Soçidə üç prezidentin Dağlıq Qarabağ münaqişəsinə həsr ediləcək görüşü ərəfəsində Ermənistanın təbliğat maşını sürət götürüb. Yerli KİV-lər bütün ağır günahları Azərbaycanın boynuna yıxırlar, Dağlıq Qarabağın tarixi erməni torpağı olması kimi yalan iddialar irəli sürürlər. Əgər ermənilərin yazdıqları ilə yaxından tanış olsaq, bu qərəra gəlmək olar ki, hələ yer üzündə insanlar olmayanda ermənilər var imiş, tək Dağlıq Qarabağda deyil, çox yerdə kələz və dinozavrlarla birlikdə gəzirmişlər. "Biz çox qədim millətik, ona görə də daha bir erməni dövlətinin yaradılmasına icazəmiz var",- deyə onlar iddia edirlər. Yəqin ki, məhz qədimlik erməni siyasətçilərin əqli qabiliyyətinə təsir göstərib. Yeni erməni dövlətlərinin yaradılmasına gəldikdə isə, Azərbaycan bunun əleyhinə deyil. İstərsiz 20 dövlət yaradın, amma öz ərazilərinizdə, məsələn, Spitakda, Gümrüdə və ya İrəvanda. Amma quldurcasına oğurlanmış Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcək. Bunu Azərbaycan Silahlı Qüvvələrinin baş komandanı İlham Əliyev bir daha yada salıb. Soçi görüşünün ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar, deputatlar, konqressmenlər, siyastəçilər yenidən münaqişə zonasında atəşkəsə riayət etməyə çağırırlar. Hadisələrin bu cür cərəyan etməsi Ermənistan rəhbərliyinin xeyrinədir, çünki bu gün özünü Azərbaycanın təcavüzünə uğramış günahsız ağ quzu kimi təqdim etmək niyyətindədir. Siyasətçilərin, politoloqların, deputatların və hətta bir sıra ölkə liderlərinin bədbəxtçiliyi ondadır ki, onlar Qarabağ müharibəsinin ilkin səbəblərini unudurlar və yumşaq şəkildə münaqişə adlandırırlar. Ermənilər silah gücünə yalnız Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın yeddi rayonunu tutublar və təhlükəsizlik zonası yaratdıqlarını iddia ediblər. Dünyada isə bu, heç kimi narahat eləmədi. BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qətnamələr isə heç nəyə yaramayan kağız parçasına çevrildilər. Sayı bir milyona çatan qaçqınların taleyi heç kimi narahat etmədi. Amma on-on beş erməni hərbçisi dünyasını dəyişən kimi az qala bütün dünya bunu qınayır. Bu müharibənin ilkin səbəbkarı Ermənistanın təcavüzkar siyasəti və onun quldur əməlləridir ki, buna görə o, dünya birliyi tərəfindən cəzalandırılmalıdır. Bir sıra politoloqların fikirincə, Soçi görüşü nəticəsində atəşkəs xəttində qısamüddətli sakitliyə nail olunacaq. Çünki müəyyən vaxt keçəndən sonra ermənilər yenidən öz təxribatlarına başlayacaqlar, onların milli adəti belədir, sözləri ilə əməlləri uyğun gəlir. Bununla yanaşı, son günlərdə erməni siyasətçiləri Azərbaycanın bir sıra obyektlərinin taleyi çox narahat edir. Hətərən-pətərən yazırlar ki, bəs, Mingəçevir su anbarında baş verəbiləcəklərdən çox narahatdırlar və bu, Azərbaycan əhalisini çox narahat edir. Hamının yaxşı tanıdığı Seyran Ohanyan da dəfələrlə bunu dilə gətirib. Narahat olma, Seyran! Sən, yaxşı budur, erməni atom stansiyası barədə düşün. Onlar hərdən Çernobıl AES kimi partlayırlar. Onda kələzlər və dinozavrlar kimi qədim erməni xalqı da yer üzündən silinə bilər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Tanış olun: Mercedes-Benz GLK
Şeyma Subaşı kitabından bu qədər qazandı-FOTO
2 gün iş olmayacaq
Limfa düyünləri niyə böyüyür?
Azərbaycanda daşqınlar olacaq
Azərbaycanda yaşayan əcnəbilər koronavirusa yoluxdu - RƏSMİ
Dəri ləkələri üçün maskalar
Sərhəd Qoşunlarının peşə bayramıdır
Dövlət qurumlarının toyuq əti SAVAŞI: biri "hə", digəri "yox"
İrem derici yeni klipini təqdim etdi
Ermənistan təcavüzkardır
Ruh sağlığı nədir və necə pozulur?
Narnumri (foto-resept)
Yemək və içmək qaydaları - 2
"Full Moon Servise" əsərinin yaradılması
Eser Yenenlerin xanımı 1 həftəyə 10 kq arıqladı-FOTO
Nanəli, qatıqlı xiyar salatı (foto resept)
Mikayıl Cabbarov mayın 10-u ilə bağlı əmr verdi
Cennifer Lopezin yeni obrazı - FOTO
Rusiya kataloqunda saxtakarlıq: Ermənilər Gürcüstan şəhərinə iddialarını ortaya qoydu - FOTO
İran Azərbaycana qapılarını açdı
“Ağıllı” zibil qabı təqdim edildi
Kəsmikli alma piroqu(foto resept)
Mətbəxdə işləri asanlaşdıran əşyalar
Məşhur modeldən qalmaqallı açıqlama
Zeytun yağının ən keyfiyyətlisi - "Zeytun bağları"
Defne Samyelin qızı da aktrisalığa başladı
Apple və Google-un dühası
İtkin pişik 11 il sonra evə qayıtdı
Günün qoroskopu:Uğurlu gündür!
Araşdırmalar zamanı ən duzsuz çörəyə Çində rast gəlinib
Leyla Əliyeva: Onlar məni heç vaxt kədərli görməyiblər
Google Glass üçün əlavələr satılır
Ləkə
Pensiyaçılara şad xəbər
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI
Yayda sağlam və gümrah ol
Boşanmış qadınlar ona tapınırlar
Bakının böyük təhlükəsi
Sabahın HAVAsı
Günün ulduz falı
Bilərziklərim-2
Saç üçün maskalar
Sabahın HAVAsı
Xərçəngdən qoruyan B17 vitamini hansı qidalarda var?
Tibb işçisi lotereyada 758 mln. dollar udub
Qış makiyajında trend rənglər
Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq
Bakının tarixi binaları: tarixilik əlaməti itir?
Vitamin çatışmazlığının həlli















- ŞƏRHLƏR