Həyatımızın ən rəngli və zövqlü, amma bir o qədər də həssas və təhlükəli olan gənclik dövrü haqqında hər kəs bir şeylər söyləyir. Satışda gəncliklə bağlı yığınla kitab tapmaq mümkündür.
Heç düşündünüzmü, sevgili Peyğəmbərimiz (s.a.s.) gənclərlə əlaqədar nələr söyləmiş, hansı tövsiyələri vermiş, gənclərə necə davranmışdır?
Bütün insanlığın ən böyük nümunəsi, müəllimi olan Uca Əfəndimiz (s.a.s.), gənclərlə həmsöhbət olarkən, onları ən yaxşı tanıdığını, fitratlarını və psixoloji strukturlarını ən yaxşı bildiyini göstərmişdir. Gənclərə elə şəfqətli, elə candan və sevgi dolu bir ürəklə davranmışdır ki, onlar ətrafında pərvanə olmuş, ona cani-könüldən bağlanmışlar.
Peyğəmbərimiz (s.a.s.) gənclərin yeniliyə, dəyişməyə və gözəlliyə uyğun olduğunu bildiyi üçün "Sizə xeyirli gəncləri tövsiyə edirəm. Çünki onların ürəyi daha incədir. Allah məni düzgünlüklə və xoş xasiyyətlə göndərdi. Mənə gənclər yanaşdı, qocalar müxalifət etdi" -buyurmuşdur.
Uca İslam iddiasını əvvəlcə gənclər öz çiyinlərinə götürmüş, rəhmət Peyğəmbəri olan Uca Əfəndimiz (s.a.s.) onları şəfqətlə bağrına basmış, təhlükələrə qarşı xəbərdar etmiş və bu imtahanı müvəffəqiyyətlə nəticələndirmələri üçün tövsiyələr vermişdir.
Təhlükələrdən qorunun
Gəlişiylə insanlığı qaranlıqdan aydınlığa çıxaran Uca Peyğəmbərimiz (s.a.s.) bütün söz, hərəkət və davranışlarıyla bizlərə nümunədir. Qurani-Kərimdən tərcümə olaraq "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir"! (Əhzab: 21) buyuran Rəbbimiz, onun hər yaş və hər yöndən insana rəhbər olduğunu bildirmiş olur.
Uca Peyğəmbərimiz (s.a.s.) bizim üçün ən gözəl "təlimçi, xəbərdar edici və müjdə verən"dir.
Həyatlarının ən fırtınalı və hərəkətli dövrünü yaşayan gənclər haqqında buyurduğu "Gəncliyin təhlükələrindən çəkinin" (Kenzü-l Ummal, 2:258) şəklindəki hədisi ən böyük müəllim və tərbiyəçinin çox mühüm bir xəbərdarlığıdır.
Hədisdə bir-biriylə çox yaxından əlaqəli olan iki anlayış var: gənclər və təhlükə.
Gənclik insan həyatının ən həssas dövrüdür. İnsanın istər maddi orqanlarının, istərsə də mənəvi duyğularının çox canlı olduğu bu dövrdə ən kritik problemlərlə qarşılaşırıq. Çünki gənclikdə insanın nəfsi pisliyə əmr edər, sahib olduğu potensial da bu pisliyi işləməyə imkan verər.
Qadağan edilmiş əməllər, əyləncə, içki, qumar, zina, oğurluq kimi pisliklər gənclikdə daha asan işlənə bilər. Gənclər ömürlərinin ən güclü, ən dinamik və ən hərəkətli dövrünü yaşadıqları üçün ölümü çox düşünməzlər. Daha yolun əvvəlindədirlər və qocalmağa uzun illər vardır. Namaz və bənzəri ibadətlər üçün "Daha gəncik, qocalanda edərik" kimi bir qəflətə düşərlər. Halbuki, ölüm gənclə qocanı ayırmır. Neçə-neçə gənclər həyatının baharında ölümü dadıblar. Heç kim Əzraillə (ə.s) "nə qədər yaşayacağı barədə" müqavilə bağlamayıb.
Qaldı ki, Allah ibadətləri yalnız qocalar üçün əmr etməmişdir. İslam "qocalar" dini deyil, hər yaşdakı insanın dinidir. Bu baxımdan qocalanda namaz qılmağa başlayan biri axirətdə hesab verərkən dərhal xilas olmayacaq. Ondan "Yetkinlik çağından qocalıq dövrünə qədər nə üçün ibadət etmədin?" soruşulacaq, əgər bağışlanmazsa, əzabını çəkəcəkdir. Allah hər kəsə sonsuz ruzi verməklə ehtiyaclarını ödəyir. İnsana verilən nemətlərin ən çox olduğu dövr isə gənclik dövrüdür. Bunun üçün Rəbbimizə ən çox ibadət etməyimiz lazım olan dövr də gənclik çağıdır.
Həqiqət budur, lakin təhlükələrlə əhatə edilmiş gənclər nəfs və şeytanın oyununa uyaraq Allahın əmr və qadağalarına riayət etmirlər.
Peyğəmbərimiz (s.a.s.) gəncləri bu hədislə xəbərdar edir, qəflətə dalmamalarını, insi və cinni şeytanlara aldanmamalarını nəsihət edir.
-Bir gəncin düşməni yalnız şeytanlardırmı?
-Xeyr!
-Hətta şeytanlar ən böyük düşmən belə deyillər.
Çünki Uca Peyğəmbərimiz (s.ə.s.) bu mövzuda da bizə xəbərdarlıq edərək, "Sənin düşmənlərin (içində) ən şiddətli düşmənin iki tərəfin arasındakı nəfsindir" (Kəşfi-l Hafa, 1:412) buyurur. Demək ki, insanın ən başlıca düşməni öz nəfsidir. Yəni insanı günahlara, pisliklərə, həvəslərə sövq edən duyğudur. Nəfsin ən güclü və ən çox istəkdə olduğu dövr yenə gənclik dövrüdür. Belə vəziyyətdə gənclər nəfsin pis istəklərini yerinə yetirməmək üçün diqqətli olmaq məcburiyyətindədirlər. Bəlkə bəzi gənclər "Mən nəfsimə hakim ola bilərəm. Onsuz da çox sakit və günahlardan uzaq bir həyatım var" deyə düşünə bilər. Halbuki, bu da nəfsin bir oyunudur. Belə düşünən kimsə nəfslə etdiyi mübarizəni çox möhkəm tutmaz, həssaslığını itirər. Çünki, nəfsə etibar etmək olmaz. Həzrət-i Yusif (ə.s) bir peyğəmbər olduğu halda "Mən özümə bəraət qazandırmıram. Çünki nəfs daim pisliyə sövq edər, ancaq Rəbbim rəhmət etsə, o başqa" (Yusuf: 53) demişdir. Bütün peyğəmbərlər kimi "günahsız" olan Həzrət-i Yusif (ə.s) belə deyirsə, bizim nəfsimizin oyunlarına qarşı çox diqqətli olmağımız lazımdır.
Gəncliyin təhlükələrini belə xülasə edə bilərik:
1. Pis əməl bəsləmək: Ölümü düşünmədən sanki sonsuzluğa qədər yaşayacaq kimi əməllər daşımaq. Bu vəziyyət insanı fani həyata sürükləyər, axirəti üçün heç nə etməz.
2. Hissiyyata görə hərəkət etmək: Gənclik insanın ən sağlam, ən güclü və ən duyğulu dövrü olduğu üçün ağıldan əlavə duyğular ön plandadır. Müvəqqəti zövqlər, oyun və əyləncələr cazibədar gəlir. Əyləncə yerlərində əksəriyyətlə gənclər olur. Orta yaşlılıqda və qocalıqda isə həm bədənin zəifliyi, xəstəlikləri, həm də həyatın məsuliyyəti daha çox olduğu üçün insanlar gənclikdəki kimi hərəkət edə bilməzlər.
3 . Gənclik günahlara və pis vərdişlərə daha açıqdır: Gənclik dövrü içki, qumar, zina kimi günahların daha çox edildiyi dövrdür.
Bütün bu təhlükələrə qarşı Uca Peyğəmbərimizin (s.ə.s.) tövsiyələrinə sıx bağlanmağımız lazımdır.
Müəllif: Cəmil Tokpınar
XƏBƏR LENTİ
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ!
Balaca qaniçənlərin öhdəsindən gələ biləcəyik?
Ucuz ağrıkəsicilər, antibiotiklər apteklərdən niyə və necə “yoxa çıxıb”…
Həkimlərin bayram xəbərdarlığı
Azərbaycan sərhədində güclü zəlzələ gözlənilir
Vətən Müharibəsinin son saatlarının şəhidi: Şəhadəti öz ad gününə hədiyyə etdi - VİDEO
Səhərin 10 dəqiqə məşqi
İŞİD 16 kəndi ələ keçirdi
"Bakıda "Rus kitab evi" olsa da, "Azərbaycan kitab evi" yoxdur"
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
"Mars one"layihəsi
Süd ilə arıqlama
Südün faydaları
Mənzil bazarında qiymətlər artıb
Neslihan Atagül münsiflik edəcək-FOTO
Xanımlara özəl büsthalterlər
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Beyninizin cinsiyyətini öyrənmək istəyirsiniz?
Xüsusi buraxılış rejimi qaydalarını pozanlar cəzalandırılacaq - RƏSMİ
"Sandıq "salatı (foto-resept)
Hamiləlikdə ayaq qıc olmaları
Piylənmə və maddələr mübadiləsi sindromu
Kosmik gəmi keksi (foto resept)
Şumaxerin daha bir avtomobili satışa çıxarıldı
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
Bu gün Azərbaycan kinosu günüdür
2018-ci ilədək Twitter istifadəçiləri...
Paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılır
Rihanna yeni kolleksiyasını təqdim etdi-FOTO
Uçur və düşüncə ilə idarə olunur
Stresdən uzaqlaşmağın yolları
Defne "İstanbullu gəlin"ə qayıtdı-FOTO
Türkiyə MN: “Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət çalışmaları Azərbaycan və Rusiya ilə birlikdə davam edir”
Beyinlər niyə axır?
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
XXI əsrin "analoqu olmayan" məktəbləri Azərbaycanda
Yağlı dəri daha yaxşıdır?
Putinin sağ əli müsəlman oldu
Qəhvə sirrozu məhv edir
Livanın ən gözəl qadını seçildi
Feuerbach haqqında tezislər
Türkiyə İŞİD qərarını verdi
Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
Müjde Ar ETİRAF Etdi
Şokolad haqqında bilmədiyiniz faktlar
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Sabahın HAVAsı
Jerar Depardye dini məzhəbini dəyişdi
Ermənistan Əfqanıstanda vurulmuş ABŞ PUA-sını Azərbaycanınkı kimi təqdim edir - RƏSMİ















- ŞƏRHLƏR