Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq "Baku Corner" adlı xeyriyyə məqsədi daşıyan ədalətli ticarət konsepsiyası təsis edilib. Noyabrın 13-dən etibarən yeni layihə - "Baku Corner" (www.bakucorner.az) ictimaiyyətin istifadəsinə təqdim olunur.
IDEA İctimai Birliyindən Trend-ə bildiriblər ki, konsepsiyanın mahiyyəti yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış ənənəvi əl işlərinin satışı üçün platforma yaratmaq və bu sənət əsərlərini geniş ictimaiyyətə çatdırmaqdır. "Baku Corner" insanlara öz yaradıcılığının həm estetik, həm də maddi baxımdan qiymətləndirilməsinə yardım edəcək bir layihədir. Belə ki, xalq sənətkarları "Baku Corner"in internet səhifəsi vasitəsilə müştəri bazarına birbaşa çıxış əldə etməklə, əməklərinin bəhrəsini götürmək imkanı qazanmış olacaqlar."Baku Corner" müxtəlif mədəniyyətləri və xalqları tərənnüm edən məhsulların cəmləndiyi vahid məkan rolunda çıxış edir. Nümayiş olunan məhsullar yüksək keyfiyyətə və təkrarolunmaz görünüşə malik olmaqla, alıcıların zövqünü oxşayacaq. "Baku Corner"dəki hər bir əl işi öz görkəmi və tarixçəsi ilə bir-birindən fərqlənir.Burada Azərbaycanın istedadlı sənətkarları tərəfindən hazırlanmış müxtəlif məhsullar, xüsusilə də rəngarəng kəlağayılar nümayiş olunur. "Baku Corner", həmçinin uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində də xüsusi rol oynayır. Belə ki, internet səhifəsində bu qrup gənc tərəfindən çəkilmiş gözəl rəsm əsərləri də yer alıb."Baku Corner"də Hindistanda toxunulmuş ənənəvi şərfdən Kambocada yerli ipəkdən hazırlanmış baş örtüyünə, Kolumbiya və Qvatemalada yaşayan qadınların əsrarəngiz əl işləri olan qolbaq və boyunbağıdan Avstraliyanın köklü xalqlarının əsrlərlə istifadə etdiyi naxışlarla bəzədilmiş çantalara kimi bir çox əsrarəngiz məhsullar görmək mümkündür.Eyni zamanda, insan rifahının yaxşılaşdırılması işini dəstəkləmək məqsədilə Leyla Əliyeva öz incəsənət əsərlərini də layihəyə bəxş edib."Baku Corner" istedadlı sənətkarları layihədə iştirak etməyə və bacarıqlarını platforma vasitəsilə ictimai şəkildə nümayiş etdirməyə dəvət edir.Sənətkar və sənətə dəyər verən insanların görüş məkanı olan "Baku Corner" ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq mümkündür:
İnternet səhifəsi: www.bakucorner.az
Feysbuk səhifəsi: www.facebook.com/bakucorner
İnstaqram səhifəsi: www.instagram.com/bakucorner
Mənbə Milli.Az

XƏBƏR LENTİ
Sabah 43 dərəcə isti olacaq - PROQNOZ
Nemtsovu kim öldürdü?
Lapşevnik (foto resept)
Uşaqların yoqaya başlamasının 3 faydası
Şəkərin yaratdığı xəstəliklər
Günün qoroskopu:Uğurlu gündür!
İctimai rəydən niyə qorxuruq?
Bergüzar Korelin anası ilk dəfə Amerikada yaşayan qızı Zeynəb Korel haqqında danışıb.
Evdə pendir hazırlanması qaydası (foto resept)
“Çukur”dan ayrılmaq səbəbini açıqladı
Bel və qarın ətrafındakı yağları əridən ərzaqlar
"Yarpaq dökümü" tortu (foto resept)
Rusiya konsulu və xanımına Sudanda hücum etdilər
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Somon balığı kotleti (foto resept)
Aslı Enver onu “sildi”
Bu şagirdlərin nəticələri LƏДћV EDİLƏCƏK
Qarderob otağı dekorasiyası
20 mindən artıq insan könüllü şəkildə koronavirusa yoluxdurulacaq, çünki...
Yardım daşıyan türk TIR-ları bombalandı
50 milyon dollarlıq brilyant müəmmalı şəkildə yoxa çıxdı
Azərbaycanda şaxtalı hava şəraiti olacaq
Köhnə pianodan xəzinə çıxdı
Facebook-da mükafatlar açıqlandı
Ağ gəlinliyi sevməyən gəlinlər
Şamaxı Astrofizika Rəsədxanası: "Ətrafdakı binalar gecə müşahidələrinə mane olur"
Səhranın gözəlliyi
Ronaldinyo ağır zədə aldı
Saçlar üçün 3 maska
Koronavirusa qarşı at anticisimlərinə əsaslanan dərman hazırlayacaqlar
Şahzadə Beatris hər kəsdən gizli ərə getdi
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
Həqiqi ətri saxta ətirdən ayırmağın sadə yolları
Kıvanç Tatlıtuğdan Can Yamanın atmacasına reaksiya - FOTO
Günün qoroskopu:Emosional gündür
BÜRCLƏR bizə nə vəd edir? - 18 mart
Berti Foqtsun taleyinə dekabrın 18-də aydınlıq gələcək
Azərbaycanda məktəblilər neçə gün evdə olacaqlar?
Uşaqlara yumurta almaq qadağan edildi
Qışda mini ətək necə kombinlənməlidir?
Əhali daha sağlam və keyfiyyətli un-çörək məhsulları ilə təmin ediləcək
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Uşaqlarınıza hər gün deməli olduğunuz cümlələr
Şuba salatı (foto-resept)
Azərbaycanda kino nümayişində reklam YASAQLANDI
22 kq kökələn aktrisa tanınmaz halda - FOTO
Afinanın şah damarı kəsildi
Bakı sürücülərinə xəbərdarlıq
2015 evlilik trendləri
