
Milli.Az xəbər verir ki, modern.az saytı “Unudulmuş adətlər” rubrikasını davam etdirir.
Bu dəfəki mövzu qonaq qəbul etmə ilə bağlıdır.
Keçmişdə deyərdilər ki, qonaq gəlməyən ailənin cəmiyyət içində də nüfuzu olmur. Hətta belə atalar məsəlləri də var:
“Qonaqsız ev suyu soğulmuş dəyirmandı”, “Qonaqsız ev uğursuz olar”, “Qonaq ruzudur”, “Qonaq özü ilə ruzusunu da gətirər”. Qapını döyən yad bir insanı da “Qonaq Allah qonağıdır”, “Tanrı müsafiri” deyib evə dəvət edərdilər. Qonaqdan nə zaman gedəcəyini heç zaman soruşmazdılar. Qaldığı müddətdə ona hörmət göstərib evin yuxarı başında əyləşdirər, yedirib-içirərdilər. Bəs çağdaş dövrümüzdə qonaq qəbul etmə adət-ənənəsi unudulmayıb ki?
Modern.az bununla bağlı sosioloq və etnoqrafın fikirlərini öyrənib.
Sosioloq Əhməd Qəşəmoğlu adət-ənələrimizin unudulmasının heç də yaxşı bir hal olmadığını deyir: “Adət-ənənələrimizlə bağlı cəmiyyətimizdə dəyişikliklər baş verməlidir. Amma bu dəyişikliklərin bəziləri ürəkaçan olsa da, elələri var ki, tam əksinədir. Əlbəttə, bizlər də hər zaman qorunub saxlanması vacib olan adət-ənənlərimizin yaşadılmasının tərəfdarıyıq. Elə adətlərimiz var ki, onlar bizim üçün ahəng yaradır. Qonaq qəbul etmə ilə bağlı adətimizə gəlincə, tariximizə də nəzər yetirsək, bunun əslində bir mədəniyyət nümunəsi olduğu və evə gələn insanın əslində Allah tərəfindən göndərildiyi deyilirdi. Qonağın əhəmiyət və ehtiramı o dərəcədə idi ki, ruzisini də özü ilə gətirdiyini deyərdilər. Bir faktı da deyim, əvvəllər insanların sayı az olduğundan tez-tez qonaq gedənlər də olmurdu. O vaxtlar atla, ulaqla gedərdilər və onların mənzil başına çatması bir gün vaxt aparardı. İndiki vaxtda isə gedəcəyimiz yerə tez çatırıq. İndi mühit dəyişib, get-gəl çoxalıb, insanlar bir-birini daha tez-tez görürlər. Belə dövrdə əlbəttə, əvvəlki adət-ənənə olduğu kimi qala bilməz. O vaxtlar hər bir evdə qonaqlar üçün ayrıca qonaq otağı ayrılardı. Bu adət-ənənələr bəzi ucqar dağ kəndlərində indi də qalmaqdadır”.
Sosioloqun fikrincə, çağdaş dövrümüzdə sosiallaşma daha sürətlə gedir və qərb mədəniyyətinin dəyərləri ölkəmizdə daha geniş yayılıb: “Bu da insanların bir-birinə münasibətinin mənəvi dəyərdən çıxaraq, maddi müstəviyə keçməsinə gətirib çıxarıb. Bütün bunların hər birində qanunauğyunluqlarla yanaşı, itirdiyimiz bəzi şeylər də var. Əvvəllər insanların münasibətlərində mənəvi, dini amillər mühüm rol oynayırdısa, indi bunlar azalıb və əlbəttə, bu təəssüf hissi doğurur. Düşünürəm ki, bununla elmi-tədqiqat institutlarımız məşğul olmalıdır. Çünki indi qloballaşma prosesi gedir və qorunub saxlanması vacib olan adət-ənənlərimizi də unuduruq. Cəmiyyətimizin düşüncə tərzində yetərincə dəyişikliklər var. İndi hər bir prosesdə elmi təminata böyük ehtiyac duyulur. Ona görə də belə adət-ənənələrimizin davam etdirilməsi və qorunub saxlanması üçün kulturologiya ilə bağlı da institutlar daha geniş fəaliyyət göstərməli və insanlara da bunlarla bağlı təlimatlar verilməlidir”.
Etnoqraf Məhəbbət Paşayeva Azərbaycan xalqı üçün qonağın hər zaman dəyərli və əziz olduğu fikrindədir: “Keçmişdə qonaq gəlməyən ailənin cəmiyyət içində də nüfuzu olmurdu. Atalarımız, “Qonaqsız ev suyu soğulmuş dəyirmandı”, “Qonaqsız ev uğursuz olar”, “Qonaq ruzudur”, “Qonaq özü ilə ruzusunu da gətirər” deyərdilər. Qapını döyən yad bir insanı da “Qonaq Allah qonağıdır”, “Tanrı müsafiridir” deyib evə dəvət edərdilər. Qonaqdan nə zaman gedəcəyini heç zaman soruşmazdılar. Qaldığı müddətdə ona hörmət göstərib evin yuxarı başında əyləşdirər, yedirib-içirərdilər. Uzaq yerdən gələn qonağı hər kəs növbə ilə evində qonaq etməyə can atardı. Evin ən işıqlı, ən gözəl döşənmiş otağı qonağa ayrılardı. İndi yalnız kənd yerlərində bu ənənə qalmaqdadır”.
Şəhər həyatının bir çox adət-ənənlərimizin unudulmasına gətirib çıxardığını söyləyən etnoqrafın fikirincə, bu təəssüf hissi doğurur və əlbəttə, qonaq və qonaqlıq ənənələrini arxa plana keçirir: “Yeni texnologiyalar, müxtəlif sosial şəbəkələr insanların bir-birilə ünsiyyətini asanlaşdırdığı üçün, qohum-əqrəbanın, dost-tanışın bir-birinin evinə qonaq getməsi ənənəsi zəifləməkdədir. Görünür, bu, həm də vaxt məhdudluğu ilə bağlıdır. Zamanın su kimi axdığı bir əsrdə yaşayırıq. Təəsüflə qeyd etmək istəyirəm ki, artıq qonaq qəbul etməyə və qonaq getməyə vaxt ayırmaq çətinləşir. Lakin buna baxmayaraq, düşünürəm ki, xalqımızın ən mühüm etnik xüsusiyyətlərindən biri olan qonaqpərvərliyimizi qorumaq üçün səy göstərməliyik”.
Mənbə:Milli.Az

XƏBƏR LENTİ
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Az süd əmməyin zərərləri
Avroda gözlənilməz ucuzlaşma
Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ
"Rossiya 24" telekanalında Mehriban Əliyevaya həsr olunmuş film nümayiş etdirilib
İt internet ulduzuna çevrildi - FOTO
İnsanlar daha qocalmayacaqlar?
Dabanlar üçün maskalar
Əvəlik haqqında bilmədiklərimiz
Erməni helikopteri niyə məhz bu gün vuruldu?
Qucaqlaşmaq əhval-ruhiyyəni yaxşılaşdırır və ağrıları azaldır
Ötən il uşaqlara qoyulan ən qəribə adlar
2019-un trend çanta modelləri
Bu ölkə də işğal olundu
Ermənistanı Rusiyaya nifrət dağıdacaq?
"Survivor"iştirakçısı Pərvizdən danışdı:"Yaxşı ki, başıma vurmadı"-FOTO
HAVA necə olacaq?-21 Sentyabr
Şirinbiyan haqqında bilmədiklərimiz (1)
Google Glass artıq açıq satılır
Vilayət Eyvazov generala yüksək vəzifə verdi
Azərbaycanda müəllimlərin narazılığına son qoyuldu
Lerikdə zəlzələ oldu
Rahatlıq üçün hazırlanmış mebellər
Təbiətin gözəlliyi
Mehriban xanım Leyla Əliyeva ilə konsertdə-FOTO
Neslihan və Kadirdən gözəl paylaşım-FOTO
Bülent Ersoy 20 kq-lıq paltar geyindi-FOTO
Hərbçilər üçün bina
Günün ulduz falı
Ağ unun yerinə istifadə edə biləcəyiniz un növləri
Qızıl 6 dollar bahalaşdı
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Qapalı yer qorxusu: Klostrofobiya
Zərərsiz kontakt linzaları yaradılıb
Ayaqqabı üzərində necə yeriməliyik?
Təcavüzdə ittiham olunan Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
Pandemiya barədə 2007-ci ildən xəbərdarlıq edilibmiş: “Saatlı bomba”… - FOTO
Tez qocalmağa səbəb olan 5 vərdiş
Ayaq ağrısı üçün məşqlər
Həm səmərəli, həm sərfəli
Temperatur yüksəlir - Sabahın HAVAsı
Kənan və Sinem restorana buraxılmadı
Keyfiyyətli yuxu üçün düzgün yataq seçimi
Türkiyə Milli Müdafiə Nazirliyi: “Əmin-amanlığın bərpa prosesini yaxından izləyəcəyik” - VİDEO
Tayson Eminemi nokauta saldı - VİDEO
Kəpənək qalstuklarının tarixcəsi
Ayaqdakı çatları aradan qaldıran üsullar
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Hava haqqında - 11.03.2014

- ŞƏRHLƏR