllərinə görə müxtəlif səviyyədə olur və bu iman itaətlə artır, vacibləri tərk etmək və günah işlər görməklə isə azalır.
III mövzu: Ehsan
"Ehsan" sözünün mənası həm gizlində, həm də aşkarda Uca Allahın insanı gördüyünü etiqad etməkdir. Bunu da Allahı sevərək, Ondan qorxaraq, Onun verdiyi mükafata nail olacağına ümid bəsləyərək və əzabından qorxaraq, fərzləri və nafilələrini yerinə yetirərək və nahəyət, haramlardan və məkruhlardan çəkinərək etməlidir. Ehsan əhli və ya mühsin deyildikdə yaxşı işlərdə bir-biri ilə yarışanlar nəzərdə tutlur.
Uca Allah Qurani Kərimdə buyurur: “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (ən-Nəhl, 128). Sünnədə isə Cəbrailin hədisində bildirilir ki,o, Peyğəmbərdən (s.a.s) ehsan barəsində soruşduqda o belə cavab verdi: “(Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür” (1 "Səhih Muslim", 8).
İslam, iman və ehsan arasındakı bağlılıq
Cəbrailin hədisində islam, iman və ehsan barədə xəbər verilir. Deyilir ki, Cəbrail Peyğəmbərin (s.a.s) yanına gəlib ona bu üç məsələyə dair sual verdikdə, Peyğəmbər (s.a.s) İslamın Allahdan başqa ibadətə layiq məbudun olmadığına və Muhəmmədin (s.a.s) Allahın Rəsulu olduğuna şahidlik etmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək və Allahın Evini ziyarət etmək kimi zahiri əməllər, imanın Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, qəza və qədərin Allahdan olmasına iman gətirmək kimi batini və qeybi əməllər, ehsanın isə gizlində və aşkarda Allahın insanı gördüyünü düşünmək olduğunu bildirmiş və demişdir: (Ehsan odur ki,) Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, (bil ki,) O səni görür”.
Bu üç məsələ yanaşı işlədildikdə onlardan hər biri özünəməxsus mənanı ifadə edir. Demək, İslam deyildikdə zahiri əməllər, iman deyildikdə qeybi məsələlər, ehsan deyildikdə isə dinin ən üstün dərəcəsi nəzərdə tutulur. Ayrılıqda isə İslam deyildikdə özündə imanı da cəm edir, habelə ayrılıqda iman deyidikdə özündə İslamı da cəm edir. Ayrılıqda ehsan deyildikdə isə özündə həm İslamı, həm də imanı cəm edir.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR