Quran və sünnə işığında imanın əsasları
İmanın olduqca əhəmiyyətli və çox dəyərli olması, üstəlik möminə həm bu dünyada, həm də Axirətdə çoxlu xeyir və mənfəət qazandıracağı heç bir müsəlmana sirr deyildir. Məhz düzgün iman sayəsində həm bu dünyada, həm də Axirətdə xeyir qazanmaq olar. Belə ki, iman tələb olunan ən mühüm məsələ, qarşıya qoyulan ən ali məqsəd və ən böyük hədəf sayılır. Məhz onun sayəsində insan xoşbəxt və firavan həyat sürür, xoşagəlməz hadisələrdən, şərdən və bədbəxtçilikdən canını qurtarır, üstəlik heç vaxt yoxa çıxmayacaq və puç olmayacaq axirət savabına, əbədi nemətlərə və tükənməz xeyir-bərəkətə nail olur.
Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (ən-Nəhl, 97). Uca Allah həmçinin buyurur: “Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar” (əl-İsra, 19).
Uca Allah buyurur: “Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar” (Ta ha, 75). Uca Allah həmçinin buyurur: “İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər” (əl-Kəhf, 107-108). Bu mövzuya aid Qurani Kərimdə başqa ayələr də vardır.
Quran və Sünnədə (varid olmuş ayə və hədislər) dəlalət edir ki, iman altı əsas üzərində qurulur. Bunlar Allaha, Onun mələklərinə,
Onun kitablarına, Onun elçilərinə, Axirət gününə və qədərə–onun xeyrinə və şərinə iman gətirməkdir. Bu əsaslar həm Qurani
Kərimdə, həm də Peyğəmbərin (s.a.s) sünnəsində bir çox yerlərdə zikr edilmişdir:
1. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara
iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür” (ən-Nisa, 136).
2. Uca Allah buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən...” (əl-Bəqərə, 177).
3. Uca Allah buyurur: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər:–Biz Onun elçiləri arasında fərq qoymuruq! Onlar dedilər:–Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (əl-Bəqərə, 285).
4. Uca Allah buyurur: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq” (əl-Qəmər, 49).
5. İmam Muslimin “Səhih”-ində nəql olunmuş və Ömər ibn Xəttabın (r.a) rəvayət etdiyi məşhur hədisdə deyilir ki, Cəbrail (ə) Peyğəmbərə (s.a.s): “Mənə iman haqqında xəbər ver”– demiş, o da belə cavab vermişdir: “(İman odur ki,) Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə və Axirət gününə, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən.” (“Səhih Muslim”, 1.)
İman məhz bu altı əzəmətli əsas üzərində qurulur. Odur ki, bu əsaslara iman gətirməyən kimsə mömin sayıla bilməz. Bu əsaslar bir-biri
ilə sıx bağlıdır və ayrılmazdır. Bunların bir qisminə iman gətirmək digərlərinə də iman gətirməyi vacib edir. Onlardan bəzilərinə qarşı küfr edən digərlərini də inkar etmiş hesab olunur. Bu baxımdan hər bir müsəlman bu əsasları öyrənib araşdırmalı və onlara diqqət yetirməlidir. Aşağıda bu əsaslardan birincisi olan Allaha imandan söhbət açılır.
Allaha iman
Şübhəsiz ki, Allaha iman gətirmək imanın əsaslarının ən mühümü, ən əzəmətlisi, ən təqdirəlayiq olanıdır. Bu, imanın əsası, binasının
təməli və məğzi hesab edilir. Digər əsaslar da ona tabedir, ona əsaslanır və onun üzərində qurulur. Qüdrətli və qüvvətli Allaha iman
gətirmək, Onun həm Rübubiyyədə, həm Üluhiyyədə, həm də ad və sifətlərdə tək ilah olduğuna iman gətirməkdir. Allaha iman məhz bu
üç əsas üzərində qurulur. Əslində İslam dininin Tövhid dini adlanmasının səbəbi odur ki, Allah Öz mülkündə və Öz etdiklərində təkdir
və Onun şəriki yoxdur, həm zatında, həm də ad və sifətlərində Onun tayı-bənzəri yoxdur, habelə Üluhiyyətdə də O təkdir və Onun şəriki
yoxdur.
Bundan da aydın olur ki, peyğəmbərlərin və elçilərin tövhidi üç qismə bölünür:
1. Rübubiyyə tövhidi: Bu Allahın hər şeyin Rəbbi, Hökmdarı, Yaradanı və ruzi verəni olduğunu, Onun Öldürən və dirildən, xeyir və zərər toxunduran olduğunu, ehtiyacı olan kimsənin duasını Tək Onun qəbul etdiyini, hər bir işin aqibətinin Ona məxsus olduğunu, hər bir xeyirin Onun Əlində olduğunu, bütün işlərin Ona qayıtdığını və Onun heç bir şərikinin olmadığını təsdiq etməkdir.
2. Üluhiyyə tövhidi: Bu, zəlillik, itaət, sevgi, qorxu, rüku, səcdə, qurban, nəzir və digər ibadətləri Tək Allaha yönəltmək və Ona şərik
qoşmamaqdır.
3. Ad və sifətlər tövhidi: Bu, Allahı Öz Kitabında və ya Öz Peyğəmbərinin (s.a.s) dili ilə Özünü adlandırdığı və vəsf etdiyi bütün ad və sifətlərdə təkləşdirməyə, Onu bütün eyib və nöqsanlardan təmizə çıxarmağa, Ona xas olan xüsusiyyətlərdə isə Onu heç kimə bənzətməməyə deyilir. Həm də o deməkdir ki, Allah hər şeyi Biləndir, hər şeyə
Qadirdir, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur, Onu nə mürgü, nə də yuxu tutar. Hər şeyin müqəddəratı Onun Əlindədir
və O, hikmət Sahibidir. O, Eşidəndir, Görəndir, Rəhimlidir və Bağışlayandır. O, Ərşin üzərinə ucalmış və Öz mülkünü ehtiva etmişdir. O,
Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah başqalarının Ona şərik
qoşduqlarından ucadır. Beləcə, digər gözəl ad və sifətlər də məhz Ona aiddir.
Bütün bu ad və sifətlərə dair Quran və Sünnədə çoxlu sayda dəlillər vardır. Quran bütövlükdə tövhiddən, onun hüquqları və mükafatlarından, şirkdən, onun əhlindən və onların cəzalarından bəhs edir.
Elm əhli Quran və Sünnəyə əsaslanaraq tövhidin bu üç qismdən ibarət olduğunu bildirmişlər. Bu, şəriətin dəlillərinin araşdırılması nəticəsində alınmışdır və şəriətimizin mahiyyəti də bunu sübut edir. Şəriət göstərir ki, insanlar rübubiyyətdə, üluhiyyətdə, həmçinin ad və sifətlərdə Allahın təkliyinə iman gətirməlidirlər. Bütün bunları etməyən kəs mömin sayıla bilməz. Növbəti xəbərlərimizdə bunların hər biri barədə geniş söhbət açacayıq.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR