Mələk kimi gənclər
Uca Peyğəmbərimiz (s.a.s.) bir hədisi-şərifdə "Qadınlar şeytanın tələsidir. Gənclər dəlilərdən bir qrupdur" (Kəşfi-l Hafa, 2:4) deyə buyurur. Burada həm gənclərin əhəmiyyətli bir zəifliyi, həm də müdhiş bir tələsi ortaya qoyulmaqdadır.
Məlum olduğu kimi, xalq arasında gənclərə "mərd" deyilir. Bu deyim gənclərin xasiyyətini çox gözəl ifadə edir. Çünki dəlilik ağılsızlıq deyil, ağlın funksiyalarını yerinə getirə bilməməsidir. Gənclər çox vaxt ağla, məntiqə uyğun gəlməyən işləri görə bilirlər. O dərəcədə ki, öz etdiklərinə özləri belə təəcüblənmirlər. Bir-birləri arasında tez-tez "lağlağılıq, sən dəli olmusan, bu dəlilikdir" kimi ifadələrdən istifadə edirlər. Gəncliyin dəliliyə yaxın olan bu "ağlını" nəzarət altına almaq, hərəkətlərini cilovlamaq, ona istiqamət vermək lazımdır. Bu da ancaq iman, İslam və ibadətlə olur. Dünyanın faniliyini bilən, ölümü düşünən gənc hisslərindən çox ağlını dinləyir. Allaha və axirətə inanan gənc duyğularını nəzarət altına alır. Həyatını qanunlar çərçivəsində keçirir. Bax, o zaman "dəli" olan gənclər "mələklərə bənzəyirlər".
Abdullah ibn Ömərdən rəvayət edilən bir hədisi-qüdsidə Rəbbimiz belə buyurur:
"Qəza və hökmümə inanan, kitabın (Quranın) hökm və tövsiyələrinə boyun əyən, verdiyim ruziyə qənaət edən, şəhvət arzularını mənim razılığım üçün tərk edən gənc bir mömin hüzurumda bir qisim mələklərimin dərəcəsindədir." (Deyləmi)
Yenə gənclərə ünvanlanan bir hədis "Həqiqətən Allah Onun mələklərinə qarşı ibadət edən bir gənclə fəxr edərək buyurur: Ey şəhvətini mənim üçün buraxan gənc! Ey gəncliyini Mənə bağışlayan gənc! Sən mənim nəzərimdə mələklərin bəzisi kimisən" (Ehya-i Ülum əd-Din, 2: 432)
Bu iki hədisdə gənclər üçün kainatdan daha qiymətli müjdələr vardır. Demək ki, mələklərin bəzisinə bənzəmək üçün bu şərtləri daşımaq lazımdır: "Allahın hər hökmünə inanmaq, Quranın hökm və tövsiyələrinə boyun əymək, verilən ruziyə qənaət etmək, şəhvət və nəfsani arzuları Allah rizası üçün tərk etmək, ibadət etmək, gəncliyini Allaha bağışlamaq".
İman və ibadətlə böyüyən, ömürlərini Allahın dininə xidmət yolunda keçirən gənclər təhlükə ətrafına dəlilərdən bir qrup kimi iki dünyasını məhv edən səhvlərə giriftar olmaqdan xilas olub, insanlardan üstün olan mələklər səviyyəsinə yüksələ bilirlər. Yenə gənclərə böyük əhəmiyyət verən uca Peyğəmbərimiz (s.a.s.) "Allah, gəncliyini Allaha itaət yolunda keçirən gənci sevər" (Deyləmi) deyərək böyük bir müjdə vermişdir.
İnsanı xoşbəxt edən - gənclik tükənərkən sonsuz bir gəncliyi qazanmaqdır. Baxın, əbədi gəncliyin yolu Allaha itaətdir.
Demək, gəncliyin Allaha itaət yolunda keçirilməsi həm əbədi gəncliyi qazandırır, həm də insanı xoş məqama çıxarır. Çünki Allahın sevgisini qazanan, sevgililik mövqesinə çatar, "Allahın sevgilisi" olar.
Həyatıyla bizə ən böyük rəhbər, ən böyük bir nümunə olan Uca Peyğəmbərimiz (s.a.s.) "Allah, qeyri-qanuni şəhvət arxasında olmayan gənci çox bəyənər" (Müsned, 4:151) buyurmaqdadır. Bu hədisdə həyatının ən fırtınalı və ən təhlükəli dövrlərini yaşayan gənclər üçün çox böyük bir müjdə vardır: Allahın bəyənməsi.
Bu elə bir müjdədir ki, insanın bütün sevdiklərindən, bəyənməsini qazanmaq istədiyi bütün şəxslərdən daha qiymətli, daha ucadır.
Çünki Bədiüzzaman həzrətlərinin dediyi kimi, "Kim Allaha yar isə hər şey yardır, hər şey faydalıdır."
Məşhur Hikəm-i Atəiyyə "Cənabı Haqqı tapan nəyi itirər? Və onu itirən nəyi qazanar?" demişdir. Yəni "Onu tapan hər şeyi tapar, Onu tapmayan heç bir şey tapmaz. Çatsa da başına bəla tapar." Budur, dünyalara əvəz olan Allahın bəyənməsini qazanmanın yolu qeyri-qanuni şəhvət arxasında olmamaqdır. Yenə gənclərlə əlaqədar hədislərdə "Allahın qeyri-qanuni şəhvətini tərk edən gənci mələklərin bəzisi kimi gördüyü" ifadə edilməkdədir. Belə ki, Cabirdən rəvayət edilən bir hədisdən tərcümə olaraq "Hansı cavan gənc yaşında evlənsə, onun şeytanı belə qışqırar: "Təəssüf, dinini məndən qorudu'" (Ramûzu-l Ehadis, c.1 s.179 ).
Yenə Uca Əfəndimiz (s.a.s.), "Ən şərliniz - bekarlarınızdır" (Kəşfi-l Hafa, 2:6) buyuraraq, çox mühüm olan bu mövzuya ayrıca diqqət yetirmişdi.
Görəsən şəhvət mövzusunun əhəmiyyəti haradan qaynaqlanır ki, onu buraxmaq Allahın sevgisini qazandırır və gəncləri mələkləşdirir?
Dərhal bunu da qeyd edək ki, son hədisdəki hökm ümumi deyil. Bu hədisdə subay olub iffətini qoruya bilməyənlər nəzərdə tutulmuşdur. Yoxsa səhabələrin içində subay səhabə çox idi. Bir çox İslam qəhrəmanı heç evlənməmişdir. Subay olub iffət və namusunu qoruyan, qeyri-qanuni şəhvət arxasında qaçmayan kəslər, əlbəttə, bu hədisdəki hökmün xaricindədirlər. Əksinə, onlar sırf İslama xidmətə daha çox vaxt ayırmaq üçün evlənmirlərsə, təbrik və təqdirə layiqdirlər. Çünki əsas olan iffətin qorunmasıdır. Evlilik isə onun vasitəsidir. Əgər bir adam evləndiyi halda iffətini qorumursa, o, subay bir gəncdən daha şərlidir.
Nədir iffətə bu qədər əhəmiyyət verməyin, şəhvətdən bu qədər çəkindirməyin sirri?
Qeyri-qanuni şəhvət arxasınca qaçmaq onsuz da çirkin bir hərəkətdir. Cəmiyyətin təməli olan ailə yuvasını yıxmaqda, nəsilləri bir-birinə qarışdırmaqdadır. Həm də gəncliyin zamanını, sağlamlığını, pulunu, işini, məktəbini məhv edir. Hətta insanları intihara qədər sürükləyir. Nə qədər gənclər var ki, sırf bu məsələdən ötrü dava və cinayətə qarışır, ömrünü xəstəxanada və ya həbsxanalarda keçirir. Hətta elələri var ki, dərdindən xəstələnir və qısa müddətdə ölür. Ətrafımıza baxsaq iffətli olmadığı üçün işini və ya təhsilini yarımçıq saxlayan, sağlamlığını qorumayan, zamanının böyük bir hissəsini puç edən, özünün və ya atasının sərvətini batıran neçə-neçə gənclər görərik. Qızıl kimi gənclər, tərtəmiz qabiliyyətlər, fırtına kimi zəkaları yox olub gedir, məhv olurlar.
Elə bunun üçün ayə və hədislərdə xüsusilə təhlükənin mərkəzində olan gənclərimizə xəbərdarlıq edilir, iffətli olmaları üçün təşviq edilir.
Şəhvətin əsiri olunduğunda bütün bir ömrün puç ediləcəyi, bu ömür və qabiliyyətin Allahı tanıyıb ibadət etmək üçün verildiyi israrla ifadə edilir ki, gənclər tələyə düşməsin.
Allah gənclərimizi şəhvətini Allah rizası üçün tərk edən, gəncliyini Allaha bağışlayan, Onun yolunda keçirən və Onun sevgisini qazanan gənclərdən etsin. Amin!
Müəllif: Cəmil Tokpınar
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR